Eminemin keçdiyi yollar

5 yaşından etibarən treylerdə yaşayır və mütəmadi olaraq anası ilə bir şəhərdən digərinə köçür. 10-dan çox məktəb dəyişir.

4-cü sinifdə oxuyarkən azyaşlını elə döyürlər ki, onu özünə gətirmək üçün 12 həkim tələb olunur.

14 yaşı olduqda başından zərbə aldığı üçün xəstəxanaya yatırılır. Qulağından dayanmadan qan gəlir və 5 gün reanimasiyada qalır.

16 yaşı olduqda isə məktəbdən qovulur və anası onu işləməyə məcbur edir. Rep deməyi arzulasa da, heç vaxt buna diqqət yetirmirdi.

19 yaşında isə ən yaxın dostu və eyni zamanda əmisi ov tüfəngi ilə özünü güllələyir.

24 yaşında albom çıxartsa da, uğursuzluqla nəticələnir. Bu zaman onun yaşamaq üçün pulu olmur. Geydiyi paltarlarını isə dostları alır.

26 yaşda yaşadığı evdən çıxarılır və o rep olimpiadaya yollanır. Bu olimpiadada o 2-ci yeri tutur və pul mükafatsız qalır.

27 yaşında həyatın ən sərt üzü ilə rastlaşır: depressiyaya düşür, narkotik səbəbi ilə həbs edilir.

Elə həmin ildə də albom çıxartdırır və bu albom məşhur prodüsser Dr.Dre-nin diqqətini özünə cəlb edir. Albom reperə böyük uğur qazandırır. Reper dünyaca məşhur bir şəxsə çevrilir və bir sıra uğurlu albom çıxartdırır. Bundan sonra isə dünyada ən çox albom satan rep ifaçısına çevrilir.

Bu insan isə bütün dünyada “Eminem” kimi məşhurdur.
 

0 şərh