Çin tarixi

III-IV əsrlərdə Çində feodalizm quruluşu yarandı. Qərbi Avropadan fərqli olaraq Çin, feodalizmə dağıntılara və parçalanmaya məruz qalmadan keçmişdi. Çində bütün torpaqlar imperatorun mülkiyyəti hesab olunurdu.
Çində iri torpaq sahibləri “güclü ailə” adlanırdı. Dövlət “güclü ailə”lərin qüvvətlənməsinin qarşısını almaq üçün onların torpaqlarını müsadirə edərək kəndlilərə paylayırdı.

Suy sülaləsi (586-618)
586-cı ildə Yan Szyan Suy sülaləsinin əsasını qoydu. O, 589-cu ildə Çinin cənub torpaqlarını birləşdirərək imperiyanı yenidən bərpa etdi. Yan Quanın dövründə:
* inkişaf etdi;
* Böyük kanal çəkildi;
* Feodallar tabe edildi;
* Becərilən torpaqların sahəsi genişləndi və ticarət inkişaf etdi;

Tan sülaləsi (VII-X əsrlər)
Tan imperatorları “səma oğlu” titulu daşıyırdılar. Tan sülaləsinin hakimiyyəti illərində:
* Təsərrüfat inkişaf etdi və əkin sahələri genişləndi;
* Vyetnam və Koreya işğal edildi;
* “Böyük İpək yolu” nun Mərkəzi Asiya hissəsi işğal edildi (Ərəblər tərəfindən).

874-cü ildə feodal istismarına qarşı Xuan Çao üsyanı baş verdi. Xuan Çao:

* Kəndlilərin ödədiyi ağır vergiləri ləğv etdi;
* İmperator xəzinəsindən əhaliyə taxıl payladı;
* Kəndlilərin borclarını ləğv etdi;
* Kəndlilərə torpaq payladı;
* Varlıların əmlakını müsadirə etdi;
* Özünü imperator elan etdi.

Çin feodalları şimal tayfalarının köməyi ilə üsyanı yatırdılar. Üsyanın nəticələri:

* Feodalların və məmurların bir hissəsi məhv edildi;
* Feodalların torpaqlarının bir hissəsi kəndlilərin əlinə keçdi;
* Kəndlilərin vəziyyəti nisbətən yüngülləşdi;
* Feodal istismarı bir qədər azaldı.

Sun sulaləsi (960-XIII əsrlər)

960-cıildə Çində Sun sülaləsi hakimiyyətə gəldi. Lakin Çinin şimal-şərqində yaşayan Çjurçjen tayfaları Tsin dövlətini quraraq Sun sülaləsini məğlub etdilər. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən çjurçjenlər işğal etdikləri ərazilərdə möhkəmlənərək Sun imperatorluğunu öz vassalına çevirdilər.

Çin mədəniyyətinə aiddir:
* Çini qabların istehsalı;
* Kitab çapı (VI-VIII əsrlər);
* Çap heroqliflərinin kəşfi;
* “Paytaxt xəbərləri” adlı qəzetin nəşri (VIII əsr);
* Spidometr və seymoskopun kəşfi;
* Farmakologiya kitabının yazılması;
* Alimlər palatasının qurulması;
* Du Funun “Cəng arabaları haqqında mahnı” əsəri;
* Poeziyanın inkişafı (VIII-IX əsrlər Çin poeziyasının “qızıl dövrü” hesab edilir);
* Memarlığın inkişafı;
* Rəssamlığın inkişafı (peyzajlar “dağlar və sular” və “quşlar və çiçəklər” adlanırdı);
* Poqodaların inşası (buddist məbədi).

Həmçinin bax:

0 şərh