Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Masonların sirrini açan bəstəkarın sirli ölümü

Miloş Formanın 1984-cü ildə ekranlaşdırdığı “Amadey” britaniyalı dramaturq Piter Şefferin eyniadlı pyesi əsasında lentə alınıb. Şefferin pyesi Motsart və Antonio Salyerinin münasibətlərinin sərbəst yozumuna əsaslanır. Eyni zamanda müəllif Puşkinin “Motsart və Salyeri”, Nikolay Rimski-Korsakovun eyniadlı operasından təsirlənib.
Film Salyerinin (F.Myurrey Abraham) uğursuz intihar cəhdi ilə açılır və o, Motsartı (Tom Hals) öldürdüyünü deyir. Bundan sonra bəstəkar ruhi xəstəxanaya yerləşdirilir. Gənc rahib bəstəkarın yanına gedir və Salyeri ona öz həyat hekayəsini danışır...

Davamı →

Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi

Bu gün, 18 sentyabr, böyük bəstəkarımız, Qarabağın yetirdiyi dahilərdən biri, bəlkə də ən birincisi, akademik musiqimizin tarixini başladan bəstəkarın, maarifçi, xeyriyyəçi, təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən görkəmli şəxsiyyətlərindən biri Üzeyir Hacıbəyovun doğum günüdür.
Azərbaycanın sənət tarixində bütün taleyi – dünyaya gəlişindən tutmuş ölümünə, yaradıcılığına qədər bütün ömrü öz ölkəsinin, daha sonra yaşadığı regionun və hətta dünya tarixi ilə bu qədər bağlı, birləşik ikinci şəxsiyyət tapmaq çətindir. On doqquzuncu əsrin sonları, iyiriminci əsrin ortalarına qədər Azərbaycanı cənginə almış bütün siyasi proseslər, regionun müqəddəratını müəyyən edən taleyüklü hadisələr Üzeyir Hacıbəylinin də taleyində öz əksini taparaq, bu böyük şəxsiyyətin həyatının axarını müəyyən edib.

Davamı →

Müslüm Maqomayev | Qızıl səs əfsanəsi

Ötən il bu vaxtlar özü son illər ən yaxın simsarına çevrilmiş kompyuterinin qarşısında əyləşib heç vaxt üzünü görmədiyi pərəstişkarları ilə çatlaşır, onların təbriklərini, ən xoş diləklərini qəbul edirdi. Həmin diləklərin ünvanı kimi mövzusu da bəlli idi — yaradıcılıq uğurları, uzun ömür, cansağlığı… Bax, bu sonuncu diləyin Tanrı dərgahında eşidilməsinə ehtiyacı çox idi. Builki ad günündə də ən vəfalı pərəstişkarları — böyük sənətkarı, səmimi insanı dəyərləndirməyi bacaran insanlar onu yad edəcəklər. Ola blisin ki, bu isti avqust günündə onun Fəxri Xiyabandakı torpağı soyumamış məzarını ziyarət edənlərin sayı sənətkarı ömrünün sonunadək ən sevimli müğənnisi tək sevməkdə qərarlı kəslərin sayından qat-qat az olsun. Nə eybi, onsuz da əsl sevginin əbədi ünvanı ürəkdir.

Davamı →

Dünya bəstəkarları

Bedrjik Smetana (02.03.1824 — 12.05.1884)
Çex milli bəstəkarlıq məktəbinin əsasını qoyan B.Smetana musiqi tarixinə pianist, dirijor kimi daxil olmuşdur. Musiqi istedadı bəstəkarda çox erkən yaşlarından özünü göstərmiş, belə ki, 8 yaşlı Smetana artıq skripka və fortepianoda ifa etməyi bilmiş, həm də bir sıra əsərlər bəstələmişdir.

Davamı →

Cuzeppe Fortunino Françesko Verdi

 Cüzeppe Verdi 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir.

Davamı →

Rostropoviç Mstislav Leopoldoviç

Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violonçel ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violonçelin incəliklərini öyrənir.

Davamı →

Bülbül - Milli professional vokal məktəbinin banisi

Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə «Bülbül” kimi tanınıb.
O, Şuşada anadan olub və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib.

Davamı →

Segah muğamının ən mahir ifaçısı

Azərbaycan xalqı bütün muğamları sevdiyi kimi, “Segah” muğamını da çox sevir və yüksək dəyərləndirir. “Segah” muğamı xalqımızın milli ruhuna, zövqünə daha da yaxındır. Qarabağın bir çox məşhur  xanəndələri “Segah” muğamını yüksək səviyyədə, məharətlə oxumuşdur. Onu daha sərbəst, özünəməxsus, hamının başa düşəcəyi bir tərzdə oxumaq xanəndəni məşhur, hörmətli edərdi. Bu cür xüsusiyyətlərə malik olan sənətkarlarımızdan biri də, İslam Abdullayev idi.

Davamı →

Cümhuriyyət dövründə Bakıya köçmüş Vasili Nikolski

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Azərbaycanın görkəmli opera ifaçılarından biri olan Vasili Alekseyeviç Nikolskinin səhnəyə gəlişi bir çox vokal ustaları kimi sovetləşmədən öncəyə  təsadüf edib.
Davamı →

Aqşin Əlizadə

Azərbaycan bəstəkarlıq məktəbi yaranan zaman dünya musiqi sənəti artıq vahid üslub diqtəsindən çıxmışdı. Iyirminci yüzillik cox səviyyəli və coxqütblü bəstə sistemləri, yazı texnikaları mərhələsi idi. Əvvəlki əsrlərin ənənələri və musiqi informasiyası – qədim polifoniya ustalarının maraq obyektinə cevrilərək yenidən fəal ifacılıq həyatına qədəm qoyan əsərlərindən tutmuş postimpressionizmə, ekspressionizmə, neoprimitivizmə və s. müxtəlif təbiətli və məntiqli üslub şaxələri çulğaşaraq qəribə bir rəngarənğlik yaradırdı. Bəstə texnikasında ənənəvi funksional əsaslarda dayananlarla bu əsasların özünü buxov kimi qəbul edib ondan yaxa qurtarmaq istəyənlər arasında radikal qütbləşmə gedir.
Davamı →