27 yaşında ölmüş musiqiçilər

Onların ölüm səbəbləri...
Tanınmış rok və  blüz ifaçıları arasında 27 yaşında ölənlərin sayı başqa yaşlara nisbətən daha çoxdur. Bu musiqiçilər üçün  hətta «27-lər klubu» adı qəbul olunub. Bu klubun əsas məşhur simaları olan Brayan ConsCimmi Hendriks , Cim Morrison və Cenis Coplinin müxtəlif səbəblərdən 10 ay ərzində ölümü klubun yaranmasına təkan verən əsas məqamlardan biri olub. Daha sonralar isə bu kluba   Kurt Kobeyn, Emi Uaynxaus və digərləri əlavə edildi.

Brayan Cons (28 fevral 1942 — 3 iyul 1969)-. “The Rolling Stones” qrupunun qurucularındandır, gitarist idi. Bir neçə musiqi alətində ifa etməyi bacarırdı.Hovuzda boğulub. Təsdiq olunmamış məlumata əsasən qətlə yetirilib.

Cimmi Hendriks (27 noyabr 1942 – 18 sentyabr 1970)- Rok musiqisi tarixində ən yaxşı gitara ifaçısı hesab olunur. O həm də bəstəkar və vokal ifaçısı idi. Yüksək dozada yuxu dərmanı qəbul etdikdən sonra qusmağında boğularaq ölüb.

Cenis Coplin (19 yanvar 1943 – 4 oktyabr 1970)- Rok musiqi tarixinin ən böyük vokal ifaçılarından biri hesab olunur. Yüksək dozada narkotik qəbulundan ölüb.

Cim Morrison (8 dekabr 1943 – 3 iyul 1971)- Şair, vokal ifaçısı, bəstəkar, rejissor, “The Doors” qrupunun solisti və lideri, ən böyük rok musiqiçilərindən biridir. Rəsmi informasiyalarda onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir, lakin yüksək dozada narkotik qəbulu və sui-qəsd versiyaları da var.

Kurt Kobeyn (20 Fevral 1967 – 5 aprel 1994)- Vokal ifaçısı, gitarist, bəstəkar, “Nirvana” qrupunun lideri. Rok musiqinin idollarından biri. Rəsmi versiya başına güllə vurmaqla intihardır, lakin sui-qəsd ehtimalı da mövcuddur.

Emi Uaynxaus (14 sentyabr 1983 – 23 iyul 2011)- İngilis müğənni və bəstəkar, Tənqidçilər tərəfindən İngiltərədə 2000-ci illərin əsas ifaçılarından hesab olunur.

Ölüm səbəbləri sual altındadır. Fərqli versiyalara əsasən səbəb yüksək dozada narkotik qəbulu və ya spirtdən zəhərlənmə olub (dəlil aşkar edilməyib).
 

27 yaşında ölmüş digər musiqiçilərin siyahısı: Aleksandr Levi, Luis Çauvin, Robert Conson, Jesse Belvin, Leslie Harvey, Ron «Pigpen» McKernan,  Dave Aleksandr, Pete Ham, Gary Thain, Çris Bell, Bun, Aleksandr Başlaçev, Pete de Freitas, Mia Zapata, Kristen Pfiaff, Jeremi Mixael Ward, Ami Vinhous, Nat Jaffi, Rudi Levis, Dickie Pride, Alan Vilson, Linda Joes, Cecilia.

 

 

0 şərh