Xaldakı dəyişikliklərə diqqət edin!

İri, qabarıq xallar onkoloji baxımından çox təhlükəli sayılır. Onların melanomaya (dəri xərçəngi) çevrilməsi riski yüksək olur. Bu səbəbdən sizdə belə xallar varsa, onlara daim nəzarət edin. Xalda hər hansı dəyişiklik gördükdə vaxt itirmədən həkimə müraciət edin. Bu dəyişikliklər hansılardır?

1. Xalın simmetriyası pozulub. Xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın «hissələrinə» diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.

2. Xalın kənarları nahamar olub — dalğavari və ya «dişli» şəkil alıb.

3. Xalın rəngi dəyişilib. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara), bu təhlükəli simptom sayılır.

4. Xal birdən-birə böyüyüb.

5. Xalın üzərində çatlar, qabıqlar əmələ gəlib.

6. Xal qanamağa başlayıb.

saglamolun.az 

0 şərh