Dörd yarpaqlı yonca

Dörd yarpaqlı yonca bir çox mənbələrdə uğur simvolu olaraq qəbul edilir. Xristianlıqda Həvvanın cənnət bağında əlində dörd yarpaqlı yonca ilə gəzişdiyinə inanılır. Dörd yarpaqlı yonca ilə bağlı bir sıra miflər mövcuddur.

Bir inanışa görə, Druid adı verilən bir toplum Günəşə sitayiş edər və ildə bir neçə dəfə meşdə yığışaraq öz rituallarını həyata keçirərdilər. Bu zaman onlar aralarında baş verən anlaşılmazlıqları həll etməyə çalışar, gələcəkdə baş verə biləcək pis hadisələrin qarşısını almaq üçün insan qurban edərdilər.

Qurban seçərkən daha çox günahkar insanlara üstünlük versələr də, bəzən günahsızların da qurban edilməsi halları olurdu.  Druidlərin inanışına görə qurban edilən şəxs bu yolla günahlarından təmizlənir və günahsız körpə olaraq yenidən dünyaya gəlir.

Druidlər həmçinin, dörd yarpaqlı yoncaya xüsusi önəm verər, onun ailə içində firavalıq yaratdığına inanardılar. Dörd yarpaqlı yonca sahibinə pis əxlaqlı insanları, şeytanı görmə istedadı bəxş edər və bu tip varlıqlardan özünü qorumağa kömək edərmiş. Qurbanetmə ritualından öncə yoncanın bu gücündən istifadə edərlərmiş. Dördyarpaqlı yoncanı tapan şəxs qurban edilməzmiş. Təbiətdə çox az tapılan dörd yarpaqlı yonca sahibinə şans gətirdiyinə inanış da burdan qaynaqlanmışdır.

Hazırda uğurun, şansın simvolu olaraq qəbul edilən dörd yarpaqlı yonca ilə bağlı inanışların kökündə onun pisliklərdən qoruyan sehirli gücü dayanır.

Şans gətirəcəyinə inanılan dörd yarpaqlı yoncanın hər yarpağı bir şeyi simvolizə edir: birinci yarpaq ümidi; ikinci yarpaq imanı; üçüncü yarpaq sevgini; dördüncü yarpaq isə şansı

Bu, sadəcə, bir əfsanə olsa da, insanlar hələ də çətin tapılan dörd yarpaqlı yoncanın axtarışındadırlar.


12 şərh

pascal
Son cümləyə əlavə edim: ...Tapanlar tapıb ama. ;)
Ferbara
Yaradıb tapmışıq. ;)
Ferbara
Həə, maraqlı məlumat idi. Deyəsən yasəmənin də 5 ləçəyi olan çiçəyinin uğur gətirəcəyinə qızlar inanır. :)
Gülnar
Ümid, iman, sevgi, şans. Maraqlıdı hansı hanısımız olarıq? ;)
pascal
Fərqi yoxdu. Bir olmasa, Yonca yonca olmaz. Bütünlükdə Yonca var olar. :)
Ferbara
Növbəli dəyişir. :)
_BUMERANQ_
Ən şanslısı özüməm :) 
pascal
İndi diqqətlə fikir verirəm, yarpağın hər bir ləçəyi ürək formasındadır. Təsadüfə bax e.. 
Ferbara
Hansı təsadüfə? ;)
pascal
Anladığın təsadüfə. :)
Ferbara
:)))
Gülnar
Mən sizə boş yerə "ürəh" demirəm ki :))