Guernika

Guernika — Bu rəsm əsəri Pablo Picassonun ən məhşur əsərlərindən biridi. Tablonun eni 7,76 m, hündürlüyü isə 3,49 m-dir. Əsərdə Almanıyanın 26 aprel 1937-ci ildə İspanıyadakı Guernika şəhərini bonbalanması Pablo Pikasso tərzinə uyğun şəkildə simvolik olaraq təsvir olunub. Bu rəsm əsərinin çəkilməsinə səbəb Ispaniya hökümətinin 1937-ci ildə Parisdə keçiriləcək sərgidə İspaniyaya ayrılmış bölmə üçün  Pablo Pikassoya böyük bir divar şəkli sifariş etməsi olub. Elə həmin zamanda Guernika şəhəri Almaniyası tərəfindən bonbalandığı üçün rəssam əsərin ideyasını məhs bu hadisədən götürdü və Guernikanın bombalanmasından 15 gün sonra isə rəsmi tamamladı.
Pikassonun Guernika əsəri
Rəssamın bu əsəri o dövrün qazetlərindəki şəkillərin rəngi kimi, sadəcə ağ-qara rənglərdən ibarətdi. Belə rənglərdən istifadə, eyni zamanda müharibənin yaratdığı solğunluğu da özündə simvolizə edir. Bu əsər  Parisdə sərgiləndikdən sonra bir çox ölkələrdə sərgilənərək, müharıbənin amansız tərəflərini əks etdirən bir simvol halına gəldi və sərgiləndiyi bir çox ölkələrdə insanların marağını öz üzərinə çəkməyi bacardı.
Əsərdə bütün səhnə bir otağın içində təsvir olunub. Rəsmin sol tərəfində böyük gözləri olan öküz, qucağındakı ölü uşağa ağlayan bir qadının üzərində dayanmışdır.
Rəsmin ortasında isə nizə ilə vurulan və əzab çəkən bir at təsvir olunmuşdu. Bu atın burnu və üst dişləri isə bir insan kəlləsi şəkildə təsvir olunub.
Atın altında isə parçalanmış bir əsgər ölüsü vardır. Bu əsgərin əlində isə üzərində çiçəklər böyümüş qırıq bir qılınc vardır.
Əzab çəkən atın üzərində isə açıq bir elektrik lampası işıq salır.
Atın sağ üst tərəfində isə əlində qaz lampası tutan bir qadın pəncərədən bu səhnəni görərək sanki dəhşətə gələrək geri çəkilir.
Qorxu içində bir başqa qadın isə sağdan mərkəzə doğru irəliləyərək, gözləri ilə elektrik lampasına baxır.
Öküz, at və uşaq üçün ağlayan qadının dilləri kimi təsvir olunmuş xəncərlər isə onun əzab dolu qışqırıqlarını simvolizə edir.
Rəsmin sol küncündə isə od-alov içərisində yanan bir adam əllərini yuxarı qaldırmış şəkildə təsvir olunub.Rəsmin sağ küncündə isə açıq bir qapı ilə qurtaran qara divar təsvir olunmuşdur.
Onu da qeyd edim ki, bu rəsm əsərinində istifadə olunmuş simvolları müxtəlif cür yozurlar və bu yozumlar bəzən bir-birindən çox fərqlənərək mübahisə doğurur. Əsasəndə rəsmin əsas elementləri olan öküz və at barəsində müxtəlif fərziyyələr mövcuddu. Sənət tarixçisi Patrisiya Failingin fikrincə öküz və at, İspan mədəniyyətinin vacib elementləridir və rəssam bir çox əsərlərində onlara müxtəlif simvolik don geyindirdiyi üçün Guernikada bu elementlərin nəyi simvolizə etdiyini dəqiq demək mümkün deyil.
Pablo Pikassodan at və öküz obrazının simvolik mənasını izahı barədə soruşulanda isə o belə cavab verib. "...bu öküz bir öküzdür, bu atda bir atdır… Rəsmlərimdəki bəzi simvollara məna verdiyiniz zaman bu doğru ola bilər. Ancaq bu mənanı vermək mənim fikrim olmamışdır. Məndə sizin nəzərdə tutduğunuz fikri düşünə bilərəm ancaq bu şüuraltı ola bilər. Mən sadəcə şəkil çəkməyə çalışıram və əşyaları olduğu kimi çəkirəm."
2-ci Dünya müharıbəsi dövründə Pablo Pikasso Parisdəki evində alman əsgərləri araşdırma aparır. Onlardan biri rəssama «Bu şəkil sizin işinizdi?» sualı ünvanlayanda, Pikassonun cavabı belə olur: «Yox sizin işinizdi»
Bu rəsm əsəri 1939-1952 -ci illər arası ABŞ-da, 1953-1956-cı illər arası isə Braziliyada saxlanıldı. İspaniyda Franko hakimiyyətə gəldikdən sonra bu rəsmin İspaniyaya gəlməsinə çalişsada 1968-ci ildə Pikasso buna izin vermədi. O, İspaniya respublika olmayınca buna izn verməyəcəyini bildirdi. 1973-cü ildə Pikasso, 1975-ci ildə isə Franko öldü. 1978-ci ildə isə İspaniya konstitusiyalı monarxiya olsada ABŞ bu rəsmi İspaniyaya vermək istəmirdi və bu səbəbdəndə İspaniyanın konstitusiyalı monarxiya olması, rəssamın vəsiyyətindəki respublika anlayışindan fərqli olduğunu iddia edirdi. Lakin, çoxlu şikayətlər nəticəsində 1981-ci ildə rəsm əsəri İspaniyaya verildi. Bu tablonun bir kopyası Nelson Rokfeller tərəfindən çəkilmişdir. Oriqinalından fərqli olaraq bu əsər qəhvəyi tonlarladı və Nyu-yorkda BMT-nin binasında sərgilənərək bir növ müharibənin dəhşətlərini bir çox dövlətin nümayəndələrinə xatırladir.
Şəklin daha böyük variantı 1 024px × 608px-367 kb
 

3 şərh

fidan
«Yox sizin işinizdi» cavabı gözəl oluib.Pikasso hazırcavab adam olubmuş)))
bloqçu
maraqlı əsərdir.
IDEAL
Ən yaralı yerə toxunmusan. Türk dilində belə yazılmışdı: «Bunu sizmi yapdınız?» Pikassoda «Hayır siz yapdınız». Heç cürə bu cümlələrə Azərbaycanca uyğun variant yaza bilmirdim ki, təsirli olsun. «Siz çəkdiniz?» yazsaydım cavab «Yox siz çəkdiniz» ola bilməzdi. Nə vaxtsa tərcümədə belə çətinlik çəkdiyimi xatırlamıram. Xoşuma gəldiyi üçün isə mütləq mətndə bu cümlələrin olmasını istəyirdim. Nəhayət bu variant ağlıma gəldi :)))