Rusiyada marksizmin yaranması
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Sənayenin inkişafı böyük şəhərlərin kənarlarında, fabrik və zavodların nəzdindəki fəhlə qəsəbələrində cəmləşmiş fəhlələrin sayca artmasına səbəb olmuşdu. Məhz bu yerlərə üz tutan sosialist təbliğatçılar marksistlərin planına uyğun hərəkət etmələri üçün fəhlə kütləsini öz nüfuz dairəsinə cəlb etmək məqsədi daşıyırdılar. Fəhlələrin böyük əksəriyyətinin iqtisadi şəraiti ağır olduğu üçün onları təbliğatçıların «həqiqət» və «ədalət» haqqındakı danışıqlarına cəlb edirdi. Gizli vərəqə və kitabçalarda bu məsələlər haqqında çox yazırdılar.
Baltik və Azov dənizlərinin sahillərinə çıxan Rusiyanın hərbi və ticarət do-anmasına, hərbi-dəniz qalaları və limanlarına tələbatı artdı. Bitmək bilməyən müharibələrlə əlaqədar olaraq orduya top, mərmi, tüfəng, qılınc, hərbi sursat və geyim lazım idi. Bütün bu vəzifələri həll etmək məqsədilə sənaye sahəsində islahatlara başlamaq tələb edilirdi. Odur ki, Pyotr özünəməxsus ciddiyətlə köhnə ənənələrlə əlaqəni kəsərək yeni Rusiya sənayesini yaratmağa başladı. Burada dövlətin və bilavasitə hökmdarın roluna geniş yer ayrılmışdır.
1700-cü il avqustun 8-də Osmanlı dövləti ilə 30 il müddətinə Azov və ona bitişik ərazilərdə Rusiyanın hakimiyyətini qəbul edən sülh imzaladıqdan sonra I Pyotr İsveçə məxsus Narva qalasına hücuma keçməyi orduya əmr etdi. Uzun davam edən Şimal müharibəsi başladı ki, Danimarka, Saksoniya, Polşa İsveçə qarşı Rusiya ilə müttəfiq idi. Bu zaman İsveç Avropanın ən qüdrətli dövlətlərindən biri olaraq demək olar ki, bütün Baltik dənizi sahillərini ələ keçirmişdi. İsveç dövlətinin başında Avropadakı hərbi əməliyyatlarda parlaq qələbələr qazanan 18 yaşlı gənc kral XII Karl dayanmışdı.
Sibir və Uzaq Şərqin ərazisi Uraldan Sakit okeana kimi uzanır. Sərt iqlim şəraiti bu yerlərin mənimsənilməsini xeyli çətinləşdirmişdir. Keçilməz Tayqa meşələri ucsuz-bucaqsız bir ərazini təşkil edir. Ondan şimala Tundra meşələri uzanırdı. Ancaq Sibirin cənubunda meşəlik ərazisi başlayır.
1676-cı ildə çar Aleksey Mixailoviç vəfat etdikdə onun qədim boyar əsl-zadə nəslindən olan birinci arvadı M.İ.Miloslavskayadan iki oğlu, Fyodor və İvan, Sofiya böyük olmaqla altı qızı qalmışdır. Çarın ikinci arvadı çox da məşhur olmayan zadəgan nəslini təmsil edən N.K.Narışkina idi ki, onun da Pyotr adlı oğlu və bir qızı var idi. Çar öldükdən sonra tez bir zamanda Milos-lavskilər və onlara yaxın olan adamlar 14 yaşlı xəstəhal Fyodoru Kremlin Qranovit palatasında taxta əyləşdirərək ona çar kimi and içdilər. Narışkinlərə qarşı sipər çəkən Miloslavskilər çar taxtı ətrafında birləşərək dövlətdə bütün həlledici mövqeləri ələ aldılar. Ertəsi gün çar Fyodor Alekseyeviçə (16761682) strelets polku və Moskva əhalisi and içdi. Yeni hökmdara dair fərmanlar bütün ölkədə yayıldı.
1569-cu ildə imzalanan Lyublin uniyası Polşa krallığı, Litva Böyük knyaz-lığı və Şərqi Prussiya hersoqluğundan ibarət vahid Reç-Pospolita (respublika) dövlətini yaratdı. Rusiya torpaqları, o cümlədən Neman çayının şərqində olan ərazilər qədim Qrodno və Novqorod şəhərləri ilə birlikdə Qara Rus, Minsk, Vitebsk, Polotsk, və Smolenskin bir hissəsini əhatə edən Ağ Rus, Litvanın tərkibində, Çervonnaya Rus (Qalitsiya) və Dnestr çayı ilə Dneprin şərq axarları arasındakı əraziləri birləşdirən Kiçik Rus (Malorossiya) Varşavanın tərkibində Reç-Pospolita dövlətinin ərazisinə daxil edilmişdir.