Diana və Kupidon

İtalyan rəssam Pompeo Girolamo Batoni (1708 – 1787)
“Diana və Kupidon” (1761)
kətan, yağlı boya 124.5 × 172.7 sm
Metropoliten İncəsənət Muzeyi, Nyu-York


XVIII əsr Romada məşhur rəssam olan Batoni tərəfindən çəkilmiş bu rəsm İngiltərə bankının direktoru və zəngin tacirin oğlu Sir Humphrey Morice (1723–1785) üçün çəkilmişdir. O, heyvanları çox sevirdi. Bu rəsmdən sonra Moris rəssama eyni bu mənzərədə itləri ilə olan portretini çəkməyi sifariş vermişdir.


“Sir Humphrey Morice-in portreti” 1761-1762
Pompeo Batoni
Rəssamın “Diana və Kupidon” əsərində isə Kupidona məxsus yayı tutan ov tanrıçası Diana təsvir olunmuşdur. Roma mifologiyasında Diana (lat. “Səma” və ya “ilahi”) vəhşi heyvanlar və meşə ilə bağlı ov, ay və doğum ilahəsi idi. Onun heyvanlarla danışmaq və onlara nəzarət etmək gücü var idi. Kupidon isə qədim Yunan mifologiyasına görə eşq, məhəbbət tanrısıdır. “Diana və Kupidon” Batoninin ən yaxşı işi sayılır.


Rəssamın xüsusi gözəlliklə yaratdığı Diana Vatikandakı qədim, məşhur “Yatmış Ariadna” heykəlinə əsaslanır.

0 şərh