Məni candan usandırdı I M.Füzuli

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdan, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?!

11 şərh

ayxansevda
sonuncu beytii çox sevirəm
ruby88
YEri var,Teshekkurler…
ferid1001
Rubabe xanimin ifasinda mahni kimi xusuisile lezzet eleyir
bahar
Mahnı ilə xüsusi zövq verir.
kulturoloq
Mən deyərdim ki, Füzuli yaradıcığın ən gözəl səslən əsəridir.
pascal
Qəzəlin dərin mənası qədər mükəmməl bir musiqi (Cahangir Cahangirov) və Şövkət Ələkbərovanın da mahir ifasıyla tamamlanan və möhürü vurulan «Füzuli» kantatasını Nadir Qafarzadənin ifasında yerləşdirməkdənsə, elə dahi sənətkarımız Şövkət xanımın ifasında yerləşdirmək daha doğru olardı. Qoy zövqlü oxucunun qulağında da, yaddaşında da möhtəşəm əsər iz saxlasın.
pascal
«Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?». Burdakı misrada «o» yox, «ol» olmalı idi.
Hərdən yaxşı dostları yada salanda, bu şeir də yada düşür. ;)
Ferbara
Həə. :) Muradım şəmi yanmazmı. :))
Yeri gəlmişkən, Muradın adı gözə dəymir. :)
pascal
Sən demə kayzeni işıqlandıran, elə Muradın şəmi imiş. ;)
Onsuz sönük keçir saytın günləri. :)
pascal
Bir dənə də yanlış var:
«Güli-rüsxarinə qarşu» yox, «Güli-rüxsarinə qarşu» olmalıdır. Rüxsar — "üz", "çöhrə" deməkdir. Rüsxar nədir, bilmirəm. :)
azadmamedov90
Şərh yalnız bizim bu müasir sənətkarlarımıza etmək lazımdır= «0». Məncə bunlar bayağı musiqilərini səsləndirsələr daha yaxşı olar! qaldıki Füzuliyə, o həqiqətən də İNSAN olub. Ümid edirəm ki, heç olmazsa qəbri yanında basdırıla bilməsək də, görmək nəsibimiz olar, əgər oraları yerlə yeksan etməyiblərsə.