Musiqi zövqünün düşüncə tərzi ilə əlaqəsi

Bu vaxta qədər aparılmış olan araşdırmalar, musiqi seçimimizin birbaşa olaraq şəxsiyyətimizlə əlaqəli olduğunu göstərir. Əslində bunu anlamaq üçün labaratoriyaya girməyimizə, kitablara baş vurmamıza ehtiyac yoxdur; Şüurlu və ya şüursuz etdiyimiz təcrübə və müşahidələrin nəticələri, məlum xarakterə sahib insanların ən azından hansı musiqi növündən xoşlandığının ipucunu verir.

Musiqi şübhəsiz ki, günlük həyatımızın vazkeçilməz parçasıdır. Evdə, məktəbdə, ofisdə, avtomobildə, nəqliyyatda, idmanda, alış-verişdə, hətta küçədə gəzərkən belə istəkli və ya istəksiz hər an və hər yerdə qulağımıza çatan melodik vibrasiyalar, fərqli ruh hallarını da özü ilə gətirir. Musiqi ifa etmək, günümüzdə məhdud sayda bir kütləyə aid edilsə də, yüz illər öncə nəfəs almaq, danışmaq qədər təbii olan bir şəxsiyyət ifadə formasıydı; hələ də bəzi ibtidai qəbilələrdə bu adət davam edir.

Bəs dünyada modern və ya populyar musiqi olaraq adlandırdığımız günümüz musiqisini təşkil edən neçə kateqoriya olduğunu bilirdinizmi? Musiqi yazıçısı və verilənlər (data) analizçisi olan Glenn McDonaldın yaratdığı bir internet layihəsi – Every Noise At Once – bütün musiqi növlərini və alt növlərini bir yerə toplayaraq, bizlərə musiqili bir xəritə təqdim edir. Layihəyə görə bu an bildiyimiz 1371 ədəd musiqi növü və alt növü mövcuddur. Musiqi avtoritetlərinə görə bu say, getdikcə artmağa davam edir. Hər birimizin özünəməxsus olduğunu nəzərə aldıqda, 1371 musiqi növü əslində heç də qane edici deyil, elə deyilmi?

Musiqi zövqümüzü tam olaraq nəyin təyin etdiyi ilə əlaqədar olaraq, olduqca az biliyə sahibik. Çoxumuz üçün bir mahnını sevib sevmədiyimizə, dinləməyə davam edib etməməyəcəyimizə qərar vermək, yalnız bir neçə saniyəmizi alır. Son zamanlar gerçəkləşdirilən araşdırmalar, musiqi seçimimizin yaşımız, şəxsiyyətimiz kimi gözə çarpan xarakteristik xüsusiyyətləri əks etdirdiyini göstərir. 2015-ci ilin iyulunda Cambridge universtitetində bir qrup psixoloq tərəfindən gerçəkləşdirilən və PLOS ONE dərgisində yayımlanan araşdırmada koqnitiv modelimizin musiqi zövqümüz üzərində necə bir rol oynadığı müşahidə edildi. Araşdırmada, düşüncə tərzimizin dinləməkdən xoşlandığımız musiqi növünü yansıtdığını göstərən məlumatlar əldə edildi. Bunu edərkən də iştirakçılar, empati qurabilmə – sistematikləşdirmə (Empathizing-Systemizing (E-S) Theory) nəzəriyyəsinə görə sinifləndirildi. Psixologiyada, empati qura bilmə həddindəki fərdi fərqliliklər, Simon Baron Cohen tərəfindən inkişaf etdirilən və “Empathy Quotient” olaraq bilinən 60 maddəlik anketlə dəyərləndirilə bilinir. Bənzər şəkildə, sistematik düşünmə meyli isə “Systemizing Quotient” ilə müəyyən edilə bilir. Bu məlumatların müqayisəli olaraq bir araya gətirilməsi ilə empathizing-systemizing (E-S) yaradılır. Bəhsi keçən iki xaraktreistik xüsusiyyətin ölçümü, şəxsin koqnitiv modelini (beyin tipini) ortaya çıxarması baxımından önəm daşıyır.

Bu nəzəriyyə təməl alınaraq daha öncə aparılmış olan bir araşdırma, qadınların empati qurmağa meyilli olduğunu, kişilərin isə daha sistematik düşüncə tərzinə sahib olduğunu göstərən dəlillər təqdim edir. Bu fərqli koqnitiv modellərin əlbəttə neyrobioloji bir təməli də vardır. Misalçün, kişilərdə sistematik düşünmənin, beyindəki hipotalamik və ventral bazal gangliya bölgələrinin ölçüsü ilə birbaşa əlaqəli olduğu görüldü. Araşdırmada, empati qurmağa yaxın olanların, yəni başqalarının hislərini, duyğularını asanlıqla anlayabilən və ya təxmin edəbilən və buna uyğun qarşılıq yarada bilənlərin; hər hansı bir mahnı dinlədiklərində duyğusal və fizioloji reaksiyalar verdikləri təsbit edildi. Sistematik düşünməyə (sistemləri yaradan və qaydaya salan qaydalarla maraqlanma, sistem parçalarını analiz etmə, buna yönəlik qarşılıq yaratma) meyilli olanların, yəni işin riyaziyyatında olanların isə hər hansı bir mahnı eşitdiklərində səs xüsusiyyətlərini, notları, musiqini yaradan faktorları analiz etməyə və başlarında yenidən yaratma istiqamətində reaksiyalar verdikləri müşahidə edildi. Şəxsin empati səviyyəsi və düşünmə tərzinin nə növ musiqidən xoşlandığı ilə əlaqədar ipucları təqdim etdiyi görüldü.

4000-dən çox iştirakçının daxil olduğu araşdırma, iştirakçılara 26 fərqli növ və alt növdə, 50 ədəd mahnıya aid 15 saniyəlik parçalar dinlədilib; parçaların ən bəyəniləndən-daha az bəyənilənə doğru sıralanması istəndi. Nəticələrə baxıldığında empati qurmağa meyilli olan iştirakçılar R&B, soft rock, country, folk kimi daha yumşaq, asan anlaşılabilən növdə parçalar dinləməkdən xoşlandığı halda; sistematik düşünənlərin isə heavy metal, hard rock, punk kimi daha qarmaşıq və sərt xarakterə sahib musiqi növlərini seçdikləri müşahidə etdilər. Bu iki fəqli dərketmə-reaksiya vermə (düşüncə yaratma) tərzinin tamamən bir-birindən müstəqil olmadığı isə öncədən aparılan araşdırmalarla vurğulandı. Araşdırmanı aparan, eyni zamanda bir caz saksafonçusu da olan David Greenbergə görə, araşdırmanın musiqi sənayesi üzərində bir təsiri ola bilər: ”Son illərdə olduqca populyarlaşan musiqi səhifələri, bizlərə nə növ musiqini sevəbiləcəyimizə dair təkliflər vermək üçün istifadə etdikləri alqoritmlərə böyük miqdarda pul ödəyirlər. Fərdi düşüncə tərzimizi bilsələr və ya hesaba qatsalar, bu xidmətlər daha çox məhsuldar hala gələ bilər.” Professor Simon Baron-Cohen, araşdırmanın olduqca sistematik düşünmə quruluşuna sahib, uclarda yaşayan şəxsləri, misalçün autizmli fərdləri, daha yaxşı anlamamıza yardımçı ola biləcəyini bildirir.

Araşdırmaya qatılan Dr.Jason Rentfrowa görə: ”Aparılan araşdırma, musiqinin şəxsiyyətimizi necə əks etdirdiyini ortaya çıxarır. Musiqi; duyğusal, sosial və koqnitiv olaraq kim olduğumuzu ifadə etmənin bir yoludur.” Araşdırmaçıların tapdıqlarına əsaslanaraq; hansı tip düşünmə tərzinin hansı mahnılarla uyumlu ola biləcəyini göstərən qısa siyahı isə belədir:

Empati Quranlar
Hallelujah — Jeff Buckley
Come away with me — Norah Jones
All of me — Billie Holliday
Crazy little thing called love — Queen

Sistematik Düşünənlər
Concerto in C — Antonio Vivaldi
Etude Opus 65 No 3 — Alexander Scriabin
God save the Queen — The Sex Pistols
Enter Sandman — Metallica


Yaşamımız boyunca qarşılaşdığımız min bir fərqli hadisə qarşısında bir tərəf ağır gəlsə də, hər birimiz öz potensialımız daxilində yeri gəldiyində empati qurabilmə, yeri gəldiyində isə sistematik düşünə bilmə qabiliyyətinə sahibik. Bəs musiqi zövqünüzlə müqayisə etdikdə, sizin hansı tərəfiniz ön plana çıxır?

Mənbə: nbeyin.com.tr

Hazırladı: Ceyhun Sultanov
 

0 şərh