"Yox" deyəndə mən - Baba Vəziroğlu

Qəlbimdən asılan bir daş imiş, daş!
Sən "getmə" deyəndə gözlərində yaş.
Dinə bilməyəydim, lal olaydım kaş,
Dilim quruyaydı "yox" deyəndə mən.

Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı "yox" deyəndə mən.

Artıq gecikmişəm, getdi o qatar.
Daha "hə" deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı "yox" deyəndə mən.

Mən indi bilirəm neyləməliydim,
"Sənsiz nə günüm var?!" söyləməliydim.
Ömrümdə bircə yol "hə" deməliydim,
Dilim quruyaydı "yox" deyəndə mən!
 
loading...

8 şərh

Aysel218
Təşəkkürlər Rene
DiplomatkA
Bu şeirə musiqi də bəstələnib.Paylaşım üçün tşkr.
Rene
Bəyəndiyinizə sevindim. :)Hə, Diplomatka, mahnısı da gözəldir.
Angelie

mahnisini esitmemisem...ama telebelik illerimde mene en yaxin insanlarin sevimli seri idi...ders boyu dilim quruyaydi yox deyende men))...heyf o illerden((

Rene

Demək elə?.. )))

Angelie
ele...belke yalandi?)))
Rene
Siz daha yaxşı bilərsiniz, xanım )))) Bir də ki, xahiş edirəm orfoqrafiya qaydaların əməl edin. :P
Renka
Cox gozel weirdir:))