Edit Piafdan sitatlar

Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır.

Mən hamı üçün oxumuram, hər kəs üçün oxuyuram.

Mən hər gecə azı 500 dəfə sevgidən ölürəm.

Dinləyicilər istedadlı olan günlər həyat çox gözəl olur.

Artistlə publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır.

Sevgi yoxa çıxanda onu ya qızdırmaq, ya da tullamaq lazımdır. Bu, sərin yerdə saxlanılası ərzaq deyil.

Sevgi yanğından sığortalanmır.

Mən sevgidən ölmürəmsə, mən ölməyə bir şey tapmıramsa, bax onda mən can verməyə hazıram.

Həyat ən yaxşı özünü öldürmə vasitəsidir.

Mən istəyirəm ki, «Etiraf»ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də «o bağışlanacaq, çünki o sevirdi» desinlər.

Əgər kişinin əlləri qəşəngdirsə, o daxilən eybəcər ola bilməz. Əllər yalan danışa bilməz.

Hətta telefon məlumat kitabçası da elə oxumaq olar ki, bütün zal hönkür-hönkür ağlasın.

Mənim üçün oxumaq – bir qaçış vasitəsidir. Bu başqa dünyadır. Mən onda yer kürəsində olmuram.

Mən istəyirəm ki, insanlar hətta mənim sözlərimi başa düşməyəndə də ağlasınlar.

Mən tənhalıqdan qorxuram, o insanı səhər açılanda, yaxud axşam düşəndə yaxalayır. Həmin vaxtı insan həyatın mənasını, niyə yaşadığını sorğulamağa başlayır.
 

 

0 şərh