Qal, sənə qurban

Getmə, kimsəsizəm,
Qal, sənə qurban.
Bu dilsiz, ağızsız,
Lal sənə qurban.

Mənlə şirin danış,
Mənlə şirin din.
Ələnsin ləbindən bal, sənə qurban, bal sənə qurban.

Getmə, uzaqlara,
Qal sənə qurban.
Ömürlük həmdəmim
Ol, sənə qurban.

Amandır…
Düşməsin qəlbinə əğyar…
Lalə yanağında xal, sənə qurban, xal sənə qurban.
Əgər üz çevirib getsən,
Qalmaz aşiqində hal, sənə qurban, hal sənə qurban...

 

0 şərh