Sənin sağlığına içirəm, Vətən!

Sirr verdim, sirr aldın, sirr əsirgədin,
İki istəyirdim, bir əsirgədin,
Mənə bir qucaqlıq yer əsirgədin,
Mən səni tərk edib köçürəm, vətən!

Baxıram, bu həmin çəmənlik deyil,
Bu kişilik deyil, ərənlik deyil,
Ehtiyac, köləlik, bu mənlik deyil,
Qaçıram buradan, qaçıram, vətən!

Bəs necə dolanım mən başıdaşlı,
Övladım çox kiçik, böyüyüm yaşlı.
Qürbət sərhədinə mən gözüyaşlı,
Arxama baxmadan keçirəm, vətən!

Yadlara payladın sən öz varını,
Millətin kim verir gör qərarını?
Hüdudsuz bildiyim torpaqlarını,
İndi qarış- qarış ölçürəm, vətən!

Bu qərib diyarda mənimlə tənsən,
Mən varlıq içində uçuram, vətən,
Sənsizəm, yoxsulam, axı vətənsən,
Sənin sağlığına içirəm, vətən!...



Raqif Raufoğlu
 

0 şərh