Mən

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm !
Bəxtiyar Vahabzadə.
 
Hamidan və hər şeydən uzaqda. ..Hamıdan və hər şeydən qıraqda...
Bu günlərə necə gəldim, nə vaxt gəldim. Qurduqlarım necə də yerə yıxıldı, dağıldı, məhv oldu. Onları  əlimdə saxlamağa, yaşatmağa  imkan belə edə bilmədim, bacarmadım,  alınmadı. Həmişəmi belə olacaq. Əvvəlki ola biləcəyənmi, yoxsa həmişəmi belə ümidsiz, aciz, asılı, çarəsizmi olacağam. Özümə güvənimi, qərarlı olmağı unutmuşam. Heç nəyə qərar verə bilmirəm, heç nə məndən asılı deyil. Öz gücümü bütövlüklə itirmişəm. Mən sevdiklərimin yanında ola bilmirəm, mən mənə əziz olanlardan çox uzağam. Belə çox çətindi. Mən istəklərimin xaricindəyəm, mən arzularımın, içimin, düşüncəmin, varlığımın xaricindəyəm. Sanki başqasının həyatını yaşayır kimiyəm. Sanki mən özümə aid deyiləm. Günlər ötür...günləri belə izləyə bilmirəm. Mən ancaq baxıram, baxıram… elə hey baxıram. Müşahidəçi mövqeyi, ancaq müşahidəçi mövqeyi...  Hadisələrsə fasiləsiz, bir-birinin ardınca davam etməkdədir, məndən asılı olmadan, mənlə hesablaşmadan, soruşmadan. Durğunluq. Hər şeyi yenidən başlamaq, hər şeyi yenidən qurmaq, hər şey yeni, dünənimi mənə xatırladacaq heç bir, adi bir xatirə belə yox. Necə amansızcasına, qəddarcasına hər şey devrildi, yox oldu. Mənsə günahkar birisi kimi heç müqavimət belə göstərə bilmədim, gücüm çatmadı, iqtidarında deyildim. Heç bilmirəm, mən “mən” kəlməsini işlədə bilərəmmi, buna haqqın çatırmı, heç bunu istəyirəmmi? Düzü, bilmirəm… lakin indi yaşamış olduqlarımı ...bütün bunları bu “mən”lə davam etmək istəmirəm. Mən özümü istəyirəm. Mən…  
Hələ də özümü tapa bilmirəm. Günlər bir- birini əvəz etsə belə… ara- sıra kiçik hissələrimi tapsam da onları bir araya gətirə bilmirəm. Sanki nəsə, kimsə, hansısa qüvvə buna mane olur. Nə səbəbə? Anlaya bilmirəm. Dünənimdə ilişib qalmışam. Mənsə dünənimdəki məni yeni daha da inkişaf etmiş mənlə əvəz etmək istəyirəm. Geri boylanmaqdan, keçmişimdə özümü tapmaqdan yorulmuşam, artıq boynum da yorulub, mən bu günümü yaşamaq istəyirəm, keçmişimdəki günlərin xiffətini çəkə — çəkə yox, yeni günləri istəyirəm, arzularla dolu, yeni qələbə, zəfərlə dolu günləri.
İstəmirəm həyatım sakitсə bir otaqda
gəlib keçsin lal kimi...
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Baxçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxalanmaq istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
Bəxtiyar Vahabzadə.
17. 06. 2012
müəllif: Zeynalova V.M
 
 
 

9 şərh

seyidova
:((( Menim bele vaxtlarım olub.
_BUMERANQ_
Şeir qəşəng şeirdi. 
Mövzu daha çox Romantika və düşüncələr bloquna uyğundu, məncə. 
pascal
ayxansevda, mövzunu özünüz yazmısınız?
ayxansevda
bəli
pascal
Gözəldi. Bəyəndiyim üçün soruşmuşdum. Bəs, sonda yazdığınız müəllif...?
Gülnar
Mənə elə gəlir ki, bu vəziyyət daha çox insanın qarşısına müəyyən məqsədlər qoyub o məqsədlərə çatdıqdan sonra yaranır. Belə vaxtlarda hər şey mənasızlaşır, adam özünü zəif hiss edir, özünə yer tapa bilmir, elə bil ki, ona aid olmayan yerdədir. Nəsə etməlidir, amma bilmir nə. Təxminən belə-belə işlər. Musiqiyə qulaq asmaq, qarşıya yeni məqsədlər qoymaq (tutaq ki, bir aya filan kitabları oxuyub qurtaracam) xeyir edir.
ayxansevda
"bu vəziyyət daha çox insanın qarşısına müəyyən məqsədlər qoyub o məqsədlərə çatdıqdan sonra yaranır."Gülnar, məqsədə çatdıqda yoxsa çatmadıqda? izah edin mümkünsə.  hər kəsə ayrıca bildirdikləri fikirlərə görə diqqətə görə təşəkkürümü bildirirəm
Gülnar
Eslinde her iki halda bu duyğulari yaşamaq mümkündür. 
Cavabim çox gec olub:) Çünki sualí indi tesadüfen gördüm 
azadmamedov90
Bu şeirləri oxuyanda yadıma istər istəməz- İstəmirəm şeri düşdü. (ama siz videoya fikir verməyin, sözləri çox gözəldir)