La La La

la la la
Keçən əsrin əvvəllərində Boliviya kömür şaxtalarında yayılmış əfsanə. Balaca oğlan onunla haqsız davranan ailəsini tərk etdikdən sonra sahibini itirmiş köpəklə dostlaşır. Bir müddət küçələrdə dolaşdıqdan sonra oğlan özündə xüsusi bacarıq kəşf edir.

İnsanların çətinliklərini qavramaq və möhkəm bağırtı ilə onları bu çətinliklərdən azad eləmək bacarığı. Bir gün o kəndliləri tərəfindən daş-qalaq olunmuş və bundan ürəyi getmiş yaşlı bir kişi ilə rastlaşır. Oğlanın bağırtısından sonra kişi özünə gəlir.

Daha sonra onların qarşısına cəmiyyəti tərəfindən qovulmuş və xəstəlikdən insan cildindən çıxmış məxluq çıxır. Məxluq onlara məsih olduğunu və El Tio adlı iblisin onun yaşadığı əraziyə müdaxilə etdiyinə görə oranı tərk etmək məcburiyyətində qaldığını deyir. Çünki, iblisin səsini eşidən hər kəs dərhal onun quluna çevrilirdi.

Məsih onları bir vaxtlar El Tio’ya sitayiş etmiş və onun əmri ilə bir-birinə qəsd etmiş insanların yaşadığı şəhər xarabalıqlarından keçirərək iblisin yaşadığı ehtimal olunan şaxtaya gətirir. Dostları kiçik oğlanı bağırtısı ilə qələbə çalması üçün onu iblislə baş-başa buraxırlar.

Bu da həmin mahnı

 

0 şərh