Pilotsuz uçan aparat düşüncə ilə idarə ediləcək !?



Portuqaliyanın “Tekever” şirkəti düşüncə gücü ilə idarə olunan “Brainflight” (beyinin uçuşu) pilotsuz uçan aparat yaradıb. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, insanın başına beyin qabığından elektron siqnalları hesablayan onlarla sensorun bərkidildiyi şlem geyilir. Əldə olunan məlumatlar radiosiqnala çevrilərək bilavasitə uçuş aparatında olan qəbulediciyə daxil olur.  


İnnovativ uçuş aparatının yaradıcıları ümid edirlər ki, onların kəşfi gələcəkdə pilotsuz aviasiya ideyasını həyata keçirməyə kömək edəcək. “Texnologiyalar inkişaf edir və pilotsuz reaktiv təyyarələrin yaradılması yalnız vaxt məsələsidir”, — “Tekever” rəhbəri Rikardu Mendeş deyib.
 
Lakin skeptiklər öz növbəsində qeyd ediblər ki, buna hələ çox vaxt lazımdır. Britaniyalı müstəqil aviasiya məsləhətçisi Con Striklendin sözlərinə görə, bu işlə ciddi məşğul olacaq insanları tapmaq çətin olacaq. Bununla yanaşı, o əlavə edib ki, hazırda aviasiya sənayesi təhlükəsizliyin artırılması, materialların yaxşılaşması və daha qənaətcil mühərriklərin yaradılması istiqamətində inkişaf edir.

 

 

Mənbə: http://www.ictnews.az

1 şərh

Ramil
Maraqlı olacaq.