Rəssam Qənbər Qənbərlinin əsərləri

Rəssam Qənbər Qənbərli 1975-ci ildə Bakıda anadan olub. Yağlı boya ilə daha çox insanlar və şəhər mənzərələri çəkən rəssam deyir ki, rəsmlərin bəzisini 3-4 günə, bəzilərinisə 1 aya tamamlayır.
























azadliq.org
 

5 şərh

kurdamir
Super Rəsmlərdir
Ramil
fotodan az seçilirlər
pascal
Rəssam deyiləm, amma bu rəsmlərdə çatışmazlıqları görmək üçün rəssam olmağa ehtiyac yoxdur. Əvvəla əksər şəkillərdəki parlaqlıq gözümü yordu. Yarımqaranlıq otaqlarda və ya tutqun havalarda bu qədər aydınlıq, parlaqlıq olmaz. Sondan 2-ci şəkil lap ekstravaqant təsir bağışladı mənə. Eləcə də sarı taksi olan şəkil.
MURAD_SEYFULLAYEV
Mən də yuxarıdakı rəsmlərin işıq balansının biraz uyğunsuzluğundan başqa (xüsusilə də beşinci şəkildə) bir fikrimi bildirə bilməyəcəm. Nə dərəcədə yaxşı alındırdığını dəqiq deyə bilməsəmdə, nədənsə mənə elə gəldi ki, rəssam bu rəsmləri çəkərkən onlara təkcə güclü effekt və cazibədarlıq vermək məqsədilə çəkib, çünki o qədər də dərin məna tuta bilmədim rəsmlərdə. Amma internetdə rəssam haqqında maraqlanarkən diqqətimi çəkən və hardasa mənə daha çox mənalı gələn müəllifin belə bir rəsminə rastlaşdım. Rəsmin adı «Nefti Bitmiş Şəhərdə Caz» adlanır.
pascal
Gözəl çəkməyinə sözüm yoxdu. Amma rənglərin abartılı tündlüyündən, bir də işıq yansımasından çox istifadə edir elə bil.
Topikdəki rəsmlər (xüsusilə Bakı mənzərli olanlar) adama doğma gəlir, amma yenə də fikrimdə qalıram ki, tutqun, qapalı, işığı az olan yerlərdə bu qədər parlaqlıq və işıq əks olunmaları bir az çoxdur.
Şərhdəki şəkilə də baxan kimi ilk gözə çarpan, mənzərədən öncə qırmızı rəngli baraban oldu. (təbildə deyilir ona)