Şahmat və Nərd haqqında

Şahmat Hindistanda yaranmış klassik bir strategiya oyunudur.

Əfsanəyə görə hind imperatoru məsləhətçilərinə, uşaqlarının döyüşdə yaxşı düşünən, uğur qazana bilən bir sərkərdə olmaları üçün yol göstərməsi haqqında təlimat verir. Bu təlimat üzrə imperatorun məsləhətçilərindən Herssabbin Dahir adlı bir hind mütəfəkkiri şahmat oyununu kəşf edir.
Hind imperatoru bu şahmat oyununu, yanında bir məktub ilə birlikdə hədiyyə olaraq fars imperatoruna göndərir. Məktubunda oyunla əlaqədar heç bir şərh vermir, yalnız:

Fars imperatoruna:

Kim daha çox düşünür,
kim daha yaxşı bilir,
kim daha çox irəlini görürsə, o qazanar.
Bax, HAYAT BUDUR!" yazır.


Fars imperatoru bu məktubu dövrün ən alim, müdrik vəziri olan Büzür Mehir ilə paylaşır və ondan əvvəlcə oyunu aydınlaşdırmasını, sonra da qarşılıq olaraq hind imperatoruna hədiyyə etmək üçün başqa bir oyun icad etməsini istəyir.

Büzür Mehir 10 gün müddətində nərd oyununu icad edir. Onun tərəfindən hazırlanan nərd oyunu dünyanın ən məşhur oyunlarından biridir. Zaman məfhumundan ilham alaraq hazırlanan bu oyun son dərəcə təsir edicidir.

Nərdin 4 küncü 4 mövsümü, içindəki qarşılıqlı 6 xana 12 ayı, oyun daşlarının sayı ayın 30 gününü, qara-ağ rəngdə olması gecə və gündüzü, qarşılıqlı 12 xana isə günün 24 saatına işarədir. Nərddə 4500-ə yaxın hücum ehtimalı olduğundan oyunda ustalaşmak əhəmiyyətlidir. Ancaq zərlərin şansı simvolizə etməsini nəzərə alaraq şans (bəxt) amili də önəmlidir.

Büzür Mehirin icad etdiyi oyunu çox bəyənən fars imperatoru hind İmperatorunun hədiyyəsinə qarşılıq olaraq nərd oyununu göndərir. Hədiyyəsi ilə birlikdə göndərdiyi məktubda isə belə yazır:

"Hind imperatoruna:

Bəli,
Kim daha çox düşünür,
kim daha yaxşı bilir,
kim daha çox irəlini görürsə, o qazanar.
Amma bir az da şans gərəkdir.
Bax, HAYAT BUDUR! "

2 şərh

azadmamedov90
Deməli hər zaman qalib gəlmək olmur.
ShiringulMusayeva
     Həqiqətən də, həyat elə nərd oyunu kimidir. Qalib gəlmək üçün bir az da şans önəmlidir. Belə bir deyim də var: «Qalibləri  mühakimə etmirlər „