Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Qogenin son mirası

Pol Qogenin, «nəcib vəhşi»yə çevrilmiş Paris birja dəllalının, Taiti və Sakit okeanın cənubuna etdiyi iki səfərdən (1891-93 və 1895-1903) yaranan şəkillər, heykəllər və digər əsərlərdən ibarət, bu zamana qədər keçirilmiş ən geniş sərgi Parisdə Qrand Palasda ziyarət sayına görə rekord qırdıqdan sonra, 29 fevralda Bostonda Təsviri İncəsənət Muzeyinə gəlir.

Niyə Boston? Çünki Təsviri İncəsənət Muzeyi Qogenin Taiti dövrünün ən möhtəşəm və şübhəsiz ki, ən böyük nümunəsinə, «Biz haradan gəlirik? Biz kimik? Biz haraya gedirik?» əsərinə sahibdir. Çox az adam başa düşür ki, bu rəsm Manenin "Çəmənlikdə səhər yeməyi", Söranın «Qrand-Jatt»ı və ya Pikassonun «Avinyon qızları» kimi pre-modernist nailiyyətini əks etdirən milli xəzinədir.
Davamı →

Edvard Munk müasir dünyanın təlaşını necə ifadə edirdi?

Edvard MunchBunu «Kalo müəmması», ya da «Van Qoq tələsi» adlandırın: bu, incəsənət tarixində köhnə riskdir. Nə zaman rəssamlar həyatlarındakı psixoloji sıxıntıların ifadəsi kimi öz işlərində yüksək səviyyədə fərdiləşdirilmiş estetika və ya mövzular yaradırlar, biz sənətsevərlər bu işlərin arxasındakı mənaların yeganə cavabı kimi onlardan həvəslə yapışırıq.

Bu asanlıqla «Munk protokolu» da ola bilər. Norveçin heyranedici simvolist rəssamı Edvard Munkun rəsmləri (hal-hazırda bu işlər San-Fransisko Müasir İncəsənət Muzeyində «Edvard Munk: Saat və yataq arasında» adlı sərgidə nümayiş etdirilməkdədir) müntəzəm olaraq onun çətin tərbiyəsi, narahat ruhi vəziyyəti və gerçəkləşməmiş romantik həyatından təsirlənmə kimi izah olunur.
Davamı →

Vermeyerin "İnci sırğalı qız"ı: O, kim idi?

Soluna dönərək, o, qəfildən bizə tərəf baxır, onun yumşaq siması gecə göy üzündəki Ay kimi parlaqdır. Başında dəbdəbəli mavi- sarı çalma vardır, inanılmaz dolğunluqda inci isə onun qulağından asılmışdır. Parlaq yaş ləkə sanki indi danışacaqmış kimi açıq olan ağzının küncünü bəzəyir. Lakin onun sözləri sirr olaraq qalır.

Cazibədar, ancaq səssiz olan bu incə, adsız varlıq sadəcə "İnci sırğalı qız" kimi tanınır. Treysi Şevalyenin bestseller olmuş və öz növbəsində 2003-cü ildə baş rolda Skarlett Yohanssonun iştirakı ilə ekranlaşdırılmış tarixi romanına ilham verən bu rəsm təqribən 1665-ci ildə holland Qızıl əsr incəsənətinin sənətkarlarından biri, Yohannes Vermeyer tərəfindən çəkilmişdir.
Davamı →

Pablonun "Avinyon qızları"

İncəsənətdə modernizm 100 yaşındadır, çünki Pablo Pikassonun «Avinyon qızları» adlı rəsm əsərinin artıq 100 yaşı var. 1907-ci ildə Titanik hələ batmamışdı, kino Bur müharibəsinin titrəyən kinoxronikasından ibarət idi, «Antarktikalı» Skott hələ həyatda idi və Rayt qardaşları aktiv uçuş ixtiralarını təbliğ etmək üçün Avropaya səfər etmişdilər.

San-Fransisko hələ də öncəki ilin zəlzələsinin sarsıntısı altında idi. Ancaq anarxiya və kabarenin yarandığı yerdə — Parisin Monmartr təpəsindəki rəssam və yazıçıların basırıq, uçuq-sökük evlərdən ibarət studiyalarında, 25 yaşlı ispan mühaciri müasir incəsənətin ilk və ən böyük şedevrini yaradırdı.
Davamı →

Bu məqalə deyil: Niyə Rene Maqrit əbədi dahidir?

Maqritin sürrealist təsvirləri klassik boyakarlıqla birləşdirən alma və qəlyanları bütün dünyada buzdolabı maqnitlərində görünməkdədir. Ancaq bütün bunların əsasında nə isə tükürpərdici və ekzistensial narahatlıq doğuran bir şey var.

Biz heç bir zaman Rene Maqrit sənətinə təəccüblənməyə bilməyəcəyik. 1967-ci ildə vəfat edən bu belçikalı sürrealist əbədiyyən müasirdir; onun əsərləri heç bir zaman köhnəlməmişdir və əsla köhnəlməyəcəkdir. Onlar heç vaxt həll edilə bilməyəcək hiyləgər bilməcələrdir və XXI əsr, onlar üzərində baş sındırmaqdan, sadəcə, özünü saxlaya bilmir.

Bu onillikdə Maqrit əsərlərindən ibarət, Teyt Liverpul bir yana, Nyu-York və Çikaqodakı böyük sərgilərin ardınca "Şəkillərin xainliyi" adı verilmiş Maqrit retrospektivi Parisin Pompidu Mərkəzində açılmaq üzrədir. Niyə muzeylər böyük Maqrit sərgilərini göstərməyə davam edir və niyə insanlar bu sərgilərə gəlməkdədir?
Davamı →

Piter Paul Rubens

Peter Paul RubensFlamand rəssamı Rubensi müasirləri “rəssamların kralı və kralların rəssamı” adlandırırdılar. Antverpenin ən gözəl guşələrindən birində rəssamın öz layihəsi əsasında inşa olunmuş evi və emalatxanası — “Rubens-hyuz” bizim günlərə gəlib çatıb. Bu evdən təqribən üç min tablo və çoxlu sayda gözəl rəsm əsəri çıxıb.

Rəssamın hələ erkən əsərləri, məsələn, “Xaçın qaldırılması” (1610) və “Xaçdan endirilmə” əsərlərindəki obrazlar onun çox istedadlı olduğunu təsdiq edirdi. Sərt kilsə qadağaları çərçivəsində işləməyə məcbur olan Rubens əsərlərində cərəyan edən hadisələrin bütün dramatizmini, ağrı-acısını cəmi bir neçə fiqurun köməyi ilə ifadə edə bilmişdi.

Rubens 1609-cu ildə Cənubi Niderland hökmdarları – infanta İzabellanın və ers-hersoq Albertin saray rəssamı olur. Onun emalatxanasında iş qaynayır, sifarişlərin ardı-arası kəsilmir. Əsərlərində ayrı-ayrı detalları yerinə yetirmək üçün ustad Van Deyk və Sneyders kimi böyük rəssamları əməkdaşlığa cəlb edir. Rubens əsərlərində sevdiyi mifoloji süjetləri təsvir edir: “Venera və Adonis”, “Sereranın heykəli”, “Levkippin qızlarının oğurlanması”.
Davamı →

Vinsent van Qoq və yapon sənətinin psixoloji təsirləri

Vincent van Gogh1888-ci ilin fevral ayında çətinliklərlə dolu bir yolu geridə qoyduqdan və öz məqsədini tapdıqdan 10 il sonra, Vinsent van Qoq (30 mart 1853 — 29 iyun 1890) onu öz mənzərəsi ilə heyran edən Fransanın cənubundakı Arl qəsəbəsinə köçdü. 

Beləliklə, rəssamın həyatında 200-dən çox yağlı boya tabloları, 100-dən çox suluboya və karandaş ilə çəkilmiş əsərləri və yaradıcılığının zirvə nöqtəsi olan məşhur “Günəbaxanlar” əsəri ilə anılan fövqaladə məhsuldar dövr başlamış oldu. Lakin bu dövr həmçinin yoxsulluq və özünə xəsarət verməsi hadisəsi ilə yadda qalan psixi-həssas sıxıntılar yaşadığı bir dövr olmuşdu.

Bədii sərxoşluqdan və kofeindən hədsiz kömək alan rəssam qardaşı Teoya “Bitkin olduğumu fikirləşirəm. Demək olar ki, hələ də pulunu vermək məcburiyyətində olduğum çörək və dörd gün ərzində içdiyim 23 fincan qəhvə ilə yaşayıram” deyə yazmışdı.
Davamı →

Fransisko Qoyya

Francisco Goyaİspaniyanın Saraqosa şəhəri yaxınlığındakı kənddə mehrablara zər vuran yoxsul kişinin oğlu balaca Fransisko bir dəfə yaşadığı evin divarına donuz şəkli çəkir. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedad sezir və Fransiskoya oxumağı tövsiyə edir. Qoyya haqqında bu əfsanə İntibah dövrünün başqa fırça ustaları, xüsusən, bioqrafiyaları şübhə doğuran sənətkarlar barədə danışılanlara çox bənzəyir. 

Həqiqətən, 14 yaşlı Fransiskonun hansı yolla saraqosalı rəssam Lusano Martinesin şagirdi olmasını yalnız təxmin etmək olar. Bircə bu məlumdur ki, Qoyya onun emalatxanasında altı il çalışıb. Amma adı daim dava-dalaşda hallanan bu gəncin qeyri-adi dəliqanlılığı haqqında dolaşan əhvalatların sayı-hesabı olmayıb. Məsələn, üç nəfərin ölümü ilə nəticələnən belə davalardan birindən sonra Qoyya Madridə qaçıb. Burada o, Martinesin daha bir şagirdinin — həmin dövrdə müəyyən mövqe tutmuş Fransisko Bayenin emalatxanasında işləməyə başlayır. 
Davamı →

Sürrealizm və Salvador Dali

Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insan üçün sadələşdirmək, əlçatan eləməkdir. Sürrealistlər isə çətini asanlaşdırmaq yerinə qəlizləşdirir, tamaşaçını çıxılmazlığa salır.

XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində “realizmdən üstün» anlamındadır. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən yüzilin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar.

Z.Freydin “şüurdan instinktə keçid üçün azad assosiasiya nəzəriyyəsi” üzərində qurulan sürrealizm XX yüzildə ən məşhur və uzunömürlü sənət cərəyanlarından biridir. Bu cərəyan I Dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından tanış olan Andre Breton tərəfindən sistemləşdirilib. 
Davamı →

Frida Kahlo | İztirablarla dolu taleyi olan rəssam

Frida KahloFrida Kahlo məşhur meksikalı rəssamdır. Kommunist, ekspressiv və ekssentrik olan Frida ölümündən əvvəl çox az müddətdə şöhrət qazanıb. Hazırda onun rəsmlərinin milyon dollarlıq dəyəri var. Fridanın şöhrətinə bir çoxları paxıllıq edərdi, amma onun taleyinə heç kim paxıllıq etməz…

6 yaşında olarkən Frida poliomielit keçirir. Bunun nəticəsi olaraq onun sağ ayağı sol ayağı ilə müqayisədə inkişafdan qaldı, arıq və nisbətən gödək oldu. Bir sözlə, sağ ayaq sanki “qurudu”. Buna görə də Frida bütün ömrü boyu ağsayır, ayağını gizlətmək üçün uzun şalvar və donlar geyinirdi. Uşaqlıqda keçirilən xəstəlik Fridaya həmyaşıdları arasında “taxta ayaq” ləqəbi qazandırmışdı, ancaq bu hələ harasıdır ki… 

Fridanın əzabları növbə ilə onu gözləyirdi. 12 il sonra Frida dostu Alexandro ilə dəhşətli avtoqəzaya düşür – onun olduğu avtobusla tramvay toqquşur. Alexandro bu qəzadan canını yaxşı qurtara bilir. Frida isə elə zədələnir ki, həkimlər bütün ümidlərini itirir. Dəmir çubuq Fridanın qarnından girib çanağından çıxıb. Bütün bunlara baxmayaraq Frida həyatda qalır, yaşamaq üçün güc tapır. Frida 32 əməliyyat keçirir, illərlə gips və əlil arabasında qalır və ömürlük dözülməz ağrılar yaşayır.
Davamı →