Ən romantik və məşhur toy mahnıları


«Song for you»
– Bir çox müğənninin ifasında səslənən bu mahnını ilk dəfə 1971-ci ildə Leon Rusell tərəfindən ifa edilib. Sonra isə Joe Cocker, Aretha Franklin, Ray Charles, Whitney Houston, Simply Red və başqalarının ifasında da eşimtək mümkündür. Son zamanlarda parlayan ulduz Micheal Bublenin oxuduğu bu versiya hər kəsi valeh edəcək. Olduqca romantik toy mahnısıdır.


«Endless Love» – Sonsuz sevgiyə hazır olan bəy və gəlin namizədləri üçün gözəl bir melodiyadır. Bu mahnını Diana Ross və Lionel Richie cütlüyü də ifa edib. Lionel Richienin bu unudulmaz mahnısının həyatınızda xüsusi yeri olacaq.


«You're so beautiful» – Tükləri biz-biz edən digər bir toy mahnısı You're so beautiful mahnısıdır. Qonaqlar arasında sevdiyi qadınının gözlərinə baxaraq bu mahnını ifa etmək üçün cəsarət lazımdır.  


«Just The Way You Are»  — Billy Joelin unudulmaz mahnılarından biri də «Just The Way You Are»-dir. Bir-birini sevən cütlüklər üçün bu mahnı dərin məna kəsb edir.


«As time goes by» – Sevgiyə inanlar bu mahnının füsunkarlığını hiss edə biləcək. Bu musiqi 1942-ci ildə çəkilən Kasablanka filmi üçün yazılıb. Toy üçün ideal mahnıdır.


«Can't help falling in love»  — Elvis Presli bu mahnını çox gözəl ifa edib. Əminik ki, bu mahnı bir çox cütlüyün mahnısı olub. Bu mahnı ilə toyun bütün gərginliyini və yorğunluğunu ata bilərsiniz. Yeni həyatınızın ilk rəqsi ola bilər.


«Nothing gonna change my love for you» – Bu mahnını dinlədikdən sonra sevgilinizə bəslədiyiniz sevgini heç kimin və heç nəyin dəyişdirə biləcəyinə inanmayacaqsınız. 80-cı illərdə Glenn Medeirosun sadə və təsirləndirici ifası toy üçün möhtəşəm mahnı ola bilər.


«Think» –  Toyunuz üçün ritmik mahnı axtarırsınızsa, Aretha Franklinin “Think” mahnısı əla seçim ola bilər.


«I Will Survive» – Bu mahnı toyda oynamaq üçün əla seçimdir. Gələn bütün qonaqların da doyunca əyləndirə biləcək mahnıdır.  


«Moliendo Café» – Tort kəsiləndə ifa edilə bilən ən həzin mahnıdır. 
 
 
loading...

2 şərh

2ral
Məqalədə yazılanları bilmirəm, amma hazırkı toylarda ən məşhur hit «Maral,maral» mahnısıdır:)
_BUMERANQ_
Ceyranım, Ay canı yanmış, Can canadır dəbdən düşdü :)