Həsrətini çəkdiyimiz insan
İllərlə bizi xilas edəcək insanın həsrətini çəkdik.., yaramızı sarıyacaq, dərdimizə dərman olacaq insanın həsrətini… Hələ qara buludların başımıza kölgə saldığı və yolların bir-birinə qarışdığı bu gündə O, bizim üçün hava oldu, ziya oldu, abi-həyat oldu. Vəslinə çatma ümidini itirəcək hala gəlsək də, yenə “gözlədiyimiz o Sevgili”ni hər kəsdən soruşacaq və hər yerdə onun nəğməsini söyləyəcəyik.
Diogen cəmiyyətinə qarşı ən dəhşətli bədbinliklə, adam yoxluğunu elan edirdi. Bilmirəm, bizim cəmiyyətimiz bu ağrılı-acılı gerçəyi qəbul edəcək qədər özündən xəbərdardırmı? Biz millət olaraq bir şeyə ac və möhtacıq: Bizi bağrına basacaq, ağrılarımıza məlhəm olacaq və pis ehtiraslardan qurtaracaq “başıuca” insana. Əslində, dünəndən bu günə, çəkilən bütün iztirabların arxasında da, həmişə bu axtardığımız insanın tapılmaması vardı. Yaşatma uğrunda yaşamaq həzzini unudan, başı uca dağlar kimi dumanlı, sinəsi lavaların qaynaşdığı alov nüvəsi “iztirablı insan”ın tapılmaması…
Ardı →