Teymurilərin hakimiyyəti dövründə beynəlxalq münasibətlər

Cənubi Qafqaz xalqları mürəkkəb və rəngarəng hadisələrlə zəngin çoxəsrlik tarixə malikdir. Həmin tarixin olduqca maraqlı, lakin az öyrənilmiş XIV-XV əsrlər dövrü xalqın təşəkkülü, Azərbaycan və Gürcüstanda milli dövlətlərin meydana gəlməsi, azəri və gürcü ədəbi dillərinin formalaşması kimi proseslərlə səciyyələnir.
Ölkəmizin təbii-coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi və strateji əhəmiyyəti hələ qədim zamanlardan yadelli işğalçıların diqqətini cəlb etmiş, Cənubi Qafqaz torpaqları vaxtdan-vaxta onu ələ keçirmək istəyənlər arasında mübarizə meydanına çevrilmişdi. XIV-XV əsrlərin hüdudunda həmin mübarizə xüsusilə kəskinləşmişdi. Belə ki, şimaldan Qızıl Orda, şərqdən Teymurləng, cənubdan cəlairi orduları tarixi mənbələrdə «Hülakü ulusu» adlı ilə xatırlanan Qafqaza can atırdılar.
Cənubi Qafqaz uğrunda mübarizənin gedişində çox keçmədən Teymurləngin böyük üstünlük qazandığı ortaya çıxdı. Həm cəlairi qüvvələri, həm də Toxtamış xanın başçılıq etdiyi Qızıl Orda teymuri orduları tərəfindən darmadağın edilərək Cənubi Qafqazdan qovuldular. Teymurləngin 1895-1404-ci illəri əhatə edən yürüşləri Qafqaz xalqlarına olduqca böyük fəlakətlər gətirdi. Yadelli işğalçıların talançı yürüşlərinin bütün ağırlığı xalq kütlələrinin üzərinə düşürdü. Xalqın mübarizəəzmini qırmaq isə mümkün deyildi. Belə ki, teymurilər Cənubi Qafqazda möhkəmlənmək uğrunda 23 il mübarizə aparmalarına baxmayaraq, Teymurləngin ölümündən cəmi üç il sonra burada yaşayan xalqlar istila boyunduruğunu öz üzərlərindən atdılar.

Teymuri işğalları və onların nəticələri Cənubi Qafqaz xalqları tarixşünaslığında ayrıca tədqiqat əsərlərində, həm də birtərəfli qaydada işıqlandırılmışdır. Belə ki, teymuri işğallarından bəhs edən bütün müəlliflər hadisələrin təsviri ilə kifayətlənir, istilanın Cənubi Qayqaz xalqlarının tarixi taleyindəki rolu işıqlandırılmamış qalır. Azərbaycanın orta əsrlər tarixinin sanballı tədqiqatçılarından olan akademik Əbdülkərim Əlizadə respublikamızın XIII-XVI əsrlər ictimai-iqtisadi və siyasi tarixinə həsr etdiyi monoqrafiyada ərəb, fars və türk mənbələrinəəsasən Teymurləngin 1385-1400-cü illər arasındakı yürüşlərindən bəhs etmiş, göstərilən dövr Şirvan şahlığının tarixinə ayrıca fəsil həsr etmişdi. 1 Monoqrafiyada Teymurləngin Gürcüstana və Ermənistana etdiyi yürüşlərdən də bəhs olunur, gürcü xalqının talançı yürüşlərdən xilas edilməsindəŞirvanşah I İbrahimin göstərdiyi xeyirxahlıqdan söhbət açılır.
Tədqiqatçılardan M.X.Nemətova orta əsr mənbələri və epiqrafik abidələr əsasında Şirvanşahlarla Teymuri dövləti arasındakı münasibətləri işıqlandırmışdır. Əsərdə I İbrahimin uzaqgörən siyasiəti nəticəsində Şirvanşahların dövlət müstəqilliyinin qorunması və Qızıl Ordaya qarşı etibarlı müttəfiq əldə edilməsi məsələləri açılıb göstərilmişdir.2
C.İbrahimovun əsəri isə Azərbaycan tarixinin XIV-XV əsrlər dövrünə dair qiymətli məlumatlarla zəngindir. Əsərdə Teymurləngin yürüşləri, Əlincə qalasının müdafiəsi, Şirvanşah I İbrahimin diplomatik müvəffəqiyyətləri, Qızıl Ordaya qarşı mübarizəsi yığcam şəkildə şəhr edilmişdir3. Müəllif əsərin I fəslində mövzunun tarixşünaslığına və mənbələrin təhlilinə geniş yer verir, fars vəərəb dilli mənbələrin böyük hissəsi müqayisəli tədqiqat obyektinə çevrilir.
«Azərbaycan tarixi»nin birinci cildi  , S.Aşurbəylinin , Ə.S.Sumbatzadənin S.Məmmədovun və başqlarnın əsərləri Teymuri işğalları ərəfəsi və gedişi zamanı Cənubi Qafqazın ictimai-siyasi və iqtisadi vəziyyətini,  tarixi fonunu,  əhalinin, «istehsalın və siyasi qüvvənin çox mühüm amili» olan kəndlilərin vəziyyətini işıqlandırmaq üçün zəruri material verir. Göstərilən ədəbiyyatlardakı ziddiyyətli fikirlər sərfnəzər edilmiş, tarixi fonla səsləşən, hadisələrin inkişaf prosesini düzgün işıqlandırmaqla xidmət edən tarixi materillar diplom işin yazılmasında ətraflı istifadə olunmuşdur.
Cənubi Qafqaziya xalqlarının teymuri əsarətinə, Toxtamışın hücumlarına qarşı mübarizəsi, feodal pərakəndliyi nəticəsində müdafiənin uğursuzluğu, teymuri qüvvələrinə qarşı Əlincə qalasının 14 il qəhrəmancasına sinə gərməsi, nəhayət, Teymurun şəxsiyyətinin qiymətləndirilməsi, İ.Muminovun , T.Bünyadovun , R.Məmmədovun , A.P.Novosoltsevin , V.Piriyev və R.Məmmədovun və başqalarının tədqiqat hədəfi olmuşdur ki, diplom işində həmin əsərlərdən istifadə edilmişdir.

Teymurləngin yürüşləri zamanı Cənubi Qafqazda törədilən fəlakətlər, onun ölümündək sonra xələfləri arasında hakimiyyət uğrunda gedən mübarizə istisnasız olaraq bütün ora əsr tarixçilərinin diqqətini cəlb etmişdir. Buxaralı Məhəmməd Kavənd şahın (Mircondun), Xandəmir Qiasədin ibn Hümaməddin əl-Hüseyninin, Əbülfəqaq Kəmaləddin Səmərqədinin, Əhməd ibn Məhəmməd Ərəbşahın, yəhya ibn Əbdüllətif əl Qəzvinin, rus səyyahı Afanasi Nikitinin, Azərbaycanda olmuş qərbi Avropa səyyahları Katerino-Zenonun, Klaviki Qonzame de Ryunin, İosafat Barbaronun, Ambrosi Konsorinin, Həsən bəy Rumlunun, Nizamədin Ədbül Paşa Şaminin, Şərəfxan Bidlivinin, anonim «Tüzükati-Teymur»un, Həmdullah Qəzvinin və başqalarının əsərləri XVI-XV əsrlərin geşməkeşli, tarixi hadisələrlə zəngin tarixini öyrənmək üçün etibarlı mənbədir.
Teymurləngin Cənubi Qafqaz yürüşlərinin müasiri olan Mestop keşişi Foma Metsopski «Teymurləngin və xələflərinin tarixi» əsərini teymurilərin 1388-1446-cü illəri əhatə edən hakimiyyəti dövründə baş verən hadisələrin təsvirinə həsr etmişdir.2 Əsərdə Teymurun Səmərqəndi tutmasından başlayaraq onun qərbə doğu yürüşləri, İranı istila etməsi, Cənubi Qafqaza soxulması, Qızıl Orda xanı Toxtamış və Gürcüstan çarı Baqratla toqquşması, qərbi Ermənistana yürüşü və osmanlı sultanı Bəyazidlə vuruşu təsvir edilir, həmin yürüşlər zamanı baş vermiş fəlakətlər, törədilmiş vəhşiliklər ürək ağrısı ilə qələmə alınır. Əsərdə Qaraqoyunlu tayfalarının Teymur və onun xələfləri əleyhinə apardıqları kəskin və inadlı mübarizələr haqqında daha geniş məlumat verilir.
Teymurləngin yürüşlərinin digər müasiri Zeynalabdin bin Həmdullah Qəzvin öz əsərlərini 1341-2392-ci illər Azərbaycan ərazisində, Ermənistanda, həmçinin İran vəİraqda başverən hadisələrin təsvirinə həsr etmişdir. Əsərdə Məlik Əşrəfin əmirliyi dövründə feodal çəkişmələri və toqquşmalarından tutmuş Teymurun Cəqubi Qafqazda ikinci yürüşünədək söhbət açılır, baş verən hadisələr, o cümlədən Təbriz üzərinə hücumlar (1385­1392)-ci illər ərzində Təbrizə 18 dəfə hücum edmilşdi), Qızıl Orda xanı Toxtamışın törətdiyi vəhşiliklər haqqında maraqlı məlumat verilir. Burada Əlincə qalasının müdafiəsi, Qaraqoyunlu Qara Məhəmmədin teymurilərlə mübarizəsi, Azərbaycan şəhərləri və təsərrüfat həyatı haqqında məlumatlar da öz əksini tapmışdır.
Teymuri dövləti qurama «imperiya» olduğu üçün təkcə işğalçıların yox, həm də istila edilmiş ölkələrin hakim siniflərinin mənafeyini qorumaq kimi mürəkkəb funksiyanı yerinə yetirirdi.

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

 

0 şərh