Рейтинг
+13.57

Ordan- burdan

7 üzv, 7 topik

Mobil telefonların zərərindən belə qorunun

 

Mobil telefonlara zəng gələn zaman yayılan radiasiyaların beyinə vurduğu zərərlərin qarşısını almaq üçün  bu tövsiyələrinə əməl edin.
Telefon zəng çalan kimi dərhal qulağınıza yaxınlaşdırmayın.
Mobil telefonlar ən çox radiasiyanı ilk çağırış zamanı yaydığı üçün telefonunuza zəng gələn zaman açmadan qulağınıza yaxınlaşdırmayın.
Telefonla danışarkən qulaqcıq olmazsa dinamikləri açaraq danışın.
Telefonu cibinizdə yox, çantanızda daşıyın.
Telefonu yataq otağına qoymayın.
Telefon danışıqlarınız gündə yarım saatı aşmamalıdır.
Əgər qulaqcıq istifadə etmirsinizsə, telefonla danışarkən eyni qulaqda saxlamayın. Arada bir qulağı dəyişdirin.

 

Mənbə: http://news.lent.az


Davamı →

Wi-Fi-dan istifadə edənlər bunu mutləq bilməlidir.


Yorğunçuluq, arterial təzyiqin artması, yuxusuzluq...
ABŞ-ın Kaliforniya ştatında yaşayan tədqiqatçılar qrupunun keçirdiyi sınaqlar nəticəsində məlum olub ki, Wi-Fi texnologiyası insan orqanizminə, həmçinin bitkilərə mənfi təsir göstərir.
Bizimyol.info ICTnews-a istinadən bildirir ki, mütəxəssislər uzun müddət təxminən 500 ailənin sağlamlıq vəziyyətini monitorinq edib, onların evində Wi-Fi router quraşdırılıb.
Məlum olub ki, zaman keçdikcə insanlar yorğunçuluq, arterial təzyiqin artması, yuxusuzluqdan şikayət etməyə başlayıb.
Bitkilərin isə solmuş, intensiv inkişafı və çiçəklənməsi dayanıb. Maraqlıdır ki, kaktusa heç bir zərər dəyməyib.
Alimlər tədqiqatın nəticəsindən olduqca razıdır və bu məsələni daha ətraflı araşdırmaq niyyətindədirlər.

 

 

Mənbə: http://bizimyol.info


Davamı →

YouTube pullu olacaq

 

Bu barədə istifadəçilərə email-lə yeni müqavilə göndərməklə xəbərdarlıq edilir.

 "YouTube"-da videoları izləyərkən müəyyən reklamlar çıxır. Bu reklamları keçmək üçün 5 saniyəgözləmək lazım olur. 


Ardı →

Telefon qidanın tərkibini deyəcək

 

Ətrafımızda olan import olunmuş qidaların tətkibi necədir?

İsrail alimlərinin hazırladığı kiçikölçülü kamera real vaxt rejimində üzvi maddələri təhlil edəcək.

Tədqiqatçılar bildiriblər ki, belə kamera smartfonlara quraşdırıla bilər. Onun köməyilə istənilən istifadəçi qida məhsullarının kimyəvi tərkibini müəyyənləşdirmək imkanına malik olacaq.
Kamera insan gözü ilə görünməyən hiperspektral rejimdə işləyir. Bu kameranın köməyi ilə əldə olunacaq informasiya smartfonun ekranında göstəriləcək. Sistem Unispectral adlanır.
Smartfonun bu kamera ilə təchiz edilmiş işlək prototipinin 2015-ci ilin yayın ortalarında təqdim ediləcəyi gözlənilir.

Əlbəttə ki, qidanın tərkibini bilmək pis olmazdı!!!!

 

Mənbə: http://news.atv.az


Davamı →

Vikinqlərin islamla nə əlaqəsi olub?

  

İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid qadın məzarından tapılmış üzük Skandinaviya və İslam dünyası arasında yaxın əlaqələrin olduğunu sübut edir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, 1800-cü illərin sonlarında “Birka” adı ilə tanınan vikinq ticarət mərkəzində aparılmış qazıntılar zamanı gümüş üzük tapılmışdı. Üzərində ərəb hərfləri ilə “Allah üçün” və ya “Allaha” yazılan üzüyün ticarət malı olaraq satıldığı və bölgəyə bu yolla gətirildiyi zənn edilir.


Ardı →

Pilotsuz uçan aparat düşüncə ilə idarə ediləcək !?



Portuqaliyanın “Tekever” şirkəti düşüncə gücü ilə idarə olunan “Brainflight” (beyinin uçuşu) pilotsuz uçan aparat yaradıb. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, insanın başına beyin qabığından elektron siqnalları hesablayan onlarla sensorun bərkidildiyi şlem geyilir. Əldə olunan məlumatlar radiosiqnala çevrilərək bilavasitə uçuş aparatında olan qəbulediciyə daxil olur.  

Ardı →

BABƏK QALASI – QARTAL YUVASI

  

  Babək qalası-Azərbaycan türklərinin min il bundan öncə yaratdığı azadlıq və istiqlaliyyət qalasıdır. Ulu türkün əskidən bəri tapındığı yurd yeri, tarixlər yadigarı, başı buludlara dəyən xürrəmilər məbədidir. Hər il Güneyli soydaşlarımız qədim qalanın ziyarətinə kütləvi xalq yürüşü keçirir, öz alp-ərənlik tarixini xatırlayır, əfsanəvi qəhrəman Babəki yada salıb tarixi bahadırlıq ənənələrini yaşadır. Bir millətin öz din-imanına, milli ənənə və mənəvi dəyərlərinə tapınması onun kamillik zirvəsi, özünü dərk edib dəyərləndirməsi deməkdir. Bu yolu tutan hər hansı bir xalqm kölə-qul həyatını yaşaması, yad təsirlərə düşüb əriməsi, tarix səhnəsindən silinib getməsi ağlasığmaz bir işdir. Özünə tapman bir millətin öz yaralarmı başa düşüb nəticə çıxarması, yüksək bir iradə nümayiş etdirməsi, meydana birgə çıxmaq imkanlarım dərk etməsi yeni bir amal və dünyabaxışın başlanğıcıdır.

 


Ardı →