Рейтинг
+23.58

Tibbi patologiya

17 üzv, 38 topik

Bayılma

Bayılma düşüncənin qəfildən pozulması ilə xarakterizə olunan simptomdur.O beyin toxumasında qidalanmanın kəskin surətdə pozulması səbəbinən baş verir. Beyin damarlarının qısamüddətli spazmı və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsi bayılmaya səbəb ola bilir.

Bu yığılmalara aiddir:
– ürəyin blokadası
– ekstrasistoliyadan sonra olan kompressator pauza.

Beyin damarlarının qısamüddətli spazmına səbəb olan müxtəlif amillər (mənfi emosiyalar ,ağrı), bəzi farmokoloji preparatların (qanqiloblakatorların) həddindən artq qəbulu, bir sıra reseptor zonaların (sinokarotid zona, vestibulyar aparat) kəskin surətdə qıcıqlanması bayılmaya səbəb ola bilir. Bəzən insan həddindən artıq fiziki gərginliyə məruz qaldıqda da bayılma vəziyyətinə düşə bilir. Bayılma adətən bir neçə dəqiqədən artıq davam etmir.
Davamı →
 

Çənə çıxığı

İnsanın yuxarı çənəsi hərəkətsizdir. Aşağı çənə isə gicgah-çənə oynağı vasitəsilə hərəkət edir. Bəzən aşağı çənə oynağının çıxığı inkişaf edə bilər. Belə çıxıqların səbəbləri:

— qida qəbulu, əsnəmə, qışqırma, qusma və s. zamanı ağzın birdən və güclü açılması,
— aşağı çənənin birdən və güclü aşağı salınması (misal üçün, qida qəbulu zamanı),
— dişlərin çəkilməsi,
— pis vərdişlər (dişlərlə butulkaların, bağlamaların açılması vərdişi və s.),
— bağların, oynağın zəifləməsinə səbəb olan bəzi xəstəliklər (revmatizm, podaqra və s.),
— müxtəlif travmalar (yıxılma, zərbə və s.).

Qadınlarda çənə çıxığına kişilərlə müqayisədə daha tez-tez rast gəlinir. Bu qadınların fiziologiyası ilə bağlıdır. Qadınlarda çənə oynağı kisəsi daha kiçikdir və bu səbəbdən oynağın başcığı oynaq kisəsindən daha asan çıxır.
Davamı →
 

Uşaqlarda autizmin 9 erkən əlamətləri

Autistlərdə xarici dünyanın qavramanılması və kommunikasiya pozuntuları qeyd olunur. Valideynlər erkən yaşlarından bu patologiyanı ehtimal etmək üçün diqqətli olmalı və uşaqlarının inkişafını yaxından izləməlidirlər. Gün ərzində insan beyni analizatorlar vasitəsiylə ətraf mühitlə ünsiyətdədir. Autist uşaqlar ətraf mühitdən alan informasiyaya başqa cür reaksiya verir, öz “kicik dünyalarına” qapanmış olurlar.

Necə aşkara çıxartmaq və nəyə diqqət yetirmək lazımdır?
Bu patologiyanın ilk əlamətlərini hətta ilk aylardan görmək mümkündür:
Davamı →
 

Barmaq dolamasından necə xilas olmalı?

Dırnaq dibindəki iltihablaşma bir-neçə həftə ərzində sağallmasa, iltihablaşma artır və həkim iltihabı cərrahi yolla sağaltmağa məcbur olur. Bu bəzi hallarda dırnaq dibinin dərindən kəsilməsinə, hətta dırnağın çıxarılmasına səbəb ola bilir. İnsanların bir qismində dolama xəstəliyi ağırlaşma verməsə də diabet xəstələri üçün bu ağır patologiyalara səbəb ola bilər.

Barmaq dolamasından təbii vasitələrlə xilas olmaq üçün sizə bir-neçə məsləhət görürük:
1. Bir stəkan soyuq suyun içərisinə 1 xörək qaşığı əməköməci qatıb, 12 saat saxlanılır. Sonra su isidilir, barmaq suyun içərisində 20 dəqiqə vanna edilir.

2. Bir ədəd təzə çiy yumurta dərin qaba tökülür, xəstə barmaqla həmin yumurta 20 dəqiqə yavaş-yavaş qarışdırılır. Bu proses dolama yetişib irin axana qədər, gündə bir-neçə dəfə təkrar edilir.
Davamı →
 

Ayaqlarda ağrılar

Ayaqlarda baş verən ağrılar orqanizmdə baş verən ağrılar içərisində baş ağrılarından sonra ikinci yerdə durur. Ayaq ağrılarının əsas səbəbləri aşağıdakılardır:
– müxtəlif travmalar
– arterozlar
– artritlər.

Ayaqlarda baş verən ağrılar onun funksiyasında pozğunluqların olmasının bildirir. Ayaqların funksiyasında baş verən pozulmalar ayaqlarda hərəkət pozğunluqlarından tutmuş, əlilliyə qədər gətirib çıxara bilir.

Yer kürəsi əhalisinin 90%-inin 65 yaşdan yuxarı ayaqlarında ağrılar meydana çıxır. İnsanlar yaşlandıqca oseoparozin meydana çıxması ayaqlarda ağrıların əmələ gəlməsinə səbəb ola bilir. Revmatoid artrit və podaqra səbəbli ayaqlarda baş verən ağrılar isə yer kürəsinin 1% əhalisində rast gəlinir.

Ayaqlarda ağrıların baş verməsinə fiziki hərəkətlər də səbəb ola bilir. Ayaqlarda ağrılar kəskin başlayıb qısa müddətli ola bilir. Bəzən isə ağrılar uzun müddətli xarakter daşıyıb, xəstəni aylarla və hətta illərlə də üzə bilir. Ağrının baş verməsi ayağın xəstəliyinin növündən və xəstəliyin dərəcəsindən asılıdır.
Davamı →
 

Gecə qıcolmaları

Gecə qıcolmaları çox yayılmış simptomdur.
Qıcolmalar çox ağrılı ola bilər, insanın yuxusunu poza bilər. Həkimlər tez-tez belə şikayətlər eşidir. Bəzən bu simptom orqanizmdə olan hər hansı pozulmanın əlaməti ola bilər.

Əgər belə qıcolmalar sizi uzun müddət ərzində narahat edirsə, mütləq həkimə müraciət edin. Gecə saatlarında qıcolmalar əsasən ayaqlarda olur. Qıcolma əvvəl baldırlarda başlayır və sonra bütün ayağı boyu yayılır.

Əgər insan gün ərzində əllərlə çox işləyirsə (yazır, kompüterdə işləyir, paltar tikir və s.), bu zaman gecə saatlarında qıcolmalar əllərdə ola bilər.
Davamı →
 

Seboreya

Seboreya xəstəliyi saç diblərinin kəpəklənməsi, qaşınması və ən əsası da saç görüntüsünü pozmasıdır. Belə ki seboreyalı insanların saçlarında həmişə kəpəklənmə olduğundan kəpək üst paltarlarına belə tökülə bilir.

Çox çətin müalicəyə tabe olan bir xəstəlikdir. İndi hal-hazırda at pıtrağı bitkisi çıxıb Azərbaycanın hər tərəfində bol-bol bitir, bu bitkinin köklərini yığın, ət maşınından keçirin və saç diblərinə çəkin, 2 saat gözləyin, sonra ilıq su ilə yuyun. Bunu gündə bir dəfə 20 gün edin, həm seboreya, həm saç tökülməsi və həm də saç diblərindəki qızartı və səpgiləri götürmək üçün yaxşı bir vasitədir.

Diqqət: İstifadə zamanı səpgilər və qaşıntı artarsa, deməli bu bitkiyə allergiyanız var, istifadəni dayandırın.
 

Dizlərim niyə ağrıyır?

Bir çox insanlar dizlərdə olan ağrılarla üzləşir.

Bəzi hallarda bu ağrılar çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər dizlərinizdə ağrılar tez-tez təkrarlanırsa, buna laqeyd yanaşmayın və həkimə müraciət edin. Dizlərdə olan ağrılarla (ağrıların səbəbindən asılı olaraq) revmatoloq, travmatoloq və ortoped məşğul olur.

Beləliklə, dizlərdə olan ağrıların səbəbləri:
1. Diz oynağın artroz xəstəliyi (qonartroz).
2. Menisklərin zədələnməsi (meniskopatiya).
3. Oynağın iltihabı (artrit).
4. Bud-çanaq oynağın artroz xəstəliyi (koksartroz).
5. Diz oynaqlarda qan dövranın pozulmaları.
6. Diz vətərlərin iltihabı.

— Diz oynağın artroz xəstəliyi dizdə olan ağrıların ən yayılmış səbəblərdən biridir. Adətən artroz 40 yaşından yuxarı olan insanlarda inkişaf edir. Artroz həm bir, həm də hər iki oynağı zədələyə bilir.
Ardı →
 

Anoreksiya

Anoreksiya nevrosa – xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.

Xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.

Hal hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. Belə ki, xəstəlik əhalinin 0.5 – 1%-ndə görünür və xəstələrin 95 %-i 12-20 yaş arası qızlar olur.

Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. Insanların beyninə oturan “Arıqsansa yaxşı görünürsən” fikri xəstəliyin son illərdə bu qədər vüsətlə yayılmağına səbəb olub. Bundan başqa bəzi ailəiçi problemlər və psixoloji sıxıntılar da səbəb olaraq göstərilir. Anoreksiya nevrosa diaqnozunu qoymaq üçün xəstədə aşağıda sadalanan əlamətlər olmalıdır:
Ardı →
 

Düz bağırsağın çatları

Babasil və kolitdən sonra düz bağırsaqı çatları bağırsaq xəstəliklərin arasında 3-cü yer tutur.

Bağırsaq çatları anal dəliyin selikli qişasının yarıqlarıdır. Bu yarığın uzunluğu 1,5-2 sm ola bilər.

Bir çox hallarda çat daxili babasillə birlikdə meydana çıxır. Bağırsaq çatları qadınlarda kişilərlə müqayisədə daha tez-tez qeyd olunur.

Xəstəliyin əsas səbəbi xroniki qəbizliklərdir. Bu zaman bərkimiş nəcis kütləsi düz bağırsağı zədələyir və çat əmələ gəlir. Lakin çat xroniki ishalların nəticəsində də yarana bilər. Məsələ burasındadır ki, təkrarlanan ishalın nəticəsində düz bağırsağın selikli qişası ödemləşir və iltihablaşır ki, bu çatların əmələ gəlməsinə gətirir çıxardır.

Bundan əlavə mexaniki travmalar və həzm sistemin istənilən hissəsində olan iltihab çatların əmələ gəlməsinə səbəb ola bilər.

Uşaqlarda çatlar bir çox hallarda helmintozun (qurdlar) nəticəsində əmələ gəlir. Bağırsaqlarda qurdaların olması ödemə və iltihaba səbəb olur. Qurdların yumurtaları  kəskin qaşınmaya səbəb olur və uşaq anal dəliyin sahəsini tez-tez qaşıyır. Bu isə selikli qişanın zədələnməsinə səbəb olur.


Ardı →