Xərçəng

Dövrümüzün vəbası sayılan xərçəng xəstəliyi insan bədənində olan hüceyrələrin bölünmələrinin sıradan çıxması ilə müşahidə olunan xəstəlikdir.
Hər xəstəlikdə olduğu kimi xərçəng xəstəliyində də xəstəliyin tez vaxtlarda müalicəsi son dərəcə vacibdir.Xərçəng müalicələrini Klassik xərçəng müalicəsi və Alternativ xərçəng müalicəsi olaraq iki qrupa ayırmaq olar.Klassik xərçəng müalicəsinin lazımı qədər nəticə verməməsinə görə bir çox ölkələrdə Alternativ Xərçəng müalicəsi metodundan istifadə olunur.Xərçəng müalicə metodlarını aşağıdakı qruplara ayırmaq olar.

1.Cərrahi Xərçəng Müalicəsi
2.Kimyəvi üsullarla müalicə
3.Radioterapiya
4.Xərçəng müalicəsində bitkilər

Xərçəng xəstəliyi üçün iki qrup risk faktoru vardır.Birinci ,yaşa,cinsiyyətə və ailə genlərinə bağlı olan faktorlardır.İkinci qrup risk faktorlarını aşağıdakılara bölmək olar:
  • Siqaret və spirtli içkilərin qəbulu
  • Uzun müddət və təhlükəli saatlarda günəş altında qalmaq
  • Həddindən artıq rentgen şüasına məruz qalmaq
  • Bəzi kimyəvi maddələr (qətran,benzin,rəngləyici maddələr və s)
  • Bəzi viruslar
  • Hava çirkliliyi
  • Radiasiyaya məruz qalmaq
  • Normal qidalanmamaq



Xərçəng xəstəliyinin aşagıdakı əlamətləri ola bilər.
  • Döşlərin vəya bədənin hər hansı bir yerində əmələ gələn şiş və sərtliklər
  • Sağalmayan yaralar
  • Uzun müddət səsin tutulması və öskürək
  • Udqunmaqda çətinlik çəkmək və həzmin pisləşməsi
  • Zigillərdə əmələ gələn böyümə,qanaxma, rəng dəyişkənliyi,yara
  • Böyük və kiçik tualet zamanı baş verən dəyişikliklər





Tez-tez rast gəlinən xərçəng tipləri:
  • Mədə xərçəngi
  • Prostat xərçəngi
  • Döş xərçəngi
  • Ağciyər xərçəngi
  • Yoğun bağırsaq xərçəngi
 

9 şərh

Nailə_Rzayeva
Bu xəstəlik nadan «dost» kimidir. Daim sənin içində olur, səninlə yaşayır və heç gözləmədiyin anda sənə elə bir zərbə vurur ki. Mənim dayım da bu xəstəliyə ( mədə xərçəngi)  düçar oldu, yalnız üç həftənin içində ağrıları başladı və bu üç həftə içində nə olduğunu belə  anlamağa macal tapmamış həyatdan köçdü. Sən demə illərlə heç nə hiss etdirmədən içəridən öz «planlarını» həyata keçirməyə başlayırmış…
bloqçu
Allah rəhmət eləsin. Buna görə də həmişə deyirlər ki, insan gərək ildə 2 dəfə (hər 6 aydan bir) müayinələrdən keçsin. Bizlər isə buna əməl etmirik, ya vaxt olmur, ya şərait, imkan əl vermir, ya da ki ümumiyyətlə bu haqda düşünmürük. Bu xəstəlikisə çox pis xəstəlikdir, indi eyirlər ki, müalicəsi var, amma, bu da o təsadüf hallarda. Ən çox da gərək xəstəliyi yaranan kimi bilib, tez qarşısını ala biləsən, əks halda xəstəlik artıq canda özünə yer edibsə, təəssüf olsun ki, mmənfi nəticələr verəcək.

Amma, baxıb görürsən ki, bəzi hallarda istisnalar da olur. Elə xərçəng xəstəliyinə tutulan insanlar var ki, sağala bilirlər. YA müalicə düzgün aparılır, ya yaşama, həyata olan istəkmidir nədir biılmirəm. Hər halda Allah saxlayır.

Allah bütün xəstələrə şəfa versin, qalanlara da sağlamlıq.
Dior
Allah rəhmət eləsin Nailə.Mənim də xalam 1ayın içində əridi getdi.Xəstəlik onu əridib elə günə salmışdı ki,əvvəlki ətli-canlı adamdan heç əsər əlamət də qalmamışdı
Nailə_Rzayeva
Bloqçu, Dior və girl_moon, təşəkkür, Allah hamının ölənlərinə, əzizlərinə  rəhmət eləsin, yerləri behiştlik olsun. Bloqçu, sizinlə razıyam, bizlər öz səhhətimizə qarşı daim səhlənkarlıqla yanaşırıq. Ciddi yanaşmaq istədikdə isə çox zaman gec olur...
tenqo
Həyatdan köçmüşlərə Allah rəhmət eləsin, qalanlara da cansağlığı versin
girl_moon
Əlbəttə heç kim xəstəliklərdən sığortalanmayıb. Nailə xanım, Allah dayınıza rəhmət eləsin. Bu xəstəliyə düçar olmuş bir türk müğənnisi var, adı çox təəssüf indi yadıma düşmədi. O bu xəstəliyin onda olmasını tez bilmişdi, və öz 10 yaşlı oğluna görə, onu həyatda tək qoymamağa görə, öz möhkəm iradəsi ilə, saçları belə kimyəvi şüalanmadan tökülsə də, əməliyyat öncəsi hətta bu xəstəliyə qoşduğu bir mahnı ilə özündən əlavə bütün xəstələrdə ruh yüksəkliyi yaratmışdı. Əməliyyat isə uğurla keçmişdi .Belə insanlara Allah özü kömək olsun.
rdgr
mənim də xalam  bu xəstəlikdən dünyasını dəyişib.mənim 5 yaşım vardı.mənim yadımda xəstə halıyla qalıb.bizim kimi yaxınları bu xəstəliyə düçar olan yaxınları olanlar daha çox risk altındadırlar
Əliyev
Çayı isti-isti içmək yemək borusu xərçəngi riskini artırır. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə araşdırmanın nəticələri «British Medical» adlı tibb jurnalında yer alıb. Araşdımaya görə, hər birimiz gün ərzində içdiyimiz və istiliyi 70 dərəcədən yuxarı olan ən azı 1 stəkan qaynar çay bu xəstəliyə tutulma riskini dəfələrlə artırır.
Belə ki, yemək borusu əzələlərdən ibarət orqandır və qidaların mədəyə çatdırılmasını təmin edir. İsti çay əzələləri zədələyir və hüceyrələri məhv edərək xəstəliyə yol açır. Qərblilərin çaya süd qataraq içməsi bu riski az miqdarda olsa da azaldır. Çünki soyuyan çay yemək borusuna ziyan vermir.

Yemək borusu xərçənginə səbəb olan digər iki faktor isə siqaret və spirtli içki olsa da, ən başlıça səbəbi qaynar çaydır.
Qeyd edək ki, hər il dünyada 500 mindən çox insan qida borusu xərçəngi nəticəsində dünyasını dəyişir.
Fianda
bir nəfər demişdi ki,müəlliməsi mədə xərçənginə tutulur.1yetim qalmış balaca nəvəsini saxlayırdı.uşağa görə ölmək istəmirdi.bir gün psixoloq kalleqası ilə söhbət edir.1müdət sonra müayinəyə gedir,həkimlər təəccüblə onun sağaldığını deyirlər. müəllimənin sağalmağının səbəbi psixoloqun ona verdiyi əhəng qatılmış su idi.ama əslində bu dərman deyildi,sadəcə psixoloq ona bu«dərmanı»verəndə onu sağalacağına elə inandırmışdı ki,müəllimənin orqanizmi bu əhəngli suyu əsl dərman kimi qəbul edib,özü özünü sağaltmışdı.Bu həqiqətdi.İnam hər şeyə qadirdi!