Etiraf (ömür-gün yoldaşıma) / Nüsrət Kəsəmənli


Qapını döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
Isti dodağımda bir öpüş izi,
əlimdə bir saçın xınası gəlib.

Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam demişəm.

Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısını özgəyə verib gəlirəm.

Bu elə duyğu ki,
Bu elə qəm ki,
Min olsa yenə də əyməzdən səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdən sənin.

Pəncərə dalından yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.

Nağıl danışırsan "Min bir gecə"dən,
Nağılın qorxulu, sehrli, qəmgin...
Mən isə sallanıb kəndir gecədən
Bir quyu dibinə enirəm hər gün.

Bilmirəm mələksən, allahsan, nəsən?
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən
Özüm  öz gözümdən düşürəm, axı...

Kaş ki, bəzi insanlar bunu oxuyub ibrət götürələr.... ((
 

14 şərh

Dream
Kashki Bezi insanlari basha dusheler :( anlamaga chalishalar
Aysel218
Bu sairin seirlerini  cox beyenirem..tesekkurler
Xrizoberil
mən də çox bəyənirəm....onu da qeyd edim, ən azından cəsarətli şair olub ki, yoldaşına qarşı etdiyi səhvləri dərk edib qələmə alıb.
Dream
Tahir olmak da ayıp değil Zühre olmak da
hattâ sevda yüzünden ölmek de ayıp değil,
bütün iş Tahirle Zühre olabilmekte
yani yürekte.

Meselâ bir barikatta dövüşerek
meselâ kuzey kutbunu keşfe giderken
meselâ denerken damarlarında bir serumu
ölmek ayıp olur mu?

Tahir olmak da ayıp değil Zühre olmak da
hattâ sevda yüzünden ölmek de ayıp değil.

Seversin dünyayı doludizgin
ama o bunun farkında değildir
ayrılmak istemezsin dünyadan
ama o senden ayrılacak
yani sen elmayı seviyorsun diye
elmanın da seni sevmesi şart mı?
Yani Tahiri Zühre sevmeseydi artık
yahut hiç sevmeseydi
Tahir ne kaybederdi Tahirliğinden?

Tahir olmak da ayıp değil Zühre olmak da
hattâ sevda yüzünden ölmek de ayıp değil.
Xrizoberil
nə dəxli var idi bunun?
Dream
eh ne bilim yazdimda :(
Dream
her sheyin dexli olmalidiki?
MaksiMuS
Weirleri qewengdi.ama ewitdiyim qederi ile yaman worgöz kiwidi:) emeye hörmet twk.
Xrizoberil
düz eşitmisən… şerində də özü qeyd edib ((
MaksiMuS
Cox heyifki cesareti sadece etiraf edecek qederdi.Esl alicenab kiwi ucun bu cox azdi.
BaRLeLiTa
Çox bəyənirəm bu şeiri..əsas da sonuncu kupleti təsirli və ibrətamizdi ..Allah ruhunu şad eləsin şairimizin…
Medikamentoz
Bu etirafı etmək hər kişinin oğlunun işi deyil.
tarixci1919
Təəssüf. Bir qadın üçün bundan pis nə ola bilər. Yəqin ki, heç kəs belə bir şeirin ona yazılmasını istəməz. Hər nə qədər onun yaxşı tərəflərini vurğulasa da… Həyat yoldaşı olmaq çətindi, yaxşı həyat yoldaşı olmaq isə 10 qat çətindi.