Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Rembrandt Harmens van Reyn

Rembrandt Harmens van ReynBöyük holland rəssamı Rembrandt Leyden şəhərində dəyirmançı ailəsində dünyaya gəlib. O, rəssam kimi ilk addımlarını doğma şəhərində atıb. Buna görə də Rembrandt yaradıcılığının erkən dövrünü Leyden dövrü adlandırırlar. O, üç il ərzində yerli rəssam Yakob van Svanenburqun, daha sonra Amsterdamda tarixi mövzularda əsərlər yaradan Piter Lastmanın yanında şagirdlik edib.

Rembrandt 1625-ci ildə Leydendə öz emalatxanasını açır. Burada şagirdlərinə rəngkarlığın sirlərini öyrədir və «Müqəddəs Sebastyanın əzabları» adlı ilk əsərini yaradır. 

1632-ci ildə Amsterdama köçür və tezliklə böyük şöhrət qazanır. Bu da doktor Tulpun bir qədər müdhiş mövzuda sifarişi sayəsində baş verir. Həkimin sifarişinə görə, rəssam onu şagirdləri ilə birlikdə təsvir etməli idi. Rembrandt sifarişə yaradıcı yanaşır. O, üzü tamaşaçıya doğru sıra ilə dayanmış adamları çəkmək ideyasından imtina edir. 
Davamı →

Van Qoqun ən məşhur əsərləri

Məşhur rəssam Vinsent Villem Van Qoq 30 mart 1853-cü ildə Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində anadan olub. 1869-1876-cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışıb. 1876-cı ildə İngiltərədə müəllim işləyib. Müəyyən dövrlərdə teologiyanı öyrənib, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışıb. 1880-ci illərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında oxuyur, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edir.

1880-ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, «qəmgin» mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji problemlərə və gərginliklərə işarədir.
Davamı →

Sandro Bottiçelli

Sandro Botticelliİntibah dövrünün nümayəndəsi olan bu florensiyalı rəssamın əsl adı Alessandro Filipepidir. O, varlı dabbağın ailəsində anadan olub və öz dövrü üçün yaxşı təhsil alıb. Hələ uşaq ikən rəssamlığa meyil edib. On beş yaşında tanınmış florensiyalı heykəltəraş Andrey Verokkionun emalatxanasında işləməyə başlayıb, 1470-ci ildə isə öz emalatxanasını açıb. 

Həmin dövrdə incəsənət vurğunu olan Lorenso Mediçi Florensiyada hakimiyyətə gəlir. Bottiçelli onun sevimli rəssamı olur. Bottiçellinin məşhur əsərlərinin çoxu Mediçinin sifarişi ilə çəkilib. Məsələn, «Münəccimlərin itaəti» (1477) əsərində körpə İsa Peyğəmbərə hədiyyələr gətirən Bibliya personajlarının obrazında bütün Mediçilər ailəsi təsvir olunub. Bottiçelli saray rəssamı olduğu üçün siyasi xarakterli sifarişlərdən yaxasını qurtara bilməyib. O, Barjello sarayının divarında Lorenso Mediçi əleyhinə sui-qəsdin dar ağacından asılmış iştirakçılarını təsvir edib. Bu sui-qəsd nəticəsində L.Mediçinin qardaşı Culiano Mediçi həlak olmuşdu. 
Davamı →

Mikelancelo Karavacconun məşhur əsərləri

Mikelancelo Merizi Karavacco (Michelangelo Merisi da Caravaggio) böyük fırça ustalarından sayılır. Qısa ömür sürməsinə baxmayaraq o, rəssamlıq tarixində özünün bir çox yenilikləri və dahiyanə üslubu ilə qalmışdır. Barokko cərəyanının ilk böyük sənətçisi sayılan Mikelancelo Merizi 28 sentyabr 1571-ci ildə Lombardiyada Karavacco deyilən kiçik bir yerdə anadan olub. Memar olan atası o, beş yaşına çatanda taundan ölüb.

11 yaşlı olanda Mikelancelo Milana rəssam Simone Petersanonun yanına rəngkarlıq öyrənməyə göndərilir. Ancaq 1584-cü ildə naməlum səbəbdən oranı erkən bitirir.

Bir müddət sonra Romaya gələn Karavacco burada rəssam Cessari Darpinonun kiçik emalatxanasında işə götürülür və freskalara gül və meyvə şəkilləri çəkməyə başlayır.
Davamı →

Öz Pikassomuz - Mikayıl Abdullayev

Rəssam «İstiqlal» ordenini eks-prezident Heydər Əliyevdən şəxsən özü almışdı
Mikayıl AbdullayevRəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri — Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə.

O da bütün dünyanı gəzmiş, bəzəmişdi. Fırçanın və boyanın dili ilə dünyanın dərdlərini və dəhşətlərini sənətdə yaşadıb. Əsərləri bizi dünənimizə, bu günümüzə və sabahkı ömür yolumuza iti nəzər yetirməyə səsləyib.
Davamı →

İvan Şişkin | Mənzərə ustası

İvan Şişkin“Mənzərə” anlayışı ilə İvan Şişkinin adı qırılmaz tellərlə bağlıdır. Hər bir insanda möhkəm surətdə Vətənlə assosiasiya olunan doğma təbiəti öz tablolarında əks etdirmiş İvan Şişkin Rusiyada bəlkə də ən məşhur mənzərə ustasıdır. 

Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (“Полдень. В окрестностях Москвы”, 1869) adlanır.
Davamı →

Klimtin məşhur rəsmləri

Avstriya simvolist rəssamı Qustav Klimt Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır. 
Klimtin əsas mövzusu qadın bədəni idi.

Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə anadan olub. Atası Ernst Klimt qravüraçı və zərgər idi. Rəssamın uşaqlığı yoxsulluq içində keçmişdi və o, bütün həyatı boyu ailəsinə maddi kömək etməli idi.

Klimt 1876-cı ildə Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olur və 1883-cü ilə kimi orada təhsili alır. Klimt mühafizəkar təlim prinsiplərini asanlıqla qəbul edir. Buna görə yaradıcılığının erkən vaxtlarındakı işləri akademik səciyyə daşıyır.
Davamı →

Pikassonu Pikasso edən 10 əsər

Tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso Pablo Ruiz Pikasso olan rəssam Pablo Pikasso 25 oktyabr 1881 – ci ildə İspaniyada anadan olub. XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri sayılan Pikasso rəssam, heykəltəraş, qrafik, keramist və dizayner kimi tanınır, o cümlədən Jorj Brakla birlikdə kubizm cərəyanının banisi sayılır.

Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib.
Davamı →

Sokratın ölümü | Jacques Louis David


Afinanı idarə edən demokratik cəmiyyət tərəfindən edama məhkum edilmiş Sokratın, zəhərli badyan içməmişdən bir neçə dəqiqə əvvəlini təsvir edən bu rəsm əsəri 1786-cı ilin payızında 38 yaşlı Jacques Louis David tərəfindən çəkilmişdir. Bu rəsm Afinalılara qarşı öz düşüncələrini ifadə etməsi və gənclərin əxlaqını pozma ittihamları nəticəsində  badyan zəhəri içərək ölümə məhkum edilmiş yunan filosofu Sokratın ölüm səhnəsini təsvir edir.  Sokrat ölüm hökmü əvəzində sürgünü seçmək şansına sahib olsa da, o ölümü seçdi.

Davamı →

Fransız impressionist rəssam Klod Mone

Klod Mone (14 Noyabr 1840 — 5 Dekabr 1926), Fransız impressionist rəssam.
Oskar-Klod Monet və ya Klod Oskar Monet olaraq da tanınır. İmpressionizm termini, Monetin Gün Doğuşu adlı rəsmindən gəlir. İmpressionizm, müasir rəsm sənətindəki ilk böyük inqilabi hərəkatdır. Monet, rəsmlərində fırça zərbələri ilə yaratdığı müxtəlif rənglərdə nöqtələrlə istədiyi təsəvvürü yaradacaq rəng və işıq təsirini yaratmağı bacarmışdır.

Uşaqlığı və gəncliyi
Adolf və Louise-Justine Monet cütlüyünün övladı olan Monet, Parisdə dünyaya gəlib. 1845-də, yəni Monet beş yaşında olanda, ailəsi Normandiyadakı La Havreyə köçüb. 1851-ci ilin aprelində, Monet Le Havredə orta məktəbə başladı.
Davamı →