Amneziya

Hafizə pozuntularının bütün formaları amneziya adlanır.

Məsələn, siz axtardığınız əşyanı hara qoyduğunuzu tapa bilmirsinizsə deməli bu fiksasion amneziyadır.

Hər hansı bir hadisədən sonra (travma, sərxoşolma) məlumatlar unudularsa buna anteroqrad amneziya deyilir.

Amneziyaların geniş yayılmış formalarından biri də retroqrad amneziyadır – keçmişə aid olan hadisələrin və ya məlumatların unudulması....

 

2 şərh

pascal
Axtardığım əşyaları tapa bilməmə amneziyası məni hövsələdən çıxarırsa, keçmişə aid olan pis hadisə və məlumatların amneziyasına görə (əgər bunu yaşamışamsa) Allahım min şükür edirəm. ;)
Ferbara
Hardasa oxumuşdum ki, insanlar beyinlərini mümkün qədər çox gücləndirməyə çalışırlar. Heç nəyi unutmamaq, daha aktiv düşünmək və buna baxmayaraq yorulmamaq, görəcəyi işlərin hamısını yadda saxlayıb yerinə yetirə bilmək və s. bu kimi şeylər üçün beyinlırini inkişaf etdirib maşınlaşma səviyyəsinə çatmaq istəyirlər. Amma insan istəsə də beyin imkanlarını normadan çox artıra bilməz. Çünki insan həyatında unutqanlığın da öz funksiyası var. Bəzən nəyəsə gecikməyimiz bizi xilas edə bilir. Keçmişdəkiləri unutmaq isə indimizi rahat yaşamağa imkan verir.