Tezdən oyanmaq üçün 6 səbəb

İnsanlar tezdən oyanmağı həyatda müvəffəqiyyətli olmaqla əlaqələndirirlər. Bloqer İgosa Ayhi iki ildir ki, hər gün saat altıda oyanır və bunun həyatını dəyişdiyini bildirir. Bununla yanaşı İgosa sizi tezdən oyanmağa təşviq edəcək altı səbəbi açıqlayıb:

1. Özünüzü gizli-gizli kəşf etməyə vaxtınız olacaq
Bir çox insan diqqətsizliyi ucbatından məqsədlərinə çata bilmir. Əgər günə təcili etməli olduğunuz işləri düşünərək başlamırsınızsa, məqsədinizdən uzaqlaşmağınız təbiidir. Hamıya məlumdur ki, insan beyni günün birinci yarısında daha yaxşı çalışır.

2. Gününüzü planlamaq üçün vaxtınız olacaq
Tezdən oyananların işə getməzdən öncə həmin gününü planlamaq fürsəti olur. Gündəlik planınızı nə qədər tez etsəniz, bir o qədər vaxtınıza qənaət etmiş olursunuz. Düşünə bilərsiniz ki, gündəlik planlamanı bir gün əvvəl axşam da edə bilərəm. Amma bu əks effekt verə bilər. Bu halda beyniniz yorğun olur və sadəcə istirahətə ehtiyacı olur. Ona görə də yeni planlar qurmaq heç də yaxşı fikir deyil.

3. Səhərlər fərdi inkişafınızı sürətləndirmək üçün ən yaxşı vaxtdır
Kim deyir ki, oyanan kimi işə qaçmalısınız? Bir çox insan ailəsinə, əyləncəyə və ya idmana vaxt ayıra bilmədiyindən şikayət edir. Əgər səhər 06:00-da oyansanız işə başlamazdan öncə idman etmək üçün bir az vaxtınız olacaq. Səhər idmanla məşğul olmağınız işinizə də öz müsbət təsirini göstərəcək.

4. Günə səhər yeməyi yeyərək başlayacaqsınız
Həyatınızda bir dəfə də olsa, bu cümləni eştmisiniz: Səhər yeməyini yemək vacibdir. Əgər siz işə getməmişdən bir neçə saat öncə oyansanız səhər yeməyini də qaçırmayacaqsınız. Bu sahədə edilən araşdırmalar göstərir ki, səhər yeməyi sağlamlıq baxımından da önəmlidir. Maşının işləməsi üçün benzinə ehtiyacı olduğu kimi xüsusilə, səhərlər insan vücudunun inkişafı üçün qidaya ehtiyacı var.

5. Uğur qazanan insanlar belə edir
Nyu York Maqazin jurnalında Tvitterin qurucusu Cak Dorsey haqqında yayımlanan məqalədə Cak Dorseyin günə səhər 05:30-da başladığı bildirilir. Dorsey işdən əvvəl boş qalan saatlarını meditasiyaya və on kilometrlik qaçışa sərf edir. Apple-ın CEO-su Tim Cuk həmkarlarının e-poçtla müraciətlərini 04:30-dan cavablandırmağa başlayır.

6. Hamıdan 2 addım öndə olacaqsınız
Araşdırmalar göstərir ki, erkən oyanma vərdişi yaradıcılıq qabiliyyətinizi də ortalığa çıxarır. Bu, həmçinin özünüzə inamın artmasına da kömək edər: rəqibləriniz yatarkən siz işə başlayırsınız. Bundan əlavə əgər özünüzü həmişəkindən iki saat yarım daha tez oyanmağa məcbur etsəniz, gündə 150 dəqiqə daha çox vaxtınız olacaq. Bu da hətfədə 17 saat və ildə 740 saatdan çox edir. Seçim sizindir.

Mənbə: mynet.com
 

0 şərh