Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Rok və Pop musiqisi

Bu anlayışın əhatə etdiyi müxtəlif cərəyanlar musiqinin ümumi məzmunu, üslub cəhətləri, hətta ifaçıların zahiri görünüşü ilə bir-birindən xeyli fərqli olsalar da, onların bünövrəsi, mənşəyi eynidir; hamısı blüzdən gəlir. Bu janr 50-ci illərin ortalarında görkəmli gitaraçılar Bi Bi Kinq, Maddi Uoters və başqalarının səyləri nəticəsində geniş tanınır və rok-n-roll adlı cəld, dinamik musiqi üslubunun yaranmasına təkan verir. Rok-n-roll üslubuna o dövrün istedadlı musiqiçiləri Çak Berri, Litl Riçard və nəhayət, əfsanəvi Elvis Presli geniş şöhrət qazandırırlar. Rok-n-rolla müraciət etmiş ilk ağ ifaçı, «rok-n-roll kralı» Elvis Presli bu musiqinin ecazkar daxili enerjisini duyub, onu öz heyranedici kompozisiyalarında məharətlə əks etdirmişdir.


Ardı →

Besame mucho

  • Musiqi

XX əsr tarixin yaddaşında daha çox qanlı müharibələr və kosmosun fəth edilməsi, eləcə də atom bombasının yaradılması ilə qalacaq. Hə, bir də yəqin ki, seksual «inqilabları» da bura əlavə etmək lazımdır...
Təbii ki, hər bir inqilabın özünün xarakterik cəhətləri, müsbət və mənfi yönümlü təsadüfi «hədiyyələri», xeyli sayda insanlardan ibarət qurbanları, nəhayət başlanğıcı və sonu olur. Ancaq seksual «inqilabın» sən demə yalnız başlanğıcı olurmuş, sonu isə yox...??? Hə, az qala lap unutmuşdum: — hər bir inqilab özünün himni, marşı, üsyana çağıran nəğməsi ilə də tarixin qulaqlarını dəng etmək gücünə malikdir. Lap elə «Marselyoza» kimi...

XX əsrin seksual «inqilabının» simvolik himni isə Mexikodan olan 15 yaşlı Konsuelo Velaskesin yazdığı və bəstələdiyi, sözlərindən və hər notundan səmimiyyət qarışıq pərişan bir kədər süzülən nəğməsidir — deməyə haqqım var. Ona görə ki, milyonrlarla insan məhz bu fikirdədir. Həmin nəğmə hansıdır bilirsinizmi? Müəllifi necə, tanıyırsınızmı? Yox? Ay sizi...onda qulaq asın, yaxşı?


Ardı →

Musiqi-insanın daxilindən gəlir

Musiqi təkcə insanın psixikasına deyil, onun orqanizminə də, mənəvi aləminə də təsir göstərir. İnsan xoşuna gələn hər bir musiqini ürəyi ilə dinləyir. Konsert salonunda muğam, yaxud Üzeyir Hacıbəylinin ölməz əsərlərini dinləyən hər bir adamın ürəyi mənəvi rahatlıq tapır və olduqca xoş dəqiqələr yaşayır.
Bəs nə üçün musiqi xiridarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Tofiq Quliyev musiqisini dinləməyə üstünlük verirlər? Ona görə ki, bu sənətkarların musiqisi insanın daxili aləminə asanlıqla nüfuz edir və onda xoş ovqat yarada bilir. Belə musiqini dinlədikcə dinləmək iətəyirsən. Ona görə də toy-düyünlərdə bu böyük sənətkarların musiqisi həmişə səsləndirilir. Klassik əsərlərin musiqisi insanın mənəvi rahatlıq tapmasına yardımçı olur, onun daxili aləmini saflaşdırır.
Ardı →

Gangnam style

  • Musiqi
 “Zəlzələ”
PSY təxəllüslü Cənubi Koreyalı müğənni Pak Çe Sanın dünya musiqisində zəlzələ törətdiyi şübhəsizdir. 34 yaşlı heç də yaraşıqlı olmayan müğənninin mahnısı təkcə “Youtube” sosial şəbəkəsində 1.2 milyarrdan çox izlənilərək tarixi rekord qırıb, mahnı bütün hit-paradların zirvələrini zəbt edib. “Gangnam style” rəqsi o qədər populyarlaşıb ki, hətta qasırğada, ölüm-dirim mübarizəsində də insanlar bu rəqsi oynayırlar. İlk dəfə bu mahnını dinləyəndə və klipinə baxanda, o məndə heç bir xüsusi təəssürat yaratmadı. Bu mənə 5-6 nəfər səydəşqulunun hoqqabazlığı kimi göründü. “Castin Biber xəstəliyi”nə yoluxmuş milyonlarla insanın bu tip bayağı musiqinin əsirinə çevrilməsi normaldır deyə düşündüm və ona ciddi yanaşmadım. Amma səhv edirmişəm…
Davamı →

Lambada

20 il əvvəl bu vaxtlar bütün SSRİ-nin, Azərbaycanın bütün evlərindən “LAMBADA” sədaları yüksəlirdi. Fransanın qaradərili “Kaoma”qrupunun bu hit mahnı –rəqsi qapalı sovet çəmiyyətinin vətəndaşları üçün “yenidənqurmanın” gətridiyi ilk qərb dəyərlərinin nümünələrindən idi.

O vaxtın sovet Bakısında taksilərdə, televiziya ekranlarından bu mahnının melodiyalarını eşitmək olardı. Xatırlayırsınız da…
Cazibədar bir qız zənci bir oğlanla 4 nəfər qaradərili qadınların müşayəti ilə ehtiraslı şəkildə rəqs edir. Yadda qalan “Ay.ay… Lambada, Lambada!” nidaları…
Bəs 90-cı illərdə bütün dünyanda xitə çevrilən bir mahnı necə yaranıb? 
Lambada Braziliyanın şimalında yaranmış müsiqi stili və rəqsidir. Bu rəqs 80-ci illərin lap sonlarında 90-cı illərin əvvələrində Avropada populyar olub. Rəqs stilinin əsasını Amazonka hindularının rəqsi olan “Karimbo”nun hərəkətləri təşkil edir. Bu rəqsin yarandığı yer Braziliyanın Porto-Sequru şəhəri sayılır. 
Kaoma-Lambada
“Lambada” sözü portuqal dilindən götürülüb. Braziliyanın radiostansiyalarında işləyən di-ceylər son dərəcə populyar olan mahnıları məhz belə adlandırırdılar. Getdikcə bu ad rəqsin əsl adı olan “Karimbo”nu arxa plana atır.
80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazamağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə “Kaoma” pop-qrupu yaradır. 1989-cu ildə “Lambada” mahnısı onların ifasında lentə alınır. Nəticədə “Lambada” ABŞ-da və Avropada ən hit mahnıya çevrilir.
Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.
 



Lambada Ламбада Chorando se foi
Quem um dia só me fez chorar
Chorando se foi
Quem um dia só me fez chorar
Chorando estará ao lembrar de um amor
Que um dia não soube cuidar
Chorando estará ao lembrar de um amor
Que um dia não soube cuidar
A recordação vai estar com ele aonde for
A recordação vai estar pra sempre aonde eu for
Dança, sol e mar, guardarei no olhar
O amor faz perder e encontrar
Lambando estarei
Ao lembrar que este amor
Por um dia um instante foi rei Canção, riso e dor melodia do amor
Um momento que fica no ar
В слезах ушел тот,
Кто однажды заставил меня заплакать.
В слезах ушел тот,
Кто однажды заставил меня заплакать.
В слезах будет вспоминать любовь,
Которую однажды не смог сохранить.
В слезах будет вспоминать любовь,
Которую однажды не смог сохранить.
Воспоминание будет с ним, где бы он ни был,
Воспоминание будет навсегда со мной, где бы я ни была.
Танец, солнце и море сохраню во взгляде,
Любовь заставляет терять и находить.
Танцуя ламбаду,
Буду вспоминать эту любовь,
Которая однажды была моим властелином.
Песня, смех и боль, мелодия любви,
Момент, который повисает в воздухе.
 Lambada rəqsi

Mənbə: modern.az/
Davamı →

“SARI GƏLİN” mahnısının tarixi

«Sarı Gəlin» mahnısını dinləyən hər bir azərbaycanlı üçün bu mahnı olduqca doğmadır. Əvvəla, ona görə ki, mahnının sözləri oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrında yazılıb. Cəmisi yeddi hecadan ibarət, olduqca sadə vəzndə yazılmış bu sözlər bayatı janrının bütün müsbət keyfiyyətləri, axıcılığı, sadəliyi, aydın ifadə tərzi və məhz xalq dili ilə yazıldığı üçün çox sevilir. Bayatı yalnız türklərə aid bir yaradıcılıq nümunəsidir. Bu üslub İraq türkmənləri və azərbaycanlıların ən çox istifadə etdiyi xalq yaradıcılığı nümunəsi olmaqla başqa heç bir xalqın şifahi yaradıcılığında rast gəlinməyən bir nümunədir.
Mahnının olduqca populyarlıq qazanmasının və sevilməsinin ikinci səbəbi isə onun məzmunu ilə bağlıdır. Mahnıda bir nakam eşq hekayəsindən bəhs edilir və bu hekayət olduqca təsirli sözlərlə təsvir olunur. Mahnını çox sevdirən üçüncü cəhət isə onun melodiyasının yenə xalq yaradıcılığının başqa bir nümunəsi olan aşıq sənətindən qaynaqlanmasıdır.
Ardı →

Yeni il musiqiləri

  • Musiqi
Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə,nübar ilə,
Yeni il,gəldi, Yeni il gəldi,
Neçə nübar ilə yeni il gəldi.
Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü,
Yeni il gəlir yeni il gəlir,
Neçə nübar ilə yeni il gəlir
Davamı →

Payız ətirli mahnılar

  • Musiqi
Payız fəsli sərin hava ilə yanaşı, yanında romantik abı-hava da gətirir. Küləksiz, narın yağış altında şəhəri gəzmək, sevdiyiniz insanlarla bir stəkan isti çay və səmimi söhbət. Bu fəslin öz dəbi, öz rəng uyumu olduğu kimi musiqiləri də var.

1. Dəniz, məni də apar...

Davamı →

Bir mahnının tarixçəsi: "Ölkəm"

  • Musiqi
1919-cu ildə, Azərbaycan demokratik cümhuriyyətinin cəmi bir yaşı olarkən, 20 yaşlı Cəfər Cabbarlı "Ölkəm" adlı şeir yazdı. O dövrdə bu mövzuya toxunmaq çox aktual idi. Amma bu poetik əsərin mahnıya çevrilməsi 10 il sonra baş tutdu. İstedadlı musiqiçi Asəf Zeynallı “Ölkəm”ə musiqi bəstələdi. Beləliklə, Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana çıxdı. Bu əsər bütün Azərbaycan musiqi tarixinin ən ciddi və əhəmiyyətli əsərlərdən biri hesab olunur.
 
"Ölkəm" şeiri «Azərbaycan» qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, daha doğrusu, şeirin ikinci məşhurluq dövründə onu iki bəndi heç yerdə ifadə olunmadı. Buna səbəb həmin bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.
Ardı →