Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Lüdviq van Bethoven haqqında məlumat | Həyat və yaradıcılığı

Bethoven kimdir?

Dahi alman bəstəkarı və pianoçusu  Lüdviq van Bethoven klassik musiqi dünyasının ən məşhur və sevilən nümayəndələrindən biridir. Musiqi tarixində böyük iz qoymuş dahi sənətkar çətinliklərlə dolu bir həyat hekayəsinə sahibdir. "Çətinliklər möcüzələr yaradır" deyimi Bethovenin  musiqi həyatında öz əksini tapır. Onun insan ruhuna dərindən təsir edən. bənzərsiz əsərləri bu gün də ən çox dinlənilən klassik əsərlər arasında yer alır.  Bethovenin həyat və yaradıcılığı, özündən sonra gələn sənətkarlar üçün əsl musiqi məktəbi olmuşdur.

Davamı →

Zamanla qeyri-bərabər döyüşün qalibi | Şostakoviç

Əslində bu yazıda elə lap öncədən — incəsənətin özü başdan-başa paradoksdur! – söyləmək olardı. Və bu da doğru olardı, çünki yüksək incəsənəti sırf əyləncə deyil, insanın daima dünyanın dərkinin cəhdi kimi qəbul etsək, lap kiçicik araşdırmada incəsənətin, incəsənət tarixinin hansısa məntiqi varsa belə, onun da paradokslardan ibarət olduğu qənaətinə gələrdik.

Davamı →

Sara Qədimova

1938-ci ildə Bakıda Azərbaycanda özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Həmin vaxt müsabiqə iştirakçıları arasında olan 16 yaşlı yeniyetmə qız da çıxış üçün öz növbəsini həyəcanla gözləyirdi. Ürəyi əsim-əsim əsir, ilk dəfə səhnədə nəhəng ustadların — Üzeyir bəy Hacıbəylinin, Hüseynqulu Sarabskinin, Yavər Kələntərlinin, Əhməd Bakıxanovun, Qurban Pirimovun, Zülfü Adıgözəlovun qarşısında çıxış edəcəyi, imtahan verəcəyi üçün həyəcandan doğan narahatlıqla var-gəl edirdi..

Sara Qədimova


Davamı →

Azərbaycanlı şair, bəstəkar Onegin Hacıqasımov haqqında

Onegin Yusif oğlu Hacıqasımov 1937-ci ildə Bakıda qatı dindar ailəsində anadan olub. Anası Mahtaban xanım rus ədəbiyyatı vurğunu olduğu üçün Puşkinin ölümünün 100-cü ilində dünyaya gələn oğluna dahi rus şairinin qəhrəmanı Yevgeni Oneginin şərəfinə Onegin adını verir. 5 ildən sonra bu cütlüyün bir uşaqları da dünyaya gəlir. Ona Nizami adını verirlər. Həmin il, 1942-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi idi.

Davamı →

Səxavət Məmmədov haqqında

1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı.
Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.

Davamı →

Aşıq Ədalət haqqında

1. Bir dəfə ona verilişlərin birində belə bir sual verirlər:
“Ədalət əmi, səni uşaqlığına qaytarsalar, gedərsən?
O, deyir:
“Yox. Ona görə ki, indi doyunca çörək yeyə bilirəm, uşaqlıqda çox aclıq çəkmişik.
2. Uşaq olanda müharibənin ən pis və aclıq vaxtlarında qonşunun bağına şəftəli oğurluğuna gedirlər. Ev yiyəsi gələndə hamı qaçır, Ədalət qalır. Adamlar onu döyməsin deyə yerə yıxılıb özünü ölülüyə vurur.

Davamı →

Şövkət Ələkbərova | Həyatı sınaqlarda keçən sənətkar

Həyatı  sınaqlarda keçən sənətkar
1922-ci il oktyabrın 20-də Bakı şəhərində dünyaya gəlib. Şan-şöhrət mənasını daşıyan Şövkət adını veriblər ona. Atası Feyzulla kişi fəhlə idi. Zəhmətlə qazanıb gətirirdi ailəsinin, övladlarının ruzisini. O, musiqi sənətinə nabələd deyildi. Azərbaycanın xalq musiqisinə, muğamlarına, aşıq musiqisinə ürəkdən bağlı idi. Anası Hökumə xanım isə qızlardan ibarət orkestrdə tar çalırdı. Evlərindən tez-tez Hökumə xanımın tarda ifa etdiyi musiqi sədaları eşidilirdi.

Davamı →

Xan Şuşinskinin Cabbar Qaryağdı haqqında XATİRƏLƏRİ

Onu məşhur vokal ifaçısı Fyodor Şalyapin dinləyib, səs imkanlarını yüksək qiymətləndirmiş, rus poyeziyasının incilərindən olan Sergey Yesenin isə Bakıda olarkən ifasına qulaq asdıqdan  sonra çox təsirlənərək, öz heyrətini belə ifadə etmişdi: O (C.Qaryağdı) şərq musiqisinin peyğəmbəridir.
2021-ci il ölməz sənətkar, Azərbaycan muğam ifaçılığının ən parlaq nümayəndələrindən olan muğamatımızın mahir bilicisi, ifaçısı və xalq mahnısı adı ilə məşhur olan yüzlərlə mahnı və təsnifin müəllifi Cabbar Məşədi İsmayıl oğlu Qaryağdının anadan olmasının 160 illiyinə təsadüf edir.
Davamı →

Xəyyam Mirzəzadə | İldırımtək çaxıb gedən bəstəkar

Bir var sadəcə baxıb gedəsən, bir də var – Xəyyam Mirzəzadə demişkən “ildırımtək çaxıb” gedəsən!..
Azərbaycanın görkəmli bəstəkarı Xəyyam Mirzəzadə də özü demiş «ildırımtək çaxıb» getdi...
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, zamanının canlı əfsanəsi, Dövlət mükafatı laureatı, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Hadı oğlu Mirzəzadə.  

Davamı →

Niyazi haqqında maraqlı faktlar

1. Niyazi Zülfüqar oğlu Tağızadә 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Niyazinin dayısı Heydərəli Tağızadə inqilabçı olub. Dayısının faciəli qətlindən sonra Niyazi onun soyadını daşımağı özünə borc bilir. Beləliklə Tağızadə-Hacıbəyov soyadını götürür. Lakin daha çox Niyazi adı ilə tanındı.

Davamı →