Mən seçilməm, seçərim!

Həyatımızın müxtəlif anlarında qısa da olsa yalqız qalmağa ehtiyac duyarıq. Bu,
tənhalığa çəkilib öz varlığımızı, keçmişimizi, yanlışlıqlarımızı sorğulamaq, özümüzü daha dərindən tanımaq, özümüzlə baş-başa qalmaqdan yaranan bir ehtiyac olsa da, insan bütün həyatı boyu tənha yaşaya bilməz.
Duyğularımızı, əmllərimizi paylaşmaq üçün həmişə anlayışlı və duyarlı həmsöhbətə, dosta, sevgiliyə, həyat yoldaşına, həmkara və s. ehtiyacımız var.

Bilirsiniz ki, həyatda seçə bilmədiyimiz yaxınlarımızla (ata, ana, bacı, qardaş və s.) yanaşı, seçdiyimiz yaxınlarımız da var. Mənə maraqlı olan budur:
Siz seçdiyiniz, həyatınıza salacaq, birlikdə və bərabər addımlamaq istədiyiniz, ömür paylaşacaq insanları tanımaq üçün nə edirsiniz? Hər hansı bir üsul, sınaqdan çıxarmaq üçün vasitə və ya metod tətbiq edib, inisiativ addım atırsınızmı? Yoxsa hər şeyi öz axarına buraxıb, gələcəyinizi qismətin, talenin hökmünə buraxırsız? Ümumiyyətlə, seçici insansınızmı?

İstərdim ki, istifadəçilər bu haqda öz həyat təcrübələrindən (əgər varsa), başlarına gəlmiş və gələcək bu tip məslələrlə bağlı qarşılaşanda nə edəcəklərini, hansı zəruri addımlar atacağına dair fikir və düşüncələrini şərhlərdə qeyd etsinlər.

P.S Kayzen-forum çoxdan yaranan bir bloq olsa da, təəssüf ki, ilk nəşr olunan yazı budur.
Arada diskussiya aparmaq da yaxşıdır. :)
 

18 şərh

azadmamedov90
Gözəl insan pascal :). Qeyd etmək istəyirəmki, bildiyimiz kimi həyatda heçnə daimi deyil, elə insanların fikirləri və seçimləri də, birşey istəyirsən, onu seçirsən və zaman göstərir ki, sən yanılmısan, bəzən sənin fikrin dəyişir, bəzən isə seçdiyin özünü doğrultmur.Bir yazarın sözlərini oxudum kayzendə, deyir kişinin öz həyat yoldaşından başqalarındadır xöşbəxtliyi. Bu onun kimi ailə qurmamış insanlara aiddir bəlkədə. İnsanda xüsusəndə biz kişilərdə birbaşa kainat ilə instiktiv əlaqə var, əksər insanlar bizim kimi ağıl və instinkti birlikdə işlədə bilmir. Qadınlar isə daha ağıllı və bacarıqlıdırlar. Maraqlıdırki onlar insanlarla ünsiyyət və hiss mələsində elədilər :).
 Bu psixoloqun söhbətlərinə baxıram, və sizə də tövsiyyə edirəm.
_Lily_
İnsanları tanımaq çətindir.Birini nə qədər uzun müddət tanımış olsan da,birdən onun haqqında bütün fikirlərin alt-üst ola bilir.Mənim şəxsi təcrübəmdən deyə bilərəm ki  ,bir insana ilk baxışında ina qarşı nə hiss etdinsə onu yaddan çıxarma.Sonra o elə hərəkətlər edə bilər ki,fikrin dəyişsin.Sonda başa düşürsən ki, o elə eləymiş.
pascal
Şərhlərinizə görə təşəkkür edirəm. Amma mümkünsə ümumiləşmiş fikirlər yox,  məqalədə yazılan suallardan yola çıxaraq insanları tanımaq üçün edəcək (bəlkə də etdiyiniz) hərəkət və qərarlarınızı daha konkret şəkildə bildirəsiniz.
azadmamedov90
Ümumiyyətlə Seçici insanam. və hər şeyin ən yaxşı, keyfiyyətli həmçinin də fərqli olanı seçirəm, bəzən isə sadəcə olaraq baxa-baxa qalıram.
 İlk öncə bir ideologiya olmalıdır, müəyyən bir çərçivə içərisində, müəyyən kriteriyalara uyğun olmalıdır. məsələn: Onun ailəsi- uşaq ailənin güzgüsüdür, onun xarici görünüşü-çox şeydən xəbər verir, (ən vaciblərindən) dünya görüşü, özünü təklikdə və cəmiyyət içində necə aparması, insanlarla necə salamlaşması və sağollaşması, ümumi olaraq romantizminin dərəcəsi, çünki insan romantik olarsa adi bir gözəlliyi öz sevgisi ilə qarşılayarsa onda insan kimi insanlıq hissi vardır bu da səninlə də insan kimi davranacağına əsas verir məncə.
Ruslar demişkən, inan, inan, amma sına. Bu da gözəl bir ideadır, müəyyən bir çərçivədə sınamaq olar.
azadmamedov90
P.S. Qismət və ya taleh deyilən şey yalnızca bizim seçə bilmədiklərimizdir, ailəmiz, dəri rəngimiz və s. Ama başımıza gələnlər hamısı bizim öz etdiyimizlərdir, müsbət və mənfi emosiyalar ilə etdiyimiz hərəkətlər. :) ümid edirəm ki, get gedə şərhlərim normallaşır, və ya mənə elə gəlir ?!
Gülnar
Sizə elə gəlmir, inkişaf var:)
Bəs karma haqda eşitmisiz, necə izah edərdiz? 
azadmamedov90
Qiymətinizə görə təşəkkür, digər istifadəçilərdən də təndiq vəya tərif, daha çox isə tənqid istəyərdim, eşidim və oxuyum.
 Karma əmi haqqında heç bir məlumatı yoxdur :)
Gülnar
Yadımda qaldığı qədərilə siz kifayət qədər tənqid olunmusuz. Onları tam həll etdiz ki əlavə tənqid istəyirsiniz?:) 
Aşağıdakı fikri mexaniki yox həqiqətən başa düşüb yazmısınızsa bu barədə öz fikrilərinizdən ibarət məqalənizi saytda oxumaq istəyərdim.
 Qismət və ya taleh deyilən şey yalnızca bizim seçə bilmədiklərimizdir, ailəmiz, dəri rəngimiz və s. Ama başımıza gələnlər hamısı bizim öz etdiyimizlərdir, müsbət və mənfi emosiyalar ilə etdiyimiz hərəkətlər.   
azadmamedov90
O fikirləri emosiyalarım ilə yazıya köcürməklə izah edə bilmərəm, gərək normal bir dairəvi masa olsun, o masa arxasında yığışıb söhbətləşə bilərik istifadəçilərlə. Başa düşmüşəm, ama insanların çoxunun bunu bildiyini də bilirəm :)
Gülnar
Məsələn, bir  insanın əzizinin ölməsi və ya başına bədbəxt hadisə gəlməsi onun özünün hansısa mənfi emosiya və ya hərəkətilə bağlıdı sizcə, yoxsa bu da taledir. Ya bəlkə sınaq?
_BUMERANQ_
Çox inkişaf var, artıq iki dəfə oxumaqla başa düşmək olur :))
azadmamedov90
Əvvəlcə iki dəfə oxumaqla heç nə anlaşılmırmış :) bəs neçə dəfə oxuyanda başa düşürdüz. mənçün maraqlıdır.
_BUMERANQ_
Dəqiq say bilmirəm, bəzən heç anlaşılmırdı :)
Gülnar
Belə görünür ki, hamı təcrübə ilə öyrənir:)
Gülnar
Məsələn, pulla insan sınayan olub burda? 
Offtop: Sayt ölübe. Apollonun köçürmələrindən ibarət duzsuz, mənasız hala gəlib :(
_BUMERANQ_
Əslində bu sualın cavabı mənə də maraqlıdı. Belə baxanda, bildiyim çox güclü sınaq metodu da yoxdu. Olsa çox yaxşı olardı.

Amma birini tanıya bilmək üçün ən sağlam yol max. vaxt keçirmək, ünsiyyət qurmaq, maraqlarını bilməkdi. Bilmirəm nə qədər doğrudu, ya yox, hərdən elə musiqilər, filmlər, əsərlər olur ki, mənə elə gəlir, onu sözün əsl mənasında duya bilən insan pis ola bilməz. Bir az buna diqqət edirəm tanımağa çalışanda (yəni minimum vaxtda tanımağa çalışanda).
 
Gülnar
Saydıqların çox mühümdür məncə də. Amma maksimum vaxt keçirməyi çıx. Maksimum vaxt yox, o vaxtı necə keçirmək vacibdir.
_BUMERANQ_
Dəqiqləşdirək. Maksimum faydalı vaxt keçirmək olsun )