Leykozlu xəstələr

Qanyaradan hüceyrələrdən törəyən və bir qayda olaraq sümük iliyini zədələyən qanyaradan sistemin şişləridir.Kəskin leykozda xəstələrin vəziyyəti son dərərcə ağır olur.Belə xəstələrə qulluğun böyük əhəmiyyəti var.Ciddi yataq rejimi gözləmək,alt paltarını vaxtlı-vaxtında dəyişmək lazımdır.Xəstə az-az yeməlidir,qida yaxşı bişirməli,vitaminlərlə,zülallarla zəngin olmalıdır.Tibb bacısı xəstəni yedizdirib,içizdirir,ağız boşluğunu təmizləyir.İçilən mayeni azaltmaq lazım deyil.Diaqnozu təsdiq etmək və leykozun xarakterini aydınlaşdırmaq  üçün,adətən daş sümüyünü punksiya edib,sümük iliyini sterilizə edir,sümük iliyindən yaxma hazırlanacaq şüşəni efirlə silir.

Kəskin leykozu stasionarda müalicə edilər.Qanın tərkibini tez-tez yoxlamaq lazımdır.Xroniki leykozlu xəstə leykoz kəskinləşməyən dövrdə yüngül,həmişəki işini görə bilər,o şərtlə ki,üzünün əmək rejimini  və istirahətini səmərəli təşkil etsin.Açıq havada gəzsin.Günəş altında gəzmək xəstəliyin kəskinləşməsinə səbəb olur.Xəstələr dispanser müşahidəsində olmalıdır.Lazım gələrsə,qan yaranmanı ləngidən preparatlarla müalicəni ambulatoruyada dəvam etdirmək olar.Müalicəni bu cür apardıqda əsas şərt qanı müntəzəm surətdə laboratoriyada yoxlamaqdır.

Müəllif:Zeynəb Əhmədova

Mənbə:Tibbi kitablardan birləşdirilmiş məqalə

0 şərh