Caritas Romana

Caritas Romana – Qədim Roma əfsanəsidir. Latıncadan tərcümədə “Roma mərhəməti” adlanır. Bir digər adı isə “Simon və Pero”dur.

Maksim Valeri öz məqaləsində (“Ata-anaya pərəstiş”) Simon adlı insandan bəhs edir. Qoca Simona ac qalmaqla ölmək hökmü oxunub. Zindan gözətçisi onun qızı Peronun atasını ziyarət etməyinə icazə verir. Qız da gözətçidən yayınaraq öz döşündən atasına süd verir. Tezliklə qızın bu əməlinin üstü açılır. Amma hadisə hakimləri hiddətləndirmək yerinə onları təsirləndirir və qocanın azad edilməsi haqqında qərar verirlər.

Bu əfsanə Romada qızların atasına hörməti və sayğısına bir nümunə kimi hörmətlə xatırlanırdı. İlahə Pietanın məbədində isə bu səhnəni təsvir edən freska var idi. Bu əfsanədə həmçinin Yunanın Herkulesi əmizdirməsi adlı etrusk mifi ilə paralellər də var.

1362-ci ildə bu əhvalat Bokkaçoya danışılır. Ancaq əhvalat bir tərəfi dəyişdirilir: ata obrazı ana ilə əvəz edilir.

Bu mövzu demək olar ki, bütün rəssamların diqqətini çəkib. XVI-XVII əsrlərdə İtaliya və Hollandiyada bu mövzu geniş yayılıb.

Adətən rəsmlərdə həbsxana kamerası təsviri olur. Saçı, üzü-gözü bozarmış məhbus (adətən qandalda olur) qızına sığınıb, ağzını qızının çılpaq döşlərinə tərəf aparıb. Bəzi əsərlərdə bu səhnəyə balaca pəncərədən baxan zindan gözətçiləri və ya kameraya daxil olan cəlladlar da təsvir edilir.

Barokko epoxasında bu süjetə gənclik rəmzi və ehtiras elementləri də əlavə olundu. XVIII əsrdə neoklassizmdə bu mövzu qız sevgisinin əxlaqi nümunəsi kimi təqdim olunurdu.

Bu motiv Con Steynbekin “Qəzəb salxımları”nda da öz əksini tapır. Əsərin sonunda Ruf aclıqdan ölməkdə olan yad kişini əmizdirir. Bu baxımdan “Qəzəb saxımları”nın sonluğu dünya ədəbiyyatında ən gözəl sonluqlardan hesab olunur.

 

 















 

0 şərh