Təlimin prinsipləri

Təlim prinsipləri təlimin qanunauyğunluqlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Təcrübə göstərir ki, didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq, müsbət nəticə verir. Əksinə, həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir.
Pedaqoji ədəbiyyatda prinsiplərin təsnifatında vahidlik yoxdur: təklif olunan prinsiplərin miqdarı, sistemi və ifadəsində müxtəlif fərqlər özünü göstərir. Bu fərqlər isə prinsiplərin əsasında duran təlim qanunlarının kifayət qədər öyrənilməməsi ilə bağlıdır.
Təlim prinsipləri didaktik qanunauyğunluqlarla sıx bağlı olduğundan onları həmin qanunauyğunluqlar əsasında təsnif etmək daha düzgündür. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasındakı çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir.
Təlimin qanunları ilə prinsipləri arasındakı əlaqəni nəzərdən keçirək.


 

Təlimin qanunları (qanunauyğun əlaqələr)

Təlimin prinsipləri

I. Təlimin cəmiyyətin tələbatı və həyatla şərtlənməsi qanunu

Təlimin həyatla əlaqələndirilməsi prinsipi

II. Təlimdə təhsil, tərbiyə və inkişaf proseslərinin vəhdəti qanunu

Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi

III. Mənimsəmə səviyyəsinin təlimin elmiliyi və sistemliliyindən asılılığı qanunu

Təlimdə elmilik prinsipi
Təlimdə sistematiklik və ardıcıllıq prinsipi

IV. Təlimdə konkretlə mücərrədin          vəhdəti qanunu

Təlimdə əyanilik prinsipi

V. Təlimin səmərəsinin şagirdin öyrənmə fəaliyyətinin xarakterindən asılılığı qanunu

Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi

VI. Təlimdə məqsədin məzmunu, onun vasitəsilə təlimin metod, vasitə və formalarını şərtləndirməsi qanunu

Təlimin optimal təşkili prinsipi

VII. Təlimin keyfiyyətinin şagirdlərin real təhsil imkanları ilə şərtlənməsi qanunu

Təlimdə müvafiqlik prinsipi
Təlimdə fərdi yanaşma prinsipi

VIII. Təlim prosesinin onun cərəyan etdiyi şəraitdən asılılığı qanunu

Təlim üçün zəruri şəraitin yaradılması prinsipi

IX. Təlimin nəticəsinin bilik və bacarıqların möhkəmliyi ilə şərtlənməsi qanunu

Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi

 


Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki məktəbin real təcrübəsində təlim vahid, bütöv proses kimi cərəyan edir.
Prinsiplərin mahiyyətini ayrılıqda qısaca nəzərdən keçirək.

 

0 şərh