Osmanlı imperiyasının yüksəlmə dövrü
Osmanlı imperatorluğu XVI əsr — XVII əsrin 1-ci yarısında. XVI əsrin əvvəllərində Osmanlı imperatorluğu Yaxın Şərqdə ən qüdrətli dövlətə çevrilmişdi. Osmanlılarla Səfəvilər arasında ərəb ölkələrini ələ keçirmək uğrunda mübarizə başlandı. Sultan 1 Səlim Yavuz (1512-1520) 1514-cü ildə Çaldıran döyüşündə Səfəvilərə qalib gəldi. I Şah İsmayıl Ağqoyunlu dövlətinin tarixi ərazisini ələ keçirə bilmədi. Cənub-şərqi Anadolu, Gürcüstan Osmanlıların əlinə keçdi. Bu döyüş əslində türk-islam dünyasının məğlubiyyəti, Qərb diplomatiyasının qələbəsi idi.
Bundan sonra I Səlim Səfəvilərin müttəfiqi Misir üzərinə hücum etdi. 1516-cı ildə Dəməşq, Hələb, Fələstini, 1518-ci ildə Qahirəni tutdu. Avropa ilə Asiyanı birləşdirən beynəlxalq ticarət yolu Osmanlıların əlinə keçdi. I Səlim özünü müsəlman aləminin xəlifəsi elan etdi. 1518-ci ildə Xeyrəddin Barbarosun başçılıq etdiyi türk donanması Aralıq dənizində İspaniyanın donanmasını darmadağın etdi və Osmanlılar Afrikanın şimalının bir hissəsini, o cümlədən Əlcəzairi ələ keçirdi.
Ardı →