Hava haqqında... - Baba Vəziroğlu


Havadan danışır bir gözəl xanım.
“Yağış yağacaqdır, qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub, açılacaqdır”.

Mənim Günəşim də, Ayım da sənsən.
Onu sinoptiklər nə bilir axı?
Sən bir az qıyqacı baxanda mənə
Mənim gözlərimdə ildırım çaxır.

Bir güllü-çiçəkli bahar günündə
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar yağır,
Elə ki, gözünə yaş gəlir sənin.

Söz var, dolu kimi yağır başıma,
Söz var, duman olub yolumu kəsir.
Məndən inciyəndə, məndən küsəndə,
Qəlbimdə sop-soyuq küləklər əsir.

Səni gözləyirəm, hələ bilmirəm
Yağış yağacaqmı, qar yağacaqmı...
Mənim bu eşqimin səmalarında
Havalar tutulub-açılacaqmı?

Havadan danışır bir gözəl xanım.
Hardasa qar tökür, ya yağış yağır,
Hardasa ay batır, ya günəş çıxır.
Mənim Günəşim də, Ayım da sənsən,
Onu sinoptiklər nə bilir axı?!

10 şərh

kurdamir
Maraqlı şeirdir,Daha əvvəl eşimişdim.Topik halında maraqlı alinib.
Ramil
Romantik şeirdir. 
Ferbara
Elədir. Sevdiyim şeirdi. :) Günəşi, Ayı olanlara ithaf olunur. :)
Shabnam_Ilham
Ayyy nə gözəl şeirdi. Bəyəndim. Təbəssüm yaradır adamın üzündə :)
kurdamir
Mən fikirləşən mənadadisa Dirnaq işində olmalı idi…
asel
Qışıng seirdi.:)
Nədəndir bilmirəm, amma hələ məktəb vaxtlarımdan hava haqqında məlumat verən xanımlar mənə maraqlı gəlib, işləmək istədiyim bir sahədir desəm, yanılmaram 
asel
*Qəşəng.. 
Adminlər bu məsələyə də baxsalar, əla olardı… Ən azından, yerindəcə səhvimizi redaktə edə bilərdik… daha nəşrə gedəndən sonra yox.:) 
kurdamir
Bunun üçün Öncəbaxış Var.Amma Məndə bəzən səhv yazıram
Shabnam_Ilham
Bu fikir mənim də ağlımdan keçmişdi. Səhvlik olanda redaktə etmək mümkün olmasa belə ən azından yazdığımızı silmək olsun heç olmasa.