Avropanın siyasi xəritəsi

Roma imperiyasının dağılması nəticəsində Avropanın siyasi xəritəsi barbar krallıqları siyahısı ilə zənginləşdi. 455-ci ildə simali Afrikadan İtaliyaya soxulan Səndəl tayfaları Roma mədəniyyətinə elə divan tutdular ki, onun yazılı və memarlıq abidəlri əsasən məhv edildi. Barbarların bu hərakatı leksikona vandalizm adı ilə daxildir. Səndəl tayfalarının adı unudularaq vandal tayfalarına çevrildi. Roma imperiyası dağıldıqdan sonra Avropada yaranmış siyasi vəziyyət şərqdə yaranmış siyasi vəziyyətdən əsaslı şəkildə seçilirdi.
Əgər Avropa başdan-başa parçalanmışdırsa şərqdə isə Sasanilər dövləti öz qüdrətinin zirvəsində olub müasir  yaxın şərqin çox böyük hissəsini öz hakimiyyəti altında birləçdirdi. Roma imperiyasının dağılması, dağılmada mühüm rol oynamış barbar tayfalarlna dövlətçilik ənənəsi verdi. Hələ e. II əsrində çəkilmiş yuxarı Dunayla Reyn çayl arasında ərazini qoruyan Roma səddi artıq III-IV əsrdən etibarən barbarların hücumları nəticəsində aradan qaldırılmış idi. Şimaldan German, Şərqdən Hun tayfaları, cənubdan və cən.-qərbdən vandal tayfalarının hücümü nəticəsində artıq iki hissəyə parçalanmış Roma imperiyasının qərbi tənəzzül edir, şərqi isə iqtisadi və siyasi inkişafda vüsət götürürdü.

Orta əsr dövrünün qaynaqları içərisində xronikalar adını almış və xronoqlaflar tərəfindən hadisələrin illər üzrə yazılmasını əks etdirən səlnamələr, xalqların böyük köçü də daxil olmaqla ertən orta əsrin öyrənilməsi üçün son dərəcə zəngin məlumatlar verir. Qərbi avropada annallar adını almış səlnamələrdə erkən orta əsrin ayrı-ayrı müəlliflərinin əsərlərində bəhs olunan dövrün hadisələri ətraflı işıqlandırılır. Xüsusilə barbar tayfalarında hərbi demokratiyadan dövlətə keçidin etnoslar arası münasibətə təsiri məsələləri annallarda öz əksini tapmışdır.
Erkən orta əsr müəlliflərindən Qeysəriyyəli Prokofü “tarixin sirləri” əsərində Bizans dövlətinin Yustinyan dövrü haqqında maraqlı məlumatlar verir. Erkən orta əsrlər dövrünün xarakteristikasını verərkən nəzərə almaq lazımdır ki, Roma imperiyasında diplomatiya və səfirlik işi barbar xalqlarının təkamülünə və xalqlararası münasibətlərə ciddi təsir göstərmişdir. Həmin dövrlə səsləşən “Salik qanunları” (qal tayfaları haqda), “Rus pravdası” Tatsitdən tutmuş hadisələrin müasiri olan Sevilyalı İsidora (Qat tarixi əsrinin müəllifi), Turlu Qriqoriya (frankların tarixi), Mirzə Pavelə qədər (Znqabardlrın tarixi) əsərində erkən orta əsr müəlliflərinin hamısı mənsub olduqları dövləti idealizə edir, həmin dövlətin apardığı müharibələrin tarixini yazırdılar.
Qeysəriyyəli Prokopi (Qüds qeydləri) əsərində şərqdən qərbə doğru hərəkət edən, öz aralarında ittifaq yaradan bir sıra xalqların tarixindən epizodlara toxunmuşdur. Dövrün hadisələrini öyrənmək üçün hüquqi sənədlər xüsusu aktuallıq təşkil edir ki, “pravda” adı altında meydana gələn həmin sənədlərlə yanaşı krallar arasında yazışmalar dövlətlərarası münasibətlərin necəliyini müəyyənləşdirməyə imkan verir. Yustinianın şərq hökmdarları ilə yazışmaları, B.Karlın Harun Rəşidlə məktublaşması Hun dövlətinin Atillanın Roma dövləti ilə bağladığı sazişlər hüquqi mənbələrə aid edilə bilər. Orta əsrlər dövrünün siyasi hadisələri içəricində xalqların böyük köçü dövründə yar anan münasibətlərin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, xalqların böyük köçü hunların Böyük Çin səddindən yürüşü ilə başlayır.VI əsrdən sonra slavyanların miqrasiyası ilə başa çatır. Məhz bu dövrdə Barbar xalqları ilə yanaşı Hun tayfaları da tarixdə Roma imperiyasının hüquq qaydaları ilə tanış olmuş, bunun nəticəsində yaranmışdır. Böyük Hun imperatorluğu Romanın vaxtı ilə malik olduğu ərazilərin çox böyük hissəsini öz tərkibində birləşdirmişdirə.
Hunların miqrasiyası IV əvvəlindən başlansada ortalarına doğru güclənmiş və Volqa və Don çayı arasındakı ərazidə nəhəng Hun çarlığı yaranmışdır (IV əsr). Hunlar əsasən hərəkətdə olan döyüşkən xalq olduğuna görə çox tezliklə Don çayı ətrafında məskunlaşmış Alan tayfaları ilə toqquşmuş Qərbə doğru irəliləmişlər. Eramızın 375-illərdə hunlar Qara dəniz ətraflarındakı Qot tayfalarını ittifaqını dağıtdıqdan sonra Roma imperiyasının qoşunlarına çevrilmişdilər.
Hun tayfalarının Romanın qonşuluğunda görünməsi imperiya üçün ciddi təhlükəyə çevrildiyinə görə Roma imperatoru federatlarla –barbarlarla imzalanmış müqavilələrə bu təhlükə ilə bağlı xüsusi bənd daxil edirdilər. IV əsrin sonu V əvvəlində Hun tayfalarının dövlətləşməsi sürətlə getmiş, xüsusilə Atilla və onun varisinin dövründə son dərəcə güclü Hun dövləti yaradılmışdı. Qaynaqlar Atillanı “allahın bəlası” adlandırır onun qrşısında heç nəyin dura bilməyəcəyini deyirdilər.

Bu dövr diplomatiyasının xüsusiyyətlərindən biri də ondan ibarət idi ki Roma imperiyasının yerində yaranmış onlarla barbar krallıqları həmçinin Hun imperiyası Roma hüququ və diplomatiyasının ənənələrindən bəhrələnmişlər.Səfir işinin təşkili Roma üslubunda qurulmuşdu.Atilla səfirə verdiyi tapşırıqlara və onun səlahiyyətlərə uyğun hərəkət etməsinə nəzarət edirdi.
Danışıqlar zamanı əvvəllər nəzərdə tutulmayan məsələ qarşıya çıxardısa səfir göndərilmiş şəxs bunun üçün əlavə razılıq almalı idi.Bu xüsusiyyət Yustinian diplomatiyasının analoji xüsusiyyəti ilə üst-üstə düşürdü.Roma imperatorları barbarlarla müttəfiqlik müqavilələrinə daha çox fikir verirdilər. Çünki Qərb imperiyası barbar hücumlarının qarşısını ala bilmirdi.
Qot tayfalarının birinin hökmdarı Alarix 395-ci ildə Romanı tuta bilməsə də 410-cu ildə Romanı ələ keçirir.Varisi Atanarix də 455-ci ildə Romanı istila etmişdi.Atilla hakimiyyətdə olduğu ilk dövrlərdə Roma imperiyasına iddialı deyildi.Lakin Roma əsilzadələrindən Vigilin Atillaya qəsd təşkil etməsi bu məqsədlə elçisi Edikonu ələ alması münasibətləri gərginləşdirdi.Qəsdən xəbər tutan Atilla Vigili edam etdirmədi və bunu elçinin toxunulmamazlığı ilə izah etdi.
Bu dövrdə hunların Roma ilə danışıqlarında gündəlikdən çıxmayan bir məsələ var idi. Bu da hunların yanından Romaya qaçanların geri qaytarılması məsələsi idi.Şampan qraflığı ərazisində 451-ci ildə baş vermiş döyüşdə nə romalılar, nə də hunlar qəti qələbəəldə edə bilmədilər.Lakin döyüşün hunların üstünlüyü ilə bitməsini göstərən fakt ondan ibarət idi ki ,Roma papası böyük dəstənin başında Atillanın hüzuruna gələrək Romanı dağıtmamağı təvəqqə etmiş və Atillaya Romanın müttəfiqliyini təklif etmişdi.

Bizans imperiyasının xarici siyasəti

Erkən orta əsrlərin qüdrətli dövlətləri sırasında olan Bizans imperiyası bir sıra faktorların təsiri ilə öz mövcudluğunu qoruyub saxlamış, Yustinianın hakimiyyəti illərində isə nəhəg dövlətə çevrildi.Yustinianın uğurlarında arvadı Feodora,sərkərdə Velizari və onun arvadı Teodora mühüm rol oynamışdılar.Velizari Yustinianın qələbələrində mühüm rol oynayan sərkərdə olmuş məhz onun qələbəsi nəticəsində barbar krallıqları süqut etmiş və 555-də Bizans imperiyası Roma imperiyası sərhədində bərqərar olmuşdu.
Saray intriqası nəticəsində Velizarinin ölümündən sonra bu işi Nersus davam etdirdi.Yustinianın dövründə Bizansda səfirlik və diplomatiya işi elə bir səviyyəyə yüksəlmişdi ki feodal Avropasının yarımbarbar dövlətlərinin hamısı bu ənənədən bəhrələnmişdi. Yustiniyanın dövründə imperiya dəftərxanası səfirlərin göndərilməsi və qəbulu ilə məşğul olan orqana çevrildi.
Yustinian Bizans imperiyasının qüdrətinin təbliğ olunmasına elə diqqət yetirmişdi ki hakimiyyət illərində imperiya ərazisinə bir dəfə də olsun barbarların hücumu baş verməmişdi.Yustinian xarici qonaqların qəbuluna xüsusi fikir verirdi.Qonaq gələn şəxs sərhəddə qarşılanıb Bizansa gətirilirdi.Yustinian tapşırırdı ki gələn səfirləri elə yolla gətirsinlər ki onlar bir də bura gəlmək istəməsinlər.
Yustinianın hakimiyyəti dövründə şərq ölkələri ilə dostluq münasibətləri saxlanmasına xüsusi diqqət verilirdi.Yustinianın şəxsən özünün təşkil etdiyi ticarət karvanları şərq saraylarına zəngin hədiyyələrlə daxil olur və bununla da imperiyanı şərqdə gözləyən hücumların qarşısı alınırdı.Lakin sələflərindən fərqli olaraq Yustinian müttəfiqlik müqavilələrinə diqqət versə də barbar tayfalarının xidmətindən istifadə etməkdən imtina etmişdi.Onun hakimiyyət illəri xristianlığın yüksəliş dövrü hesab edilə bilər.
Bu dövrdə xristian kilsəsi vahid idi.Bütün kilsəyə Roma papası başçılıq edirdi.Avropada yaranmış dövlətlərin hamısı xristianlığa dövlət dini statusunun verilməsində maraqlı idilər. Çünki Qalliyanın əhalisi xristian idi.

Frank dövlətinin yaranması və xarici siyasəti

Məhz buna görə 493-cü ildə Xlodviq xristianlığı qəbul etdi və Qalliyadakı sosial dayağını möhkəmləndirdi. Roma papaları Konstantinin dövründən etibarən öz imtiyazlarını artırmış, hətta VIII əsrdə saxtalığı sonralar məlum olan “Konstantin bəxşişi” adlı saxta sənəd də uydurulmuşdu. Onun mahiyyəti ondan ibarət idi ki, Roma imperatoru Konstantin 333-334-cü illərdə onu ağır xəstəlikdən xilas etmiş Roma papasına Qərbi Roma imperiyasının ərazisini bağışlamışdı. Həmin ərazidə 751-ci ildə Papalıq dövləti yarandı.
Konstantin bəxşişinin saxtalığını ilk dəfə italyan humanislərindən olan Lorenso Vallua şübhə altına almışdı. O sübut etdi ki sənəd IV əsrdə yox VIII əsrdə yazılmışdı.VIII əsrdə isə yunan dili dövlət dili idi.Latın dilindən az istifadə edildiyinə görə ona mətbəx latını deyirdilər və sənəd də həmin dildə hazırlanmışdı. Eyni zamanda 313-cü ildən etibarən Konstantinin xristianların xidmətindən istifadə etməsi və onlara açıq şəkildə icmaların fəaliyyətinə icazə verməsi məlumdur. Əgər Qərbi Roma papaya hədiyyə verilmiş olsaydı imperator qərb hissənin papanın əlindən alınmasına cəsarət etməzdi. Romada xristianlıq IV əsrin sonunda hakim dinə çevrildi. Əgər xristianlıq həqiqətən də Konstantin tərəfindən dövlət dininə çevrilməmişdisə papaya imperiyanın çox nəhəng hissəsinin pay verilməsi heç bir sübuta əsaslanmır.
Əsasının Xlodviq tərəfindən 500-cü ildə qoyulduğu Frank imperiyası iki sülalənin tarixindən ibarətdir.
I sülalə - Xlodviqin mənsub olduğu Meroveylər sülaləsi adlanır.
II sülalə - VIII əsrin əvvəllərində keçəl Karlın və gödək Pipinin dövründən isə bu sülalə Karolinlər sülaləsi adlanır və müasir Avropanın siyasi xəritəsində silinməz izlər buraxmışdır.

Məlum olduğu kimi, vaxtilə tarixən üç hissəyə bölünmüş Qalliyanın əhalisi xristianlardan ibarət idi. Təsadüfi deyil ki yerli əhalinin sosial dayağını qazanmaq məqsədilə Xlodviq xristianlığın orta məzhəbini qəbul etmiş və bununla da gələcək Frank dövlətinin qurulması üçün həm Roma papasının həm də Bizans imperiyasının dəstəyini qazanmışdı. Xlodviqin varisləri dövründə Frank dövlətinin ərazisi müasir İtaliyanın şimalına qədər yayılmışşimalda isə anqlo-saks tayfalarının yaşadığı ərazinin bir hissəsini əhatə etmişdi.
Frank dövlətinin erkən dövrünün problemlərini öyrənmək üçün eramızın VI əsrinə aid olan Salik qanunlar külliyatı qiymətli mənbədir. Bəhs olunan dövrdə barbar krallıqları içərisində Lanqobard krallığı xüsusi əhəmiyyətə malik idi. Lanqobardlar xüsusilə Yustinianın dövründən sonra Bizans imperiyasını və Frank dövlətini təhdid edirdilər. Təsadüfi deyil ki Lanqobaradlarla  mübarizə Roma papasını Frank dövləti ilə yaxınlaşmağa vadar etdi. Çünki bəhs olunan dövrdə Roma papalığı Konstantinopol patriarxı ilə xristian kilsəsinin gəlirlərinin bölüşdürülməsi uğrunda gərgin mübarizə aparırdı.
VIII əsrin 70-ci illərinə qədər mövcud olan Lanqobard krallığı Avropanın siyasi həyatında da mühüm rol oynamışdı.Frank dövləti yaranan dövrdən etibarən hərbi başçının hakimiyyəti kralın hakimyyətinə çevrilməyə başlamışdı. Əvvəlki xalq yığıncağının yerini kralın əmrilə toplaşan və ildə iki dəfə keçirilən məclislər –saborlar tutmuşdu. Təxminən mart-aprel və oktyabrda keçirilən məclislər zamanı kral yeni qaydaları elan edir qonşu qəbilələrlə və ya dövlətlərlə münasibətlərlə bağlı məsləhətləşmə keçirmək lazım gəldikdə nümayəndə göndərirdi.

 

Europe in the medival centuries
Salik qanunlarının təhlili göstərir ki Frank dövləti həm erkən dövrlərdə həm də sonralar Roma hüququnun təsiri altında olub. Romada olduğu kimi Frank dövlətində də xarici əlaqələrə diqqət verilirdi. Bu əlaqələrin təşkili zamanı adlı-sanlı nəsillərin nümayəndələrinin xidmətindən istifadə olunurdu. 711-ci idəərəb qoşunları Tariqin başılığı altında Tariq boğazından keçərək Priney yarmadasının cənubuna daxil olmuşdu. Kristallı Pipin və çəkic Karlın dövründəərəblərin Avropanın içərilərinə doğru hərəkəti dayandırıldı və 732-ci ildə baş vermiş Puatye döyüşündə ərəb orduları geri çəkildilər.
Çəkic Karl ərəblərlə yanaşı 720-736-cı illər arasındakı dövrdə Qalliyadakı feodal pərakəndəliyinə son qoydu cənubi Qalliyanı vəİspaniyanı öz torpaqlarına birləşdirdi. Benefesis sisteminin mövcudluğu krala dövlət hakimiyyətini möhkəmlənməsi üçün ciddi əsas yaratmışdı. Təsadüfi deyil ki, çəkic Karlın varisi olan gödək Pipin dövlət idarəçiliyini həyata keçirərkən dövlət vəzifələlərini paylayarkən sərbəst hərəkət edirdi. Bu o demək idi ki monarxın hakimiyyəti mütəqləşdirilmiş Avropa bütövlükdə bir hakimiyyət altında bərqərar olmuşdu. Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın dövrü (768-814) heab olunur.
Mərkəzləşmiş hakkimiyyəti kifayət qədər gücləndirən Karl xarici siyasətə diqqət verir və apardığı işğalçı müharibələr zamanı bundan istifadə edirdi. 42 illik hakimiyyəti zamanı az qala 50-ə yaxın yürüş edən Karl yeritdiyi ittifaq siyasəti hesabına anqlar və saksları ,slavyanları özünə tabe etmiş, Ərəb dövləti, Çin və Hindistanla ticarət əlaqələri qurmuşdu.Bu dövrdəƏrəb xilafəti öz yüksəlişinin zirvəsində idi.Ərəb xəlifəsi Frank dövləti ilə ticarət əlaqələrinin saxlanmasına xüsusi fikir verir, Frank vəƏrəb tacirləri hörmətlə qəbul edilirdilər.Bu dövr ərəb müəlliflərinin məlumatına görə Frank dövlətinə gedən ticarət karvanları özləri ilə konkret tapşırıqla yanaşı əvvəlcədən iki qrupa bölünmüş hədiyyə aparırdılar. I-əvəzi ödənilməyən hədiyyələr, II­qarşıya qoyulmuş məqsədə nail olmaq üçün paylanması nəzərdə tutulan hədiyyələr.
Frank elçiləri Kiçik Asiyadakı sahil şəhərləri və Çin ilə ticarət əlaqələri saxlayırdılar.Franklarda yüksək qiymətli ipək Cənubi Qafqazın ərazisindən keçən karvan yolu ilə Avropaya daşınırdı. Böyük Karlın dövründə papalıq dövləti ilə Frank dövləti arasındakı münasibətlər qarşılıqlı asılılığa əsaslanırdı. Papa lanqobardlara qarşı frankların köməyindən istifadə edirdi. Frank dövləti isə katolik dininin möhkəmlənməsinə xidmət etmişdir. Böyük Karl imperator titulunu Roma papasından aldı.
Təxminən eramızın IX əsrinə aid edilən katolik kilsəsi ilə bağlı saxta sənəd papanın gələcək dünyəvi hakimiyyətinin əsaslanması üçün çıxış nöqtəsi olmuşdu.
Həmin sənədə görə, Roma papalarının təyin etdikləri keşişlər və yepiskoplar yerli hökmdarlar tərəfindən dəyişdirilə bilməzdi. Məhz bu Roma papalarına XVI əsrin əvvəllərinə qədər Avropada şəriksiz hökmranlığa imkan yaratmışdı. Böyük Karlın yaratdığı imperiyanın ucqarlarda olan makqraflıqlar iki məqsədə xidmət edirdi. Birincisi, imperiyanın hüdudlarına qəfl hücumların qarşısını almaq, ikincisi, Frank dövlətinə gələn elçilərin və tacirlərin qarşılanması və yola salınması.

Mövzuya dair suallar:

  1. Erkən orta əsrlərdə Avropanın siyasi xəritəsi
  2. Xalqların böyük köçünün dünyanın siyasi xəritəsinin yeniləşməsində rolu
  3. Barbar krallıqlarının xarici siyasəti
  4. Böyük Hun imperatorluğunun xarici siyasəti
  5. Frank dövlətinin yaranması və Avropanın birləşdirilməsi uğrunda mübarizə.
  6. Frank imperiyası böyük Karlın hakimiyyəti illərində
  7. Frank imperiyasının ərəb xilafəti ilə əlaqələri
  8. I Yustinyanın hakimiyyəti illərində Bizans imperiyasının xarici siyasəti
  9. Roma papalıq dövlətinin yaranması və Avropanın mənəvi birliyi
  10. 843-cü il Verden müqaviləsi və Avropada müstəqil feodal dövlətlərinin yaranması
  11. Avropa ölkələri XI-XII əsrlərdə

Ədəbiyyat

  1. Böyük Hun imperiyası. 2 cilddə. B., 1993
  2. Orta əsrlər tarixi / Y.Mahmudovun redaktəsi altında. B., 1986, I cild.
  3. История Византии, т.1, М., 1963
  4. История Заподной Европы. М., 1947
  5. История Италии. т.1. М., 1970
  6. История средних веков. Хрестоматия. М., 1982, т.1
  7. Межгосударственное отношения и дипломатия в средних веках. М., 1970
  8. Сиротенко В.Т. Истории международной отношений в Европе в IV-VIвв. Перм, 1975
  9. Сказкин И.В. История средных веков. В 2-х тт. М., 1972, т.1

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

 

0 şərh