Asılmış qəhvə haqqında hekayə

Biz vağzalın yaxınlığında olan kafelərdən birinə daxil oluruq. Bizim arxamızca iki nəfər də kafeyə gəlir və ofisianta  deyirlər:

— Beş fincan qəhvə, iksini indi içirik, üçü isə havada asılmış qalır.

Ödəməyə gedəndə 5 qəhvənin pulunu ödəyirlər. Sonra öz qəhvələrini, yəni hərəyə bir fincan içib gedirlər. Mən De Sikudan soruşuram: “asılmış qəhvə nə deməkdir?”.  O deyir: – gözlə.

Daha sonra digər insanlar daxil olur. Qızlar adi qaydada qəhvə sifariş edir, pullarını ödəyirlər. Daha sonra kafeyə üç vəkil gəlir. Onlar yeddi qəhvə sifariş edirlər:

— Üçünü indi içirik, dördü isə havada qalır.

Sonra öz üç fincan qəhvələrini içib gedirlər. Sonra gənc bir oğlan iki qəhvə sifariş edir, amma yalnız birini içir. Bu minvalla biz De Siko ilə günortaya qədər söhbət edərək vaxt keçirdik.

Qapılar açıq idi və mən günəşin isitdiyi meydançaya tamaşa edirdim. Və birdən mən qapıya yaxınlaşan tünd bir kölgə gördüm. Kölgə tam qapıya çatanda, onun kasıb bir insan olduğunu gördüm.  Kasıb adam kafeyə daxil olur və soruşur ki, asılmış qəhvə varmı?

Bu bir növ Neapoldan gəlmiş bir adətdir, orda nəinki qəhvəni, həm də yeməkləri özündən sonra gələcək adama saxlayırmışlar.
Belə bir şeyi bizim ölkədə təsəvvür etmək çətindir. Amma təəssüf, çox gözəl adətdir.



Asılmış qəhvə (Tonuna Querranın hekayəsi)
 

2 şərh

azadmamedov90
Bizdə isə heç də belə deyil, ildə bir iki dəfə bayram olur o kasıba əl tuturlar, ya ət və başqa bir qida verilir, hər zaman pulundan ayır kasıba ver deyilir..İllik gəlirivi düzgün hesabla deyilir. Amma əməl edən yoxdur.
Pulun yığıb gedir istirahətə kef çəkir, amma ən yaxın qohumu nə ət, nə də yağ tapıb yeyə bilmir.
aydanrehimova
bunu cox beyendim bir gun bir kafe restoran acsam bu adeti men de davam etdirmek isteyerem,cunki bizim olkede cox ehtiyac var bele yerlere