Cekson Pollok

C. Pollok (1912-1956) – amerikan rəssamı, abstrakt ekspressionizmin görkəmli nümayəndəsi. Pollok özünəməxsus rəssamlıq texnikası yaratması ilə məhşurdur, bu texnikaya çox vaxt “damcı üslubu” deyilir, ancaq rəssam özü onu “axan texnika” adlandırırdı.

“Mənim boyakarlığımın molbert ilə heç bir əlaqəsi yoxdur. Mən heç bilmirəm axırıncı dəfə kətanı çərçivəyə nə vaxt salmışam. Mən kətanı divara ya döşəməyə bərkitməyi üstün tuturam. Bərk səthin müqavimətini hiss etməliyəm. Döşəmədə ən asanıdır.

Mən özümü rəsmə daha yaxın hiss edirəm, onun bir hissəsi kimi, mən onun ətrafında gəzə bilirəm, dörd tərəfdən işləyə bilirəm və tam mənası ilə rəsmin “içində” ola bilirəm. Rəssamların molbert, palitra və fırça kimi ənənəvi alətlərindən getdikcə uzaqlaşıram. Daha çox çubuq, bıçaq, çalov və ya boya ilə qum, qırıq şüşə qarışığına üstünlük verirəm. Mən rəsmin “içində” olanda nə etdiyimi dərk etmirəm. Anlaşılma daha sonra gəlir.


«Payız ritmi» (1950)

Obrazın dəyişilməsi və ya pozulması məni qorxutmur, çünki rəsm öz həyatı ilə yaşayır. Mən sadəcə onun üzə çıxmasına kömək edirəm. Amma rəsmlə əlaqəni itirdiyim zaman palçıq və ya nizamsızlıq əmələ gəlir. Əgər bu baş vermirsə, təmiz harmoniya peyda olur” – rəssamın bu sözləri onun əsərlərini ən düzgün təsvir edir.

0 şərh