Bloq haqda
Orta əsrlər tarixi. feodalizm.
Avropa ölkələrinin orta əsr tarixi.Şərq ölkələri orta əsrlərdə
Oxucular (14)
IDEAL Ferro Xrizoberil Nailə Qasarayeva luminat Nurane Shahbazova yravil Qiyasli lili95 AykaJackson Aristotel Aysel218 Abdulyar SÜSən_MehrəliyevaQərbi Avropa tarixi
* Meşələrin qırılması ilə əkin sahələrinin genişlənməsi;
* Üçtarlalı əkin qaydasının yaranması;
* Təkərli kotanlardan istifadə;
* Yer dəyirmanlarının meydana gəlməsi;
* Xamutun ixtira edilməsi;
* Sənətin kənd təsərrüfatından ayrılması;
* Yeni şəhərlərin yaranması;
* İlk sənətkarlıq müəssisəsi olan emalatxanaların yaranması;
* Şəhər mərkəzlərində sobarun (baş kilsə) inşa edilməsi;
* Eyni peşədən olan usta ittifaqlarının –sexlərin yaranması;
Ardı
- ?
- 15 may 2012, 19:13
- luminat
- şərh əlavə et
İngiltərə XI-XVII əsrlərdə
Vilhelm Fatehə aiddir:
* Yerli feodalların torpaqlarının müsadirə edilməsi;
* İri və orta feodalların tabe edilməsi;
* İngiltərə torpaqlarının yeddidə birinə sahib olması;
* Kral hakimiyyətinin gücləndirilməsi;
Ardı
- ?
- 07 may 2012, 22:16
- luminat
- şərh əlavə et
Son orta əsrlər və yeni dövrün əvvəllərində Avropa
Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdəİngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə vəəhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa vəİspaniya sayıla bilər.
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.
Ardı
- ?
- 22 aprel 2012, 15:47
- luminat
- şərh əlavə et
Ərəb imperiyası
Məlum olduğu kimi Sasanilər imperiyasının feodallaşma dövrünə qədəm qoyması imperiyanın hüdudlarının genişləndirilməsi ilə paralel baş vermişdir. Bizim eranın V-VI əsrlərində imperiyanın sərhədləri şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Eramızın 570ci ilində Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovaraq buranı öz hakimiyyəti altına aldı. Həmin ildə də Məhəmməd peyğəmbər anadan olmuşdur.
Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Hələ qədimdən ticarət karvanlarının yönəldiyi bu yerlər Bizans imperiyasının da diqqətində idi. I Xosrovun Hicazda ağalığı uzun sürmədi. Eramızın 575-579-cu illərində hərbi əməliyyatlar nəticəsində SəudiyyəƏrəbistanının ərazisi bölündü.
Ərəblərdə nəsli qəbilə quruluşu və bir sıra adətlər aradan qalxmaqda idi. Ərəb qəbilələrinin birləşdirilməsi müəyyən ideya hazırlıq mərhələsi keçməmişdi. Bu proses yalnız xarici hərbi təhlükənin mövcudluğu və təsiri şəraitində reallaşmışdı. Ərəb qəbilələri tərkibcə yekcins deyildi.
Ardı
- ?
- 10 aprel 2012, 23:02
- luminat
- şərh əlavə et
Fransa XI-XVII əsrlərdə
* İri və xırda feodal mülklərinə parçalanması;
* Paris və Orlean şəhəri daxil olmaqla ölkənin şimal şərqindəki torpaqları əhatə etməsi;
* Xırda və orta feodallarına kral hakimiyyətini müdafiə etməsi;
* Normandiya və Tuluzanın birləşdiril-məsi (XIII əsr)
* Silki quruluşun mövcud olması (ruhanilər, zadəganlar, yerdə qalan bütün əhali).
Ardı
Xaç yürüşləri
Xaç yürüşü (1096-1099)-I Xaç yürüşünə aiddir:
* Fransa, Almaniya və İtaliya feodallarının üstünlük təşkil etməsi;
* Qüdsün tutulması (1099-cu il);
* Aralıq dənizinin Şərq sahillərində səlibçi dövlətlərin yaranması (Qüds krallığı ən başlıca səlibçi dövləti hesab olunurdu).
Ardı
- ?
- 08 mart 2012, 23:13
- luminat
- şərh əlavə et
Teymurun imperiyası və Cənubi Qafqaz
Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə səciyyələnir. Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində Şirvanşahlar dövlətinin ərazisi istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə bəzən ucdantutma məhv edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə adət etmişdi.
Ardı
Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda beynəlxalq vəziyyət
XIII əsrdə Cənubi Qafqazın başı üzərini iki böyük fəlakət almışdır ki, bunların hər ikisi monqol istilaların ilə bağlı idi. Monqolların Azərbaycana birinci (1220-1223) və ikinci (1228-1230) yürüşləri zamanı əhalinin sıx yaşadığı 7 Azərbaycan şəhəri – Marağa, Ərdəbil, Sərab, Beyləqan, Şamaxı, Gəncə və Şəmkir əsasən xarabalıqlara çevrilmişdi. Beyləqan şəhərinə elə amansız divan tutulmuşdu ki, şəhər bir daha özünü düzəldə bilməmişdi. İri şəhərlərdən yalnız Təbriz və Naxçıvan böyük xərac bahasına öz varlıqlarını qoruyub saxlaya bilmişdi.
XIII əsrin ikinci yarısında Azərbaycanın başı üzərini yeni fəlakət aldı. Belə ki, Çingiz xanın nəvəsi Hülakü xan 1254-cü ildə 120 minlik böyük bir ordu iləİrana və Cənubi Qafqaza doğru hərəkətə başladı. 12551256-cı illərdə bütün İran və Azərbaycan, az sonra Ön Asiya başdan-başa Hülakü xanın hakimiyyəti altına keçdi. 1258-ci ilin fevralında Hülakü xan və onun sərkərdəsi Bacu Bağdadı aldılar, şəhər 40 gün qarət olundu və xarabazara çevrildi. Beləliklə, Abbasilər sülaləsinin 508 ildən yuxarı davam edən hakimiyyətinə (750-1258) son qoyuldu.
Ardı
- ?
- 23 noyabr 2011, 00:43
- luminat
- şərh əlavə et
Avropanın siyasi xəritəsi
Roma imperiyasının dağılması nəticəsində Avropanın siyasi xəritəsi barbar krallıqları siyahısı ilə zənginləşdi. 455-ci ildə simali Afrikadan İtaliyaya soxulan Səndəl tayfaları Roma mədəniyyətinə elə divan tutdular ki, onun yazılı və memarlıq abidəlri əsasən məhv edildi. Barbarların bu hərakatı leksikona vandalizm adı ilə daxildir. Səndəl tayfalarının adı unudularaq vandal tayfalarına çevrildi. Roma imperiyası dağıldıqdan sonra Avropada yaranmış siyasi vəziyyət şərqdə yaranmış siyasi vəziyyətdən əsaslı şəkildə seçilirdi.
Əgər Avropa başdan-başa parçalanmışdırsa şərqdə isə Sasanilər dövləti öz qüdrətinin zirvəsində olub müasir yaxın şərqin çox böyük hissəsini öz hakimiyyəti altında birləçdirdi. Roma imperiyasının dağılması, dağılmada mühüm rol oynamış barbar tayfalarlna dövlətçilik ənənəsi verdi. Hələ e. II əsrində çəkilmiş yuxarı Dunayla Reyn çayl arasında ərazini qoruyan Roma səddi artıq III-IV əsrdən etibarən barbarların hücumları nəticəsində aradan qaldırılmış idi.
Ardı
- ?
- 21 noyabr 2011, 21:27
- luminat
- şərh əlavə et
Teymurilərin hakimiyyəti dövründə beynəlxalq münasibətlər
Cənubi Qafqaz xalqları mürəkkəb və rəngarəng hadisələrlə zəngin çoxəsrlik tarixə malikdir. Həmin tarixin olduqca maraqlı, lakin az öyrənilmiş XIV-XV əsrlər dövrü xalqın təşəkkülü, Azərbaycan və Gürcüstanda milli dövlətlərin meydana gəlməsi, azəri və gürcü ədəbi dillərinin formalaşması kimi proseslərlə səciyyələnir.
Ölkəmizin təbii-coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi və strateji əhəmiyyəti hələ qədim zamanlardan yadelli işğalçıların diqqətini cəlb etmiş, Cənubi Qafqaz torpaqları vaxtdan-vaxta onu ələ keçirmək istəyənlər arasında mübarizə meydanına çevrilmişdi. XIV-XV əsrlərin hüdudunda həmin mübarizə xüsusilə kəskinləşmişdi. Belə ki, şimaldan Qızıl Orda, şərqdən Teymurləng, cənubdan cəlairi orduları tarixi mənbələrdə «Hülakü ulusu» adlı ilə xatırlanan Qafqaza can atırdılar.
Ardı
- ?
- 10 noyabr 2011, 16:17
- luminat
- şərh əlavə et
