Рейтинг
+94.33

Məşhur rəsmlər və rəssamlar

87 üzv, 92 topik

Quşların cəhənnəmi | Maks Bekman

«Quşların cəhənnəmi» (1938) nasist Almaniyasının alleqoriyasıdır. Bu Bekmanın "Gernika«sıdır, bu əsər nasistlərin rəssamın vətəninə edilən təcavüzə bir cavabdır. Hələ heç bir əsərində Bekman bu qədər düzünə, birbaşa tənqid etməmişdir. Gəlin bu əsəri biraz təhlil edək.
Davamı →
 

Caritas Romana

Caritas Romana – Qədim Roma əfsanəsidir. Latıncadan tərcümədə “Roma mərhəməti” adlanır. Bir digər adı isə “Simon və Pero”dur.

Maksim Valeri öz məqaləsində (“Ata-anaya pərəstiş”) Simon adlı insandan bəhs edir. Qoca Simona ac qalmaqla ölmək hökmü oxunub. Zindan gözətçisi onun qızı Peronun atasını ziyarət etməyinə icazə verir. Qız da gözətçidən yayınaraq öz döşündən atasına süd verir. Tezliklə qızın bu əməlinin üstü açılır. Amma hadisə hakimləri hiddətləndirmək yerinə onları təsirləndirir və qocanın azad edilməsi haqqında qərar verirlər.

Bu əfsanə Romada qızların atasına hörməti və sayğısına bir nümunə kimi hörmətlə xatırlanırdı. İlahə Pietanın məbədində isə bu səhnəni təsvir edən freska var idi. Bu əfsanədə həmçinin Yunanın Herkulesi əmizdirməsi adlı etrusk mifi ilə paralellər də var.
Davamı →
 

Kristinanın dünyası


Amerikalı realist rəssam Andrew Wyeth-a məxsus rəsm. 20-ci əsrin ortalarına aid olan ən məşhur amerikan rəsmlərindən biridir.

Rəsmdə öz evinə baxarkən təsvir olunan və rəssamın Men ştatındakı evinə qonşuluqda yaşayan Kristina Olson (1893-1968), poliomielit xəstəliyindən əziyyət çəkirdi. Rəssam yay aylarını burdakı evində keçirirdi və onu bu rəsmi çəkməyə ilhamlandıran, evinin pəncərəsindən Kristinanı sahədə bu cür vəziyyətdə görməsi olmuşdu. Kristinanın möhkəmliyi və mətanəti rəssamı heyran etmişdi. Çünki o, fiziki cəhətdən qüsurlu olsa da, mənəvi cəhətdən qeyri-adi gücə, mətanətə sahib idi. Rəssam Men Ştatındakı evində yaşadığı zamanlar Olson ailəsi ilə dostluq münasibətləri sayəsində Kristina və onun kiçik qardaşını 1940 və 1968-cı-i illərdəki bir çox rəsmlərində təsvir etmişdi.
Davamı →
 

Tanımalı olduğumuz ən məşhur 10 rəsm əsəri

1. «Mona Liza» — Leonardo Da Vinçi
Florensiyalı Leonardo Da Vinçi renessans dövrünün ən möhtəşəm rəssamı hesab olunur. O, təkcə rəssam kimi deyil, həm də alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, heykəltəraş, memar, musiqiçi və yazıçı kimi də tanınır. Haqqında yazılanlara görə, Da Vinçi «dağınıq» xarakterə sahib olub. O, bir neçə əsərini tamamlanmamış, yarımçıq qoyub. Da Vinçinin 1503-1506-cı illərdə yaratdığı «Mona Liza» əsəri bütün dünyada məşhurdur və incəsənətin ən dahi əsərlərindən hesab olunur. «Mona Liza»nın simasındakı ifadə — həm xoşbəxt, həm də məyus görünməsi üstü açılmayan sirr olaraq qalıb.

Rəsm əsərində oturmuş halda təsvir edilən qadının yaradılmasında rəssam sfumato üsulundan istifadə edib. Sfumato — rəssamlıqda fiqur və əşyaları bürüyən havanı vermək üçün ümumi təsvirin yumşaldılması texnikasıdır. Sfumato üsulu nəzəriyyədə və praktikada ilk dəfə Leonardo Da Vinçi tərəfindən yaradılıb.
Davamı →
 

Qərənfillə Madonna | Rafael Santi

Rafael Santinin yaradıçılığının florensiya dövrünə aid möhtəşəm bir nümunə «Qərənfillə Madonna».

Miniatür rəsm əsərində (279 на 224 mm) müqəddəs Məryəm və körpə İsa təsvir edilib. 2004-çü ildən rəsm əsəri London milli qalereyasında saxlanılır. Kompozisiya etibarilə əsər Leonardo Da Vincinin «Madonna Benua» əsərini təkrarlayır. Kardinal dəyişiklik işıq qammasının işlənməsində özünü göstərir. Fiqurlar zəif işıqlanmış interyerdə təsvir olunur.

Arxa planda arka pəncərədən görünən xarabalıq İsanın doğuluşu ilə bütprərəst dünyanın məhvinin gəldiyini simvolizə edir. Madonna və körpə əllərində tutduqları qərənfil gələcəkdə İsanın qanının töküləçəyini və isanın əzablarını ifadə edir.
Davamı →
 

Emmausda şam yeməyi

Caravaggio – “Emmausda şam yeməyi” (1601)


İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar. Bu anda, o qeyb oldu.” (Luka 24: 30-31)

Caravaggionun bu əsərində də məhz bu an təsvir edilmişdir. Rəsmdə iki həvarinin Həzrəti İsanı tanıdıqları andakı reaksiyalarını görürük. Rəssam İsanı qeyri-adi, saqqalsız və cavan təsvir edib. O, qırmızı geyimdə bəyaz şalı ilə rəsmin ortasında yer alıb. Köhnə yaşıl geyimdə olan soldakı həvari masanın üzərindən bütün diqqəti ilə Həzrəti İsaya baxır. Soldakı bu həvarinin hərəkətləri çox diqqət çəkir. Görünür ki, o, çox təsirlənib – həm qorxub, kürsüsünü geri çəkib, həm də diqqətlə baxmaq üçün əyilib.
Davamı →
 

Tibb | Qustav Klimt

Qustav Klimt “Tibb” (1900-1907)
Vyana universitetinin tavanı üçün nəzərdə tutulan rəsm əsərləri silsiləsindən.

Alloqorik mövzuda hazırlanmış modern art nümunəsi.
material: yağlı boya, kətan.

Hal-hazırda əldə yoxdur, çünki 1945-ci ildə Alman ordusu tərəfindən bu əsər də daxil edilməklə bütün seriya yararsız hala salınmışdır. 1894-cü ildə Klimtə, Vyana Universitetinin böyük zalının tavanları üçün rəsm çəkmək həvalə edilmişdi. Üç mövzuda əsər tələb edildi: Fəlsəfə, tibb və hüquq. Klimt çəkdiklərini universitet rəhbərliyinə təqdim etsə də, əsərlərinin “açıq” tərzdə olması və mövzunun ifrat dərəcədə təhrif edilməsi adıyla universitetdə nümayiş etdirilməyəcəyi barədə məlumat verildi.
 

Sağlığında səfillikdə yaşayan “milyonçu” rəssam

Pol Qogen (Ejen Henri Pol Qogen) adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılıb. Dünya rəssamlıq sənətində onun özünəməxsus yeri var. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edir. 1851-ci ildə Qogenin ailəsi Peruya köçür. Ailə başçısının ölümündən sonra 4 il Limada yaşayan ailə üzvləri 1855-ci ildə yenidən Parisə qayıdırlar.

Pol Qogen bir müddət donanmada işləyib, Parisdə birjada çalışıb. 1873-cü ildə rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı doğulub. Qogen uşaqlıqdan rəssamlığa həvəsliydi. Gənclik illərində o, ardıcıl rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O özü-özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradırdı.
Davamı →
 

Unikal rəssam Rəşad Mehdiyev

Rəşad Mehdiyev — insanların obrazını qeyri-adi formada çəkən rəssamdır. Fırça ustasının obrazlara, palitranın orijinallığına və müxtəlif janrların yaradıcı sintezinə özünəməxsus yanaşması var.

Rəşad Mehdiyev Azərbaycanın xalq rəssamı Rafiq Mehdiyevin ailəsində anadan olub. Rəssamlıq Akademiyasında baş müəllim olaraq pedaqoji fəaliyyət göstərir, Rəssamlıq Akademiyasının Fəxri Akademiki, Rəssamlar İttifaqının üzvüdür.

Rəşad Mehdiyevin rəsm əsərləri dünyanın bir çox ölkələrində nümayiş etdirilib. Rəssamın əsərləri təkcə məşhurların şəxsi kolleksiyalarında deyil, həmçinin Avropa və Asiyanın bir sıra muzeylərində da saxlanılır. 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatında fərdi sərgisi keçirilib.
Davamı →
 

Diptix Merilin | Endi Uorxol


Amerikan rəssamı Endi Uorxolun pop-art stilində işlədiyi məhşur rəsm əsəri «Diptix Merilin».

Uorxol rəsm üzərində işləməyə 1962-çi ildə Merilin Monronun ölümündən bir həftə sonra başlamışdır. Trafaret çapının vasitəsiylə rəssam aktrisanın 1953-çü ildə çəkildiyi «Niaqara» filminin çəkilişləri zamanı çəkilmiş fotodan əlli ədəd eyni şəkli kətan üzərinə köçürmüşdür. Əsər bir neçə ay sonra tamamlanmışdır.
Davamı →