Gülümsə :)

gülümsəyin. qoy təbəssüm sizi sevindirsin
Gülümsə!

Gülümsəyin!
Söhbət "anekdot"lardan və "gülməli" verlişlərdən getmir. Sizin enerjinizdən danışıram mən.
Küçədə, evdə, tanıdığınız və tanımadığınız insanlara gülümsəyin.
Çünki bu hamıya yaraşır və hamının içində müsbət enerji baş qaldırır.
Insanlar bir-birinin problemli olduğunu onsuzda bilir.
Və üstəlik nə qədər olar axı evdən çıxar-çıxmaz gördüyümüz ilk insanın gözlərində qəm və ya vəhşi baxışların şahidi olmaq?!
Yaxşı hadisələr haqqında fikirləşin biraz.
Problemlərə görə narahat olmağa dəyməz, əslində, onlar onsuzda ən sadiq dost kimi həmişə yanımızdadılar. Sevgilivizi düşünün, ya çox sevdiyiviz dostuvuzu, balaca dünyadan xəbərsiz uşaqları düşünün, gülün.
Təsəvvür edin ki, yol gedəndə insanlar sizə gülümsəyir, siz isə onlara..
Məncə gülümsəməkdi elə xoşbəxtliyin açarı.

Siz problem fikirləşdikcə özüvüzə problemləri cəlb etmiş olacaqsız, insanları təbəssümə qonaq etdikdə isə, onlarda sizə təbəssüm ilə qarşılıq verəcəklər.
Qeyd: ötən yazıların birində kişini öz aləmimizdə "niprav" çıxartmışdıq, amma biz "brainstorminbabylon" olaraq Nyutonu və onun cazibə qanununu sevirik, dəstəkləyirik, öpürük.
Allahdan ona rəhmət diləyirik, qəbri nurla dolsun.
Qeyd içində qeyd: rəhməti Allahdan diləyiriksə, deməli biz satanist deyilik.
Bu təbəssüm kompaniyasının doğrudan effektiv olduğunu sizə bir-iki misal ilə başa salmağa çalışacam. Fikirləşin ki, harasa getdikdə, balaca və çox şirin bir uşaq anasının qucağında sizə gülümsəyir, dil çıxardır vəs. Əgər sizin hissləriviz hələ sağdı və əgər siz "ayı" deyilsiz - gülümsəyəcəksiz. =)
Yada əl-əl`ə gəzən çox sevimli bir cütlük görsəz, mütləq nəsə xəyal edəcəksiz, xoş hisslər keçirəcəksiz və yenədə - gülümsəyəcəksiz.
Əslində bilirəm.. Məndə bilirəm ki, dünya yazdığım qədər gözəl deyil.
O gülümsəyən uşaqdan biraz o tərəfdə bir vaxtlar "gülümsəyən uşaq" olmuş, amma indi standart "azərbaycan məktəblisi" olmuş varlıqlara rast gələ bilərsiz. Və daha nələr, nələr.
Bunları hamı bilir. Amma bütün günü beyində bu pis tərəfləri fırlatmaq normal deyil.
Bunları fikirləşdikcə və gülümsəmədikcə biz get – ged`ə bunu ümumiyyətlə yaddan çıxardacayıq.
Və bizdə vəhşiləşəcəyik, lap "onlar" kimi olacayıq.

Biz tez-tez dünyanı dəyişməkdən danışırıq. İndi fikirləşin..
Fikirləşin ki "fuck"la dünyanı hara qədər və necə dəyişəcəksiz axı?!
Birini söyərək və döyərək dəyişdirməyə çalışsanız, o sizə əks reaksiya verəcək. Və tamamilə haqlı olacaq.
Bəlkə biraz gülək?
Bəlkə mehriban olaq?
Bəlkə sevək artıq bir-birimizi?
Yazını bitirəndən sonra, yazıya tam xətt çəkəcək bir fikrə gəldim. Bu P.S`də ola bilərdi.
Dostlarıma və sevdiyimə..
Bütün insanlardan, onların dünyalarından və orda olub-bitənnən bizə nə?!
Biz bir-birimizə gülümsəyək, bir-birimizi sevək. Bu bizə bəsdi!
Gülümsəyin uşaqlar!
thank u
brainstorm[in]Babylon!
 

7 şərh

MASON
Gulumseyin cenablar, gulumseyin)
bahar
İçinizdən gəlməsə belə gülümsəməyə cəhd edin,və bunun nə qədər gözəl və insana rahatlıq gətirən bir şey olduğunu hiss edəcəksiniz.
Təşəkkür.
iliya85
tesekkurler bele bir depresyali vaxtimda bu yazini oxumaq yerine dusdu
seyran
bu qeder deyirsizsə çalışaram.eslinde çox şükür ki,ele bir problemim yoxdur amma nedense her şeyə gülə bilmirəm.bəzən başqalarının qəh-qəhə çəkdiyi bir şeyə mənim sadəcə dodağım qaçır.bir qrup yoldaşım var o. ele ürekden gülürki,cox zaman mən də onun kimi olmaq istəyirəm.nəsə...tşk
heyatin-ellerinde
sizce ne derece duzgundur tanimadiqlarina gulmek? realligi dusunek.gulus nedir? insanin ureyinden gelen duygu.insanin ureyinde derdleri varsa nece gule biler?........mecburi gulus olsa da onun ne kimi ehemiyyeti olacaq........suni gulusdense icden aglamaq yaxsidi..............................emeye twk
Diamonds
Çox bəyəndim bu məqaləni.Elə ilk baxışdan məndə müsbət təsir oyatdı.Əllərinizə sağlıq:)
azadmamedov90
artiq 2 il otub, goresen indi yazarlar ve pozarlar hardadilar?
insanliqdan cismis insanlarla ehate olunmusuq, unutmayin, onlari yalnizca GULMEKLE zerersizlesdire bilerik…