Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

SSRİ beynəlxalq aləmdə

1960-cı illərin ortaları «soyuq müharibə»nin davamı kimi səciyyələndirilə bilər. İki fövqəldövlət SSRİ və ABŞ-ın hərbi potensialı tədricən bərabərləşdi. Hərbi-strateji paritet yarandı. 1964-cü ilin oktyabrında sovet dövlətinin sükanı arxasına keçən yeni hakimiyyət xarici siyasət sahəsində üç prioritet vəzifə qarşıya qoydu.
Davamı →

Müasir Rusiyanın xarici siyasəti

1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra onun tərkibindən ayrılan respublikalar Müstəqil Dövlətlər Birliyini (СНГ) yaratdı. Baltikyanı respublikalarından başqa, keçmiş sovet respublikalarının hamısı MDB-də təmsil olundu. 1992-ci ilin mayın 15-də MDB ölkələri kollektiv təhlükəsizlik haqqında müqavilə imzaladı. 1993-cü il yanvarın 22-də MDB-nin Nizamnaməsi qəbul edildi. Rusiya keçmiş sovet məkanında nüfuzunu və varlığını MDB çərçivəsində səmərəli əməkdaşlıq mexanizmi əsasında davam etdirmək niyyətində idi. Digər tərəfdən, «yaxın xaric» ölkələrində xarici ölkə vətəndaşlarına çevrılən 25 mln. rus vardır ki, onların da taleyi Rusiya dövlətinin MDB daxilində yeritdiyi siyasətdən asılıdır.

Davamı →

Federalizmin inkişafı. Çeçenistan müharibəsi

Rusiya Federasiyasına SSRİ-dən miras qalan ən mürəkkəb məsələlərdən biri millətlərarası münasibətlər problemidir. Vəziyyəti gərginləşdirən şərait ondan ibarət idi ki, yeni Rusiyaya federativ quruluşun əvvəlki etnik prinsipi miras qalmışdı. Fərq isə yalnız onda idi ki, Federasiyanın subyektləri keçmiş Rusiya muxtariyyətləri idi. Ölkədəki etnosiyasi vəziyyət göstərdi ki, SSRİ-dən fərqli olaraq, əhalinin 80 faizindən çoxunu təşkil edən rus xalqı bütün Rusiya ərazisi üzrə yayılmışdır. Məhz bu amil respublikalarda fəaliyyətdə olan milli hərəkatlarda və ayrı-ayrı respublikaların rəhbərliyində nəzərə alınmamışdı.

Davamı →

İmperator III Aleksandr

XIX əsrin 60-cı illərinin əvvəllərindən Rusiyada həyata keçirilən islahatlar ölkənin iqtisadi inkişafını sürətləndirdi, xüsusi sahibkarlığı bərqərar etdi. Şəhərlər artır, dəmiryolları çəkilir, çoxlu yeni sənaye müəssisələri yaranırdı. Əhalinin təhsil səviyyəsi yüksəlir, yüzlərlə yeni təhsil müəssisəsi açılırdı. Məhkəmə sistemi liberallaşdırılmışdır. Çarın təbəələri öz mənafeyini məhkəmədə müdafiə etmək, vəzifəli şəxslərin özbaşınalığndan şikayət etmək hüququ almışdır. Hakimiyyətin senzuranı yumşaltması nəticəsində 60-cı illərdə Rusiyada yüzlərlə yeni qəzet və jurnal meydana çıxmışdır. Xarici ölkələrə səfər etmək qaydası sadələşdirildiyi üçün minlərlə rusiyalı turist və səyyah ölkəni tərk edir, bir çox insan Avropanın qabaqcıl ali təhsil müəssisələrində təhsil alırdı. Dövlətin siyasəti tədricən Rusiyanı liberal və hüquqi dövlətə çevirmək istiqamətində olmuşdur.


Davamı →

Rusiya mədəniyyətinin Qızıl əsri. XIX əsrin I yarısında mədəni həyat

XIX əsr, sözün əsl mənasında, Rusiya mədəniyyət tarixinin «Qızıl əsri»dir. Məhz bu zaman rusiyalı yazıçı, bəstəkar, rəssam, alim və fikir adamlarının yaratdığı əsərlər bütün dünyada qəbul olunaraq dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Məhz XIX əsrdə zadəgan və xalq mədəniyyətinin birləşməsi nəticəsində vahid Rusiya milli mədəniyyəti formlaşdı. Rus mədəniyyətini təmsil edənlərin böyük əksəriyyəti ədəbiyyat, musiqi, incəsənət, elm sahəsində dünyəvi yaradıcılıq formasından istifadə edərək öz əsərlərində ənənəvi əxlaqi həqiqəti vəsf etmişdir. Beləliklə, dünyəvi mədəniyyət milli ənənə, pravoslav məzmunu və mənası ilə tamamlanmışdır.


Davamı →

Y.İ.Puqaçovun başçılığı ilə 1773-1775-ci illər kəndli müharibəsi

1773-cü il sentyabrın 17-də Don stanitsası Zimoveyovadan olan kazak, təqribən 30 yaşlı Y.İ.Puqaçov rəsmi özünü III Pyotr elan etmişdir. Əvvəl Puqaçov daha cəsarətli bir addım ataraq İ.N.Zarubin-Çike, M.Q.Şiqayev, İ.İ.Ulyanov, D.S.Lesov, T.A.Myasnikov, M.D.Qorşkov və d. kazaklara imperator yox, Don kazakı olduğunu etiraf etmişdir. Kazakların əhvali-ruhiyyəsini düzgün qiymətləndirən Puqaçov başa düşmüşdür ki, onları onun imperator olub-olmadığı deyil, ağır maddi və sosial vəziyyətləri maraqlandırır. Beləliklə, Puqaçov mübarizənin simvolu, bayrağına çevrilmişdir. Kazak və kəndlilərin böyük əksəriyyəti üçün axıra kimi o «Rusiya imperatoru» III Pyotr olaraq qalmışdır.

Davamı →

1860-1870-ci illərin islahatları. Təhkimçilik hüququnun süqutu

I Pyotrdan sonra ən böyük islahatçı çar hesab olunan II Aleksandr 1818-ci il aprelin 18-də böyük knyaz, 1825-ci ildən imperator Nikolay Pavloviçin ailəsində doğulmuşdu. I Nikolay imperator olduqdan sonra onun yeddi yaşlı oğlu Aleksandr varis təyin edildi. I Nikolayın qərarı ilə dövrünün savadlı adamlarından biri olan Vasili Andreyeviç Jukovski onun müəllimi təyin olundu. Varisə «ləyaqət üçün təhsil» prinsipi əsasında xüsusi təhsil proqramı hazırlayan V.Jukovski təhsil və tərbiyə işini birləşdirmişdi. İldə iki dəfə imtahan verən şahzadə adətən yaxşı nəticə göstərirdi. Onun təhsilinin tərkib hissəsindən biri 1837-ci ildə V.A.Jukovskinin müşayiəti ilə altı aydan artıq ölkəni gəzməsi olmuşdur.


Davamı →

II Yekaterinanın taxta çıxması. Maarifçi mütləqiyyət

Rusiya tarixinin əhəmiyyətli bir hissəsi olan Böyük Yekaterinanın «qızıl əsri» Avropa maarifçiliyi ilə sıx bağlı olduğu üçün xüsusi diqqət və maraq doğurmuşdur. Görkəmli tarixçi alim S.M.Solovyova görə «Əgər Pyotrun əsri işıq deyil, şəfəq əsri idisə, XVIII əsrin ikinci yarısında görülən işlər nəticəsində xalqın yetkinləşməsi, şüurun inkişafı, xaricdən daxilə yönəlmə, öz-özünə və özününkünə dönmə əlamətləri aydın görünürdü». Ölkədə baş verən dəyişiklikləri bədii dillə ifadə edən əyan İ.İ.Betski imperatriçəyə demişdir: «Böyük Pyotr Rusiyada adamları yaratdı, Siz Əlahəzrət, onlara ürək əlavə etdiniz».


Davamı →

Opriçnina. Ryurikoviçlərin Moskva sülaləsinin başa çatması

IV İvan alçaldıçı və təhqir olunan uşaqlıq illərini, boyarların özbaşınalığını heç zaman unutmadı, odur ki, iri boyarları düşməni hesab edirdi. Xüsusilə 1553-cü ildə ağır xəstə olarkən çar vəsiyyətnamə tərtib edərək Boyar Dumasından, Seçilmiş Radadan, udel knyazı Vladimir Staritsk və onun ailəsindən birinci uşağı Dmitriyə and içməyi tələb etmişdir. Boyarların və çarın yaxın ətrafının böyük əksəriyyəti azyaşlı körpəyə and içməkdənsə, yaşlı, yumşaq knyaz Vladimiri seçməyi üstün tuturdular. Tezliklə çar sağaldı, körpə varis baxıcısının səhlənkarlığı sayəsində öldü, digər oğlu İvan yeni varis elan olundu. Lakin çar baş verənləri unutmadı.


Davamı →

Saray çevrilişləri

1740-cı il oktyabrın 17-də Anna İvanovna vəfat etdi, onun vəsiyyətnaməsinə görə bacısı qızı Anna Leopoldovna və Anton-Ulrix Braunşveyqskin yeni doğulan körpəsi VI İvan Antonoviç imperator, Biron isə naib təyin olundu. Rusiya cəmiyyəti imperatriçənin sağlığında xarici istəklinin özbaşınalığına çətinliklə dözdüyü halda, Bironun naib təyin edilməsilə yenidən 17 il bu vəziyyətə qatlaşmağa məcbur buraxılmışdır. Bu biabırçılığı davam etdirmək istəməyən adamların milli hissləri onları əməli fəaliyyətə yönəltmişdir. Birinci olaraq, Preobrajenski polkunun qvardiyaçıları narazılıqlarını dilə gətirmişdir. Lakin almanların arasında olan çəkişmə, onların əsas söz sahibi olmaq arzusu Bironun vəziyyətini daha da kəskinləşdirmişdir. Xüsusilə Bironun naibliyini müdafiə edən feldmarşal B.X.Minix umduğu generalissimus rütbəsini almadıqda tez bir zamanda yeni imperatorun anası Anna Leopoldovnanın tərəfinə keçdi. Onun razılığı ilə 1740-cı il noyabrın 8-nə keçən gecə Minix adyutantı podpolkovnik X.Q.Manşteyn və 80 nəfər qvardiyaçı ilə birlikdə Bironun yay sarayına daxil olub, ağzını, əl-qolunu bağlayıb Qış sarayına apardılar. Səhər saat altıya doğru Bironun üç həftəlik naiblik dövrü başa çatdı, onu ailəsi ilə birlikdə əvvəlcə Aleksandr-Nevski monastrına, sonra Şlisselburq qalasına saldılar. Bironla birlikdə onun qatı tərəfdarı A.P.Bestujev-Ryumin də həbs edildi.


Davamı →