Рейтинг
+23.58

Tibbi patologiya

20 üzv, 58 topik

Qara ciyər kistaları

Bəzən hər hansı digər pozulma ilə bağlı keçirilən USM və ya tomoqrafiya zamanı insanın qara ciyərində təsadüfən kista aşkar edilir. Bu halda nə etmək lazımdır?

Adətən belə kistalar, həqiqətən, təsadüfən aşkar edilir, özünü heç bir simptomla büruzə vermir və insanın səhhətinə heç bir mənfi təsir etmir. Statistikaya əsasən, qara ciyər kistaları insanların 1%-ndə təsadüf edilir. Qadınlarda belə kistalar kişilərlə müqayisədə daha tez-tez hallarda əmələ gəlir. Statistikaya əsasən qara ciyər kistaları 30-50 yaş arasında daha tez-tez əmələ gəlir.

Qara ciyər kistası xoşsassəli boşluqlu törəmədir. Əksər hallarda kistanın içində iysiz şəffaf maye olur.

Kistalar qara ciyərin müxtəlif paylarında, qara ciyərin üzərində və ya dərində yerləşə bilər. Kistanın diametri bir neçə millimetrdən başlayaraq 25 və daha artıq sm-ə kimi ola bilər. Böyük ölçülərdə ola kistalar qarının birtərəfli böyüməsinə, iştahasızlığa, bədən çəkisinin azalmasına, sarılığa, ürəkbulanmasına, təngnəfəsliyə səbəb olur.

Kistaların dəqiq əmələ gəlmə səbəbi tibbdə hələ ki məlum deyil. Tibbdə bu kimi səbəblər qeyd edilir:


Ardı →

Uşaqlarda kriptorxizm

Kriptorxizm — uşaqlarda xayaların xayalığa enməməsi ilə bağlı olan patologiyadır.

Bu patologiya yenidoğulmuş uşaqlarda doğulduqdan sonra aşkar edilir. Müayinə zamanı məlum olur ki, xayalıqda bir və ya hər iki xaya yoxdur («boş xayalıq»).

Oğlanlarda bətndaxili inkişafı zamanı xayalar xayalıqda deyil, qarın boşluğunda böyrəklərin yanında yerləşir. Uşaq inkişaf etdikcə xayalar tədricən aşağı düşür və hamiləliyin təxminən 37-ci-40-cı həftələrində xayalığa enir. Kriptorxizm zamanı xayalar xayalığa düşmür, qarın boşluğunda və ya qasıq nahiyəsində qalır.

Kriptorxizmin dəqiq səbəbləri məlum deyil. Lakin bəzi risk faktorları müəyyən edilir:

— doğulan uşağın çəkisinin az olması. Belə hesab olunur ki, 2500 qr və daha az çəkisi ilə doğulan uşaqlarda kriptorxizm riski daha çoxdur;


Ardı →

Soyuq intoleransı

Bəzi insanlar hətta yayda belə üşüyürlər. Hamı istidən şikayətlənəndə o, jaketini əyninə geyinib susar. Davamlı üşüdüyünü hiss etmək tibb aləmində «soyuq intoleransı» adlanır. Ancaq bu, xəstəlik deyil. Nadir müşahidə edilən və problem yaratmayan bir haldır.

Bu problemdən narahat olanlar həyatlarında cüzi dəyişikliklər etməklə bunu həll etmiş olarlar. Nizamlı qidalanma, idman etmək bu stresdən xilas olmanın yollarını tapmaqda kömək edəcək.

İnsan üşümənin qarşısını almaq üçün fərqli yollardan istifadə edə bilər. Məsələn, heç hərəkət etmədən əzələlər bədən istiliyinin 25 faizini çıxara bilir. Buna görə də idman edən insanların əzələ indeksi daha çox olduğu üçün daha çox istilik istehsal edir. Bu istəksiz istilik dövrünə beyin tərəfindən nəzarət edilir. Beyində olan hipotalamus bir termostat funksiyası yerinə yetirir. Bədəniniz çox isti olduğunda dərinin səthinə yaxın bölgədə olan damarlar açılır və istilik çıxışı təmin edilir. Soyuq olan zaman isə titrəmə sayəsində əzələ hərəkəti artırılaraq, istilik istehsalı dəstəklənir.
Ardı →

Payızda kəskinləşən xəstəliklər

Statıstikaya əsasən, bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir.

Bu fenomenin səbəbini həkimlər hələ ki dəqiq təyin etməyiblər. Alimlər güman edirlər ki, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər (günəşli günlərin sayı azalır, gün qısalır, insan daha tez yatmağa gedir və s.). Hər bir dəyişilmə orqanizmi stress vəziyyətinə salır. Bundan əlavə dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına təkan verir. Stress isə immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır.

Bu xəstəliklərin arasında:

— Ürək-damar sistemi xəstəlikləri.
Bu xəstəliklərin bir çox hissəsi payızda kəskinləşir. Arterial təzyiqinizə fikir verin, düzgün qidalanın, güclü fiziki və emosional gərginliklərdən uzaq olun, tez-tez açıq havada gəzin.

Kardioloqun profilaktik müayinəsindən keçin. Lazım olduqda həkim müalicə kursu təyin edəcək.


Ardı →

Uşaqlarda qasıq yırtıqları

Yırtıqların arasında qasıq yırtıqları uşaqlarda daha tez-tez rast gəlinən patologiyadır. Uşaqlarda qasıq yırtıqları anadangəlmə patologiyadır. Bunun səbəbi qasıq kanalının bətndaxili inkişafının pozulmasıdır.

Oğlanlarda bu patologiyaya daha tez-tez rast gəlinir. Bu oğlanların fizioloji xüsusiyyətləri ilə bağlıdır. Adətən yırtıqlar oğlanlarda sağ tərəfdə olur.
Yırtıq uşaq doğulduqdan dərhal sonra, bəzi halarda 1 yaşına yaxın, bəzən daha böyük yaşlarda özünü büruzə verə bilər.

Yırtığın əsas simptomu uşağın qasıq nahiyəsində olan şişkinlik, asimmetriyadır. Bu şişkinlik uşaq ayaq üstə olanda daha yaxşı görünür, uzananda isə «itir». İlk dəfə bu şişkinlik uşaq çoxlu ağladıqdan, qışqırdıqdan, öskürdükdən, qəbizlik zamanı gücəndikdən sonra müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, öskürək, ağlama və ya qəbizlik yırtığın inkişafına səbəb olub. Bu yırtıqlar anadangəlmə pozulmadır.
Ardı →

Dildəki ərp nədən xəbər verir?

Bəzən dilin üzərində sarı, ağ, hətta yaşıl, qəhvəyi, qara rəngdə ərp əmələ gəlir. Bunun səbəbi burada bakteriyaların toplanmasıdır.

Nazik, ağ, iysiz, az miqdarda olan ərpin olması norma sayılır. Lakin ərp qalındırsa (dil görünmür), ağızdan iy gəlirsə, ərpin rəngi ağ yox, sarı, yaşıl, qəhvəyidirsə, bu patoloji hal sayılır və hər hansı xəstəliyin əlaməti ola bilər.

Nəzərinizə çatdıraq ki, dilin vəziyyətini səhər saatlarında ac qarına qiymətləndirmək lazımdır. Tünd çay və qəhvə qəbulundan, qida qəbulundan sonra dilin rəngində və vəziyyətində dəyişikliklər əmələ gələ bilər.

Dilin üzərində patoloji ərpin əmələ gəlmə səbəbləri müxtəlifdir — alkoqol, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma, infeksiyalar, xroniki xəstəliklər və s.

Qalın ağ ərp xroniki qəbizliklərin əlaməti ola bilər. Əgər dilin üzərində olan qalın ağ ərp hərarət və intoksikasiya ilə (baş ağrısı, əzələ ağrıları və s.) müşayiət olunursa, bu infeksion xəstəliyin əlamətidir.

Dilin üzərində olan qalın ağ ərp kandidozun (göbələk xəstəliyi) əlaməti ola bilər. Kandidozun səbəbi bəzi dərman preparatların qəbulu, immunodefisitlər ola bilər.


Ardı →

Ebola virusu

İlk dəfə bu virus 1976-cı ilində Afrika ölkələrində qeyd olunub. Virusun adı Ebola çayı sahillərində yaşayan insanlar arasında tapılması ilə bağlıdır.

Ebola virisu tropik meşələrin yanında yerləşən Afrika ölkələrində yayılır.

Hal hazırda bu virusun növbəti canlanması Afrikada qeyd olunub. Artıq virus 1 min insanın həyatına son qoyub. Virusun yayılması davam edir. Hal hazırda virus Qvineya, Syerra-Lione və Liberiya ölkələrində şiddətlə yayılır.

Ümumdünya Səhiyyə təşkilatı virusla ciddi mübarizə edir — Afrikaya mütəxəssislər, dərmanlar, humanitar yardım və s. göndərilir.

Virus insanlara vəhşi heyvanlardan (adətən donuzlardan, meymunlardan, yarasalardan) onların qanı, orqanları, ifrazatları ilə təmasda olduqda keçir və daha sonra insanlar arasında yayılır.


Ardı →

Amneziya

Hafizə pozuntularının bütün formaları amneziya adlanır.

Məsələn, siz axtardığınız əşyanı hara qoyduğunuzu tapa bilmirsinizsə deməli bu fiksasion amneziyadır.

Hər hansı bir hadisədən sonra (travma, sərxoşolma) məlumatlar unudularsa buna anteroqrad amneziya deyilir.

Amneziyaların geniş yayılmış formalarından biri də retroqrad amneziyadır – keçmişə aid olan hadisələrin və ya məlumatların unudulması....


Davamı →

Babasil xəstəliyi

Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir. Hemorroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.

Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar. 


Ardı →

Artıq tərləmənın səbəbləri

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.

Bundan əlavə tərləmə termorequlyasiya prosesində (bədən hərarətinin lazım olan səviyyədə saxlanılması prosesi) iştirak edir. Ağır fiziki işlər zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyudulur.

İnsan emosional sarsılma, stress, həyacanlanma zamanı də daha güclü tərləyir. Bu da orqanizmin stresə qarşı olan təbii reaksiyasıdır.

Beləliklə, tərləmə təbii və insan orqanizminin normal fəaliyyəti üçün çox vacib olan bir prosesdir. Lakin bəzi hallarda tərləmə patoloji xarakter daşımağa başlayır. İnsan fikir verir ki, o, hətta soyuq havada və sakit vəziyyətdə olduqda çox güclü şəkildə tərləyir. Bu hal «hiperqidroz» (lat. «hiper» — artırılmış, «hidro» — su) adlandırılır.

Bu hal müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu səbəbdən əgər insan birdən-birə güclü və səbəbsiz tərləməyə başlayıbsa, buna diqqət yetirmək lazımdır.
Ardı →