Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Besame mucho

  • Musiqi

XX əsr tarixin yaddaşında daha çox qanlı müharibələr və kosmosun fəth edilməsi, eləcə də atom bombasının yaradılması ilə qalacaq. Hə, bir də yəqin ki, seksual «inqilabları» da bura əlavə etmək lazımdır...
Təbii ki, hər bir inqilabın özünün xarakterik cəhətləri, müsbət və mənfi yönümlü təsadüfi «hədiyyələri», xeyli sayda insanlardan ibarət qurbanları, nəhayət başlanğıcı və sonu olur. Ancaq seksual «inqilabın» sən demə yalnız başlanğıcı olurmuş, sonu isə yox...??? Hə, az qala lap unutmuşdum: — hər bir inqilab özünün himni, marşı, üsyana çağıran nəğməsi ilə də tarixin qulaqlarını dəng etmək gücünə malikdir. Lap elə «Marselyoza» kimi...

XX əsrin seksual «inqilabının» simvolik himni isə Mexikodan olan 15 yaşlı Konsuelo Velaskesin yazdığı və bəstələdiyi, sözlərindən və hər notundan səmimiyyət qarışıq pərişan bir kədər süzülən nəğməsidir — deməyə haqqım var. Ona görə ki, milyonrlarla insan məhz bu fikirdədir. Həmin nəğmə hansıdır bilirsinizmi? Müəllifi necə, tanıyırsınızmı? Yox? Ay sizi...onda qulaq asın, yaxşı?


Ardı →

“SARI GƏLİN” mahnısının tarixi

«Sarı Gəlin» mahnısını dinləyən hər bir azərbaycanlı üçün bu mahnı olduqca doğmadır. Əvvəla, ona görə ki, mahnının sözləri oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrında yazılıb. Cəmisi yeddi hecadan ibarət, olduqca sadə vəzndə yazılmış bu sözlər bayatı janrının bütün müsbət keyfiyyətləri, axıcılığı, sadəliyi, aydın ifadə tərzi və məhz xalq dili ilə yazıldığı üçün çox sevilir. Bayatı yalnız türklərə aid bir yaradıcılıq nümunəsidir. Bu üslub İraq türkmənləri və azərbaycanlıların ən çox istifadə etdiyi xalq yaradıcılığı nümunəsi olmaqla başqa heç bir xalqın şifahi yaradıcılığında rast gəlinməyən bir nümunədir.
Mahnının olduqca populyarlıq qazanmasının və sevilməsinin ikinci səbəbi isə onun məzmunu ilə bağlıdır. Mahnıda bir nakam eşq hekayəsindən bəhs edilir və bu hekayət olduqca təsirli sözlərlə təsvir olunur. Mahnını çox sevdirən üçüncü cəhət isə onun melodiyasının yenə xalq yaradıcılığının başqa bir nümunəsi olan aşıq sənətindən qaynaqlanmasıdır.
Ardı →

Nə üçün musiqini sevirik?

  • Musiqi

Musiqi nədir? Düz şəkildə danışaraq deyilə biləcək bir şeyin müxtəlif səs dalğaları ilə deyilməsindən niyə xoşumuz gəlir? Musiqi nə üçün kef və ya taməksinə hüzn duyğusu verə bilir?

Musiqi əslində səs dalğalarının, müəyyən qaydalar içində bir nizama salınmasıdır. Bilindiyi kimi, səs dalğalar halında yayılır. Bir saniyə içindəki dalğa sayı səsin xarakterini təsbit edir. Saniyədə 260 dalğa edən, yəni titrəşən səs 'Do' notudur.
Bu şəkildə 7 təməl not meydana gəlirr: Do-Re-Mi-Fa-Sol-La-Si. Son notdan sonra, Do`nun titrəşmə sayının bir misli qədər titrəşmədə daha incə bir Do gəlir ki, bu iki Do arasına bir oktav deyilir. İşdə bu oktav, qam, akkord deyilən riyazi silsilələr şəklində bir növ düzülərək musiqi yaradırlar. Ancaq bütün bunlar bizə, bu riyazi silsilələrdən bixəbər, Afrika yerlilərinin, dağ başındakı çobanın ləziz musiqisini açıqlaya bilməz.


Ardı →

Caz musiqisi

XIX əsrin sonunda ABŞ-ın Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır.


Ardı →

Musiqi-insanın daxilindən gəlir

Musiqi təkcə insanın psixikasına deyil, onun orqanizminə də, mənəvi aləminə də təsir göstərir. İnsan xoşuna gələn hər bir musiqini ürəyi ilə dinləyir. Konsert salonunda muğam, yaxud Üzeyir Hacıbəylinin ölməz əsərlərini dinləyən hər bir adamın ürəyi mənəvi rahatlıq tapır və olduqca xoş dəqiqələr yaşayır.
Bəs nə üçün musiqi xiridarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Tofiq Quliyev musiqisini dinləməyə üstünlük verirlər? Ona görə ki, bu sənətkarların musiqisi insanın daxili aləminə asanlıqla nüfuz edir və onda xoş ovqat yarada bilir. Belə musiqini dinlədikcə dinləmək iətəyirsən. Ona görə də toy-düyünlərdə bu böyük sənətkarların musiqisi həmişə səsləndirilir. Klassik əsərlərin musiqisi insanın mənəvi rahatlıq tapmasına yardımçı olur, onun daxili aləmini saflaşdırır.
Ardı →

Azərbaycanda rok

Azərbaycanda rokAzərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan “Qızıl payız” festivalı idi.

Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar. 70-ci illərin əvvəllərinədək əsasən yumşaq rok, ritm və blyuz (R&B) çalan “Eskulap”, “Xürrəmilər”, “Ekspress-118”, “Pəzəvəng”, “Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.
Davamı →

XX əsrin əvvəli-ümumi panorama

  • Musiqi

Fransa musiqisində təşəkkül tapmış impressionizm cərəyanının görkəmli nümayəndələri Klod Debüssi və Moris Ravel öz əsərlərində ətrafdakı həyatdan — təbiətdən, məişətdən aldıqları ilk təəssüratlarını canlandırmağa çalışmışlar (elə cərəyanın adı da «impression», yəni «təəssürat» sözündən irəli gəlir). İtaliya opera sənətində meydana çıxmış verizm üslubu həyatın olduğu kimi — mübaliğəsiz, yaraşıqsız təsviri demək idi. Pyetro Maskanyininin (1865 — 1945) «Kənd na-musu», Rucero Leonkavallonun (1857 — 1919) «Məzhəkəçilər», Cakomo Puççininin (1858 -1924) «Bohema», «Toska», «Turandot», «Madam Batterflyay» əsərləri verizmin parlaq nümunələridir. Bu sırada Puççini musiqisi, Puççini üslubu xüsusi yer tutur. Başqa verist bəstəkarlarla müqayisədə Puççini operalarındakı surətlər daha dolğun və inandırıcı, vokal partiyalar daha zəngin və ifadəli, ümumi dramaturji quruluş isə çoxşaxəli, mürəkkəb xarakter daşıyır.


Ardı →

La La La

la la la
Keçən əsrin əvvəllərində Boliviya kömür şaxtalarında yayılmış əfsanə. Balaca oğlan onunla haqsız davranan ailəsini tərk etdikdən sonra sahibini itirmiş köpəklə dostlaşır. Bir müddət küçələrdə dolaşdıqdan sonra oğlan özündə xüsusi bacarıq kəşf edir.

İnsanların çətinliklərini qavramaq və möhkəm bağırtı ilə onları bu çətinliklərdən azad eləmək bacarığı. Bir gün o kəndliləri tərəfindən daş-qalaq olunmuş və bundan ürəyi getmiş yaşlı bir kişi ilə rastlaşır. Oğlanın bağırtısından sonra kişi özünə gəlir.

Ardı →

Gangnam style

  • Musiqi
 “Zəlzələ”
PSY təxəllüslü Cənubi Koreyalı müğənni Pak Çe Sanın dünya musiqisində zəlzələ törətdiyi şübhəsizdir. 34 yaşlı heç də yaraşıqlı olmayan müğənninin mahnısı təkcə “Youtube” sosial şəbəkəsində 1.2 milyarrdan çox izlənilərək tarixi rekord qırıb, mahnı bütün hit-paradların zirvələrini zəbt edib. “Gangnam style” rəqsi o qədər populyarlaşıb ki, hətta qasırğada, ölüm-dirim mübarizəsində də insanlar bu rəqsi oynayırlar. İlk dəfə bu mahnını dinləyəndə və klipinə baxanda, o məndə heç bir xüsusi təəssürat yaratmadı. Bu mənə 5-6 nəfər səydəşqulunun hoqqabazlığı kimi göründü. “Castin Biber xəstəliyi”nə yoluxmuş milyonlarla insanın bu tip bayağı musiqinin əsirinə çevrilməsi normaldır deyə düşündüm və ona ciddi yanaşmadım. Amma səhv edirmişəm…
Davamı →