Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Sabir əzabı

Dostumuz Seymur Baycan illər öncə “Sabir dünyanın ən böyük şairidir” yazmış və əlavə etmişdi: “Çünki onun qəhrəmanları hər il Şamaxıya yığışıb Sabir günləri keçirirlər. Rüşvətxor rektorlar, şeir yazan polis rəisləri, ədəbiyyat vurğunu olan prokurorlar, bütün ömrünü fəxri xiyabanda basdırılmağa xərcləmiş qələm adamları Sabirin şeirlərini əzbərdən deyir və onun yaradıcılığına yüksək qiymət verirlər. Halbuki, Sabir elə onlar haqqında yazırdı”.
Seymurun amansız həqiqətlə yüklənmiş bu cümlələri xeyli adamda acıq və qıcıq doğurmuşdu; dodaqaltından donquldanan kim, bağırıb-çığıran, donunu, şalvarını başına keçirən kim…

Davamı →

Zərərli və zəhərli dərdlər haqqında

– Demişdiniz ki, yazıçı fikirlərinə görə qiymətləndirilməməlidir.
– Xeyir, fikirlərin vacib olduğuna inanmıram.
– Bəs onda bir yazıçını nəyə görə qiymətləndirməliyik?
– Məncə, yazıçı yazdıqlarının oxucuya verdiyi zövqə və oyandırdığı hisslərə görə qiymətləndirilməlidi.
Xorxe Luis Borxesin müsahibəsindən.

Davamı →

Nifrət

Burda bir qız sevinir
Özünə nifrət dolu.
Burda bir qız sevinir
Qəlbində ancaq. Solur
Səssizcə burda bir qız
Solur hamıdan gizli, solur hamıdan yalqız.
Solur burada bir qız,
Solur hər gündüz-gecə,
Solur burada bir qız
Diksinərək hər səsə.
Davamı →

Bayronun şəxsiyyət axtarışları

Lord Bayronun 1817-ci ildə işıq üzü görmüş poeması «Manfred” yəqin ki, haqqında sonsuz müzakirə və araşdırmaların aparıldığı, bütün dövrlərin ən seçilən „romantizm nümunəsi”dir. Bu əsəri “poema” adlandırsaq da, „Manfred”i “closet drama – səhnələşdirilmək üçün yazılmayan pyes”, qotik hekayə, metafizik dram, avtobioqrafik nəzm, mifoloji bədii nümunə və s. kimi qiymətləndirənlər də var. Üstəlik poemanı sadaladığımız janrlara aid nümunə kimi dəyərləndirən ədəbiyyatşünaslar iddialarını möhkəmləndirən ciddi əsaslar da irəli sürüblər. Məsələn, ədəbiyyat tarixi üzrə araşdırmaçılardan Tnanh Munoz bu əsərin bədii pərdəyə bürünmüş avtobioqrafiya olduğunu iddia edir.

Davamı →

Azad ruhlu tənha adam...

«Gizli müşavir”, „Talan”, “İt gəzdirən qadın”, „Tikan üstündə”, “Qeyri-qanuni”, „Yaylaqda”, “Nigarançılıq”, „İntiqam”, “Kirayənişinlər”, „Söhbət”, “Diplomat”, „Uşaqlar”, “Volodya”, „Evdə”, “Vanka”, „Reportyor”, “İvanov”, „Meşə adamı”, “Vanya dayı”, „Üç bacı”, “Qağayı”, „Albalı bağı”, “Təklif”, „Toy”, “Yubiley” və başqa əsərləri Anton Çexovu bütün dünya ədəbiyyatsevərlərinə tanıtdı. Yaradıcılığa XIX əsrin 80-ci illərindən başlayan, əsərlərində yaşadığı dövrün reallıqlarını əks etdirən bu məşhur yazıçı haqqında görkəmli yazıçı Lev Tolstoy demişdi: „Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsaydı və təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.

Davamı →

Müasir şeirimiz dünya şeiri ilə ayaqlaşırmı?

Yüksək ədəbi mükafatlar əlimizə gəlib çatmayanda həm ədəbiyyatçılar, həm də daha çox oxucular arasında  «biz dünya şairləri kimi yaza bilmirik” fikri səslənir. Müasir şeirimizin dünya şeiri ilə ayaqlaşa bilməməsi fikirləri də az deyil. Ancaq poeziya adamlarının özləri, tənqidçilər „çağdaş şeirimiz dünya şeiri ilə birgə yürüyür” fikrində israrlıdırlar.

Davamı →

Oxucuların ən çox yarıda saxladığı əsər - Prustun antirekord qıran şedevri

Bəri başdan özümü sığortalamaq üçün deyim ki, 7 kitabdan ibarət və dünyanın ən möhtəşəm əsərlərindən biri olan “İtirilmiş zamanın sorağında” haqda bir yazıda bütün incəlikləri verə bilmək çox çətindir. Mən sadəcə öz təəssüratlarımı bölüşmək istədim. Çünki Prustu oxuyandan sonra içimdə qəribə bir hüzur yarandı. İstədim ki, bu hüzuru sizinlə də paylaşım.
Mənə elə gəlir ki, həyatını bütünlüklə ədəbiyyata həsr edən kəs günün birində böyük yazıçı olacaq. Marsel Prustun “İtirilmiş zamanın sorağında” adlı div əsərini oxuyandan sonra düşündüm ki, həyatını ədəbiyyata çevirə bilməyənlər uğursuzluq yaşayacaqlar. Yalnız bütün həyatını ədəbiyyatla dolduran insanlar böyük yazıçı olmaq şansı qazanacaqlar.

Davamı →

Aqşin Yenisey | İngiltərə olmaq istərkən, Əfqanıstan olmayın

Mən siyasətçi deyiləm, hər hansı siyasi, ideoloji mühitin yetişdirdiyi yazı-pozu adamı da deyiləm ki, boynuma cəmiyyətin, xalqın xoşuna gəlmək kimi bir öhdəlik qoyulsun. İddiam tanınmaq deyil, oxunmaqdı. Başdan-ayağa siyasiləşmiş cəmiyyətimizin də gözləntilərinə hörmətlə yanaşıram, çünki sinifləşmə prosesi bu qədər barbarcasına və bu qədər sürətlə getməməliydi. Milyonerləşmə yetimləşmədən alınan qisas kimi görüntülənməməli idi. İnsanların inanclı olub-olmadıqlarına, siyasi mövqeyinə görə dəyərləndirilməsinin nə qədər bərbad bir düşüncə olduğuna əmin olsam da, onu da qəbul edirəm ki, bu gün cəmiyyətə mübariz insanlar lazımdır, amma hər sahədə.

Davamı →

Bir medalın iki üzü – Knut Hamsun

Bu yay özümü şəhərin səs-küyündən, günün istisindən bir-iki günlük Quba meşələrinə verəndə, yadıma hardansa Knut Hamsunun “Pan” romanı düşdü. O günə qədər meşənin yumşaq torpağına, daim nəmli xəzanına, uğultusuna fikir verməmişdim. O an roman yanımda olsaydı heç nəyə fikir vermədən yerə çökər və kitabı bitirmədən yerimdən qalxmazdım. Ancaq aşiq ovçunu xatırlaya-xatırlaya dodaqlarımın arasında “Pan” pıçıldamaqdan başqa heç nə edə bilmədim. Bir il əvvəl romanı oxuyarkən düşünmədiyim bir şeyi fikirləşdim: “Bəlkə, elə Knut Hamsun da o romanı yolu hansısa meşəyə düşəndən sonra yazmışdı?”

Davamı →

İntellektual yadlıq və ya müəllifin özünü isbatı teoremi

Sənət və insan münasibətlərinin tarixi təkamülündə yaradıcı tərəf hansıdır? Öncə insanmı yarandı, yoxsa incəsənət? Hansı birinci göründü və ya görünən nə idi? Əlbəttə, bu üç sualın məcrası bizi böyük sularda üzməyə vadar edəcək. Müəlliflərin müşahidədən sonrakı təxəyyüldə emal prosesinin şəkil dəyişməsi sənətin (hələki ümumi mənada) təsnifləndirilməsinə, onun zövq hadisəsinə çevrilməsinə şərait yaradan ilk hərəkətlənmə idi. Mədəniyyətlərin formalaşması dövründə və tarixin özünə etdiyi ən böyük jestdən – kitab çapının ixtirasından sonra çox çeşidli sənət nümunələrinin müqayisə edilməsi, onların təhlili və tənqidi rəhbər vəzifəyə çevrildi.

Davamı →