Erotik çalarlar

  • Sevgi
Bu,heç də göydəndüşmə deyil və münasibətlər psixologiyasının şah damarıdır. Ona görə ki, məhəbbətin ilkin qığılcımları alışana qədər müəyyən cinsi həvəs əlamətləri özünü büruzə verməlidir. Bir az açıqlasaq, intim yaxınlıq məhəbbətin apogeyidir — desək yanılmarıq və ər-arvad (bu, sonrakı mərhələdir) bağlılığının əsasında durur. Yeniyetmələrdə isə erotik fantaziya özünü o vaxt diktə eləyir, onlar artıq diqqət mərkəzindədir, yaxud buna cəhd göstərir, ətrafı duyur, fikrən həyat çalarlarını təsəvvürlərində canlandırırlar. Bu isə zəruri və normal haldır. Maraqlıdır, bu dövrdən də irəli getmək lazım gəlir. Necə deyərlər, ilk məhəbbət əlamətləri (əlbəttə, bəsit formada, qeyri-şüurlu) bağça yaşlarında özünü göstərir və xüsusilə, oğlan uşağı intuitivcəsinə düzgün hərəkətdə bulunur: xoşuna gələn qıza oyuncaq gətirir, naharda almasından pay verir, ikilikdə həyətdə oynamağı təklif eləyir və sairə. 12-13 yaşlarında bu cür məhəbbət erotik çalar doğurur, məhəbbətin obyektinə (predmetinə) yaxınlaşmaq əlamətinə çevrilir. 5-6-cı siniflərdə qızlar və oğlanlar bir-biriylə şıltaqlıq eləyir, dəftərlərini götürüb vərəqlərini cırır, saçlarının rənginə «sataşır» və beləliklə, onlarda oyanma başlayır, əməlli-başlı gizlin yazışmalar gəzib-dolaşır ciblərdə, kitablar arasında. Xarakteriki odur ki, bu yaşlarda onlar məhəbbəti az-çox anlasalar da, utanırlar, həm valideynlərindən, həm də məktəbdən…


Sual olunur: İlk cinsi kontakta necə yanaşmaq gərək? İnsanın uzun illik təcrübəsində suala hələlik dəqiq cavab verilməmişdir. Qadağanlar sistemi, valideynlərin haqlı (haqsız da az olmur) ehtiyat instinkti və s. yeniyetmələrin qəlbinə bir kövrək örtük çəkir. Həqiqətdir ki, yeniyetmələrin qarşılıqlı münasibətləri sferası: qəti «Olmaz» və «Olar» qadağanında əksini tapır. Ən optimalı isə zənnimizcə, qadağan yox, tərbiyə etməkdir. Hansı ki, gələcək intuitiv hissetmənin mövcud və gələcək rolunu aydınlaşdırmaqdır.
Mətləbə qayıdaq. Məhəbbətin hər iki subyekt tərəfindən anlanmasında müəyyən şərtlərin rolu inkaredilməzdir; şübhəsiz ki, məhəbbət mücərrəd məfhum olsa da, onun maddiləşmiş statusu vardır: Cinsi akt (intim oyun) cinsi həyat stereotipini şərtləndirir. Belə ki, cinsi həvəs yetkin yaşa qədər üçüncü mərhələdir, özü də ən ciddisindəndir və artıq psixoseksual inkişaf başlayır: məktəbli illərdən bir sıra ardıcıl stadiyaları (mərhələləri) ehtiva eləyir və 25-26 yaşlarında qurtarır. Qeyd eləyək ki, cinsi həvəsdə başlıca amil təmasdır və bu proses hələ intim yaxınlıq (akt) deyildir.


Bu, son dərəcə həssas və zərif, zəruri və uzunömürlü hissdir. İnsan yaşadığı mühitdə təbiətlə, adamlarla istər-istəməz əlaqəyə girir, ünsiyyət bağlayır. Təbiətin gözəlliyini duyur, zövq alır, emosional həzzi yaşayır. Adamlarla təmasda onun həm də sosial tələbatı ödənilir. Məqsədimiz məhz fizioloji-bioloji ehtiyacın ödənilməsi məsələsidir. Bu isə qadınla təmasdır. Gəlin, bir azca sakitləşək və aydın baxışla yanaşaq qadınla təmasın ehtiyacına.


Bəllidir ki, təmas kişinin (oğlanın) beynində iki cür formalaşır: sosial-mənəvi və erotik-bioloji aspektlərdə. Şərti adlandırdığımız belə bir qruplaşmada ikinci uzunmüddətli və məqsədli olur; yəni kişi təmasla özünün seksual davranışını ödəyəcək, ya da ünsiyyətin məişət çalarlarını reallaşdıracaq, gələcəkdə evlənəcəkdir. Və bu iki halda da eyni bir nöqtə: intim yaxınlıq reallaşır. Lakin bütün bunlara qədər təmasın emosional çalarları başlıca şərtə çevrilir. Təmas vasitəsilə kişi qadının səsinini ahəngini (unutmayaq ki, qadın münasibətlər prosesində səsinin ahəngini dəyişir: iclasda, küçədə, evdə və s.) bilavasitə duyur. Bu səs həlim, kövrək, yaxud cod, sərt ola bilər və təbiidir ki, birinci sıra ahəng ilkin təmasda müsbət rol oynayır. Səsin həlimliyi, kövrəkliyi o deməkdir, qadının xasiyyəti də, davranışı da yumşaqdır, istiqanlıdır.
Müşahidələr təsdiq eləyir ki, kobud, cod səsli, danışıqlı qadın davranışda da belədir və adətən sosializm cəmiyyətində onları əlüstü tapıb, rəhbər vəzifələrə qoyurdular ki, həyalı kişiləri intizama çağırsınlar...Təmasda səsin emosionallığı qadının xüsusilə əllərinin, üzünün cizgilərini zahirən görmək cəsarətinə gətirir. Kişi qadının barmaqlarına toxunanda əsəb sistemi toxdayır, daxilən qürur hissi keçirir və nəhayət cinsi həvəsin zərif, gizlin oyanışı özünü büruzə verir. Lakin ilkin təmasda bu, nə qədər «örtülü» saxlanarsa, partnyorlar udmuş olarlar. Atalar vaxtilə deyib ki, tez alışan tez də sönər. Dəqiq nəticədir!

Təmas qadın bədənindəki qoxunu reallaşdırır. Qoxu cinsi həvəsin oyanışında həssas və sürətli ötürücüdür. Məşhur polyak seksoloqu M. Vıslotskaya «Sevmək məharəti» əsərində «Seksual qoxu» anlayışını işlətmiş və bunu insana təsir edən hissi qıcıqlandırıcıların ən güclüsü saymışdır.
Burda qeyd eləməyi özümüzə borc bilirik ki, qadın qoxusu hər bir millətdə ayrı cürdür və bu, anadangəlmədir. Yaxşı olardı bu cəhəti, tibb mütəxəssislərimiz açıqlasın və elmi nəticələrini geniş oxuculara çatdırsınlar. Təmasda ikinci şərt qadın üzünün qəşəngliyi, xoşagəlimliyidir. Təsadüfi deyil ki, Şərq klassikləri qadın üzünü, baxışlarını, saçlarını poetik ovqatla tərənnüm etmişlər. Vaqif deyirdi:
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır.
Bulut zülflü, ay qabağlı gözəlin,
Durub başına dolanmaq gərək.
Adətən «Surətpərəst» sözü dilimizdə yad səslənmir, həqiqətən, insan mövcudluğundan qadın gözəlliyinə məftunluğunu gizlətməmişdir. Gözəlliyin komponentləri sırasında üzün çevrəsi: qaş-göz, burun, alın, çənə və s. cinsi həvəsin oyanmasında alışdırıcı vasitədir. Kişi baxışı ilə onu duymağa, erotik fantaziyasında canlandırmağa çalışır. Və real hissə gəlirsə, artıq kişi üçün kənar yad təsirlər olmur; yalnız həmin qadının üz cizgilərinin təması ilə yaşayır. Bir dəfə bir qadınla maraqlanan bir adamla söhbətimdə sualıma cavabında dedi ki, mən ona vurğunluğumu ilk dəfə qəşəng üzündə tapdım. O, ən pis geyinsə belə, bunun fərqi yoxdur mənim üçün. Heyf ki, görməmisiz, düzü təsvirdə çətinlik çəkirəm, amma qeyri-adi üz cizgilərinə malikdir. Xoşbəxt qadındır...Kaş o deyən olsun. Lakin cinsi həvəs belə proseslərdə hamıya eyni təsir eləmir. Burada hər adamın fərdi-emosional zövqü əsasdır. Və biz bizə aşılanmış estetikanın qanunlarını şahidliyə çağırmırıq, inandığımız o formulaya da şübhə ilə baxmırıq: İnsan (o cümlədən qadın) mənən, daxilən gözəl olmalıdır! Hər halda qadın zahirən həlim, suyuşirin, qəşəngdirsə, ətrafına yalnız xoş ovqat bağışlayar.

Təmasda üçüncü şərt qadın bədənidir. Oxucular məni düzgün anlasınlar: Qadın bədəninin fiziki görümlüyü onun elə sağlamlığını şərtləndirən amildir. Əgər qadının məftunedici effekti varsa, bu o deməkdir o, sağlam uşaq dünyaya gətirəcəkdir...Kişi adətən zövqü müqabilində bədənin bütövlüyünü mənimsəməyə çalışır və bu, o vaxt baş tutur ki, artıq o məxluqla təmasdadır. Nədənsə elmi-kütləvi ədəbiyyatda estetikadan, gözəllik ehtiyacından yazanlar qadın bədəninin fiziki-sağlamlıq funksiyasından çəkinirlər. Və unudulur ki, burada qeyri-əxlaqilik axtaran, demaqoq-peşəkarın vaxtsız banlayan xoruz üçün qonşusuna tutduğu iradına bənzəyir. Antik dövrün yazılı-mədəniyyət abidələrində bu, əbədiləşib. İntibahın dahi fırça və tişə ustaları qadın bədəninin ecazkarlığını yaratmaqla, o Dövrü ölməzləşdiriblər. İntibahın Rafaelinin, Sandra Botiçellisinin «Örtüklü qadın» və «Romalı Venera» portretlərini xatırlatmaq kifayətdir. Hər iki dahi sənətkar fırçanın möcüzəsini qadın bədəninin gözəlliyində işıqlandırmışlar!
İndi intellektual inkişaf həm də zövq yaddaşını y həssaslaşdırmışdır. Və biz varlığımızın erotik çalarlarını daima qorumağa borcluyuqsa, qadınlar fəxrlə öz fiziki-sağlamlıq qayğısını çəkməlidir!


Mənbə Allahverdi Eminov Şərq ailəsinin sirləri kitabından

6 şərh

bankir

Artıq Fidanın mövzularına girməyə başlamısan:) Daha yaxşı,maraqlı mövzular nə qədər çox olsa,bizim üçün o qədər yaxşı:-)

Arzt
Mən bankirlə hər mövzuda razıyam:-)
Səbinə
sizi ancaq elə şeylər maraqlandırır. Mən yazıq bu qədər əziyyət çəkirəm(mənim yazılarımda mötərizə,apostrof və s. var ki,çox çətindir),heç kim qiymət vermir,amma Fidanın yazılarına hamı qiymət verir.
Nərgiz,görürəm sən də artıq başladın ucuz reytinqə görə bu yola :D
Arzt
Səbinə, xanım hər kəsi maraqlandıran əlbət bir mövzu və ya mövzular var.Maariflənməyə hər kəsin ehtiyacı var.Bu cür mövzulara şərh yazmağım sizin əziyyətinizə mənfi cəhətdən yanaşdığımı göstərir?
kiber

Maraqlı yazıdır. Bütün hisslər keçicidir, erotik hisslər isə məqsədə çatana kimidir… Qeyd edildiyi kimi «Atalar vaxtilə deyib ki, tez alışan tez də sönər. Dəqiq nəticədir!»


 


Bir təklifim var, bu tip yazılarla bərabər insan hüquqlarından, qanunlardan, nigah hüququndan da yazılar yazasız… Çünki bu tərəfdən maafirlənməyimiz daha yaxşı olardı...

Arzt
Son iki fikrinlə mən də raziyam.Həqiqətən də buna ehtiyac var.